"XİN-də ciddi xaos yaşanır, İspaniyadakı səfir geri çağırılmalıdır" – Açıqlama

"XİN-də ciddi xaos yaşanır, İspaniyadakı səfir geri çağırılmalıdır" – AçıqlamaXəbər verdiyimiz kimi 15 noyabr tarixində ölkə başçısının sərəncamı ilə Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov tutduğu vəzifədən azad edilib. Onu vəzifədən azad edilməsi ilə bağlı isə müzakirələr səngimək bilmir.

Söyləntilərə görə onun vəzifədən çıxarılmasına İspaniyada "Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi" mövzusunda keçirilən beynəlxalq konfransa qatılarkən 2 tonluq şərab yükü və orada deputatlarla yaşadığı dava-dalaş səbəb olub.

Eyni zamanda Abel Məhərrəmovun İspaniyada səfir olan oğlu Anar Məhərrəmovun adı da şərab biznesində hallanır. Belə olan təqdirdə İspaniyadakı səfir geri çağırıla bilərmi?

BiG.AZ xəbər verir ki, bununla bağlı bizimyol.info-ya danışan politoloq Elxan Şahinoğlu bildirib ki, xarici ölkələrdə səfirlik fəaliyyəti ilə deyil, şəxsi bizneslə məşğul olan səfirlər dərhal geri çağırılmalı və vəzifəsindən azad edilməlidir:

"Səfirin vəzifəsi ölkənin səlahiyyətli nümayəndəsi olaraq həmin ölkəni təmsil etməlidir. Çalışdığı ölkədə dövlətinin haqqlarını müdafiə etməlidir. Çox təəssüflər olsun ki, bəzi səfirlərimiz paralel işlərlə də məşğuldur. Onlar varlanmaqla, restoran biznesi ilə, şərab biznesi ilə məşğuldular.

Belçikada bir yüksək vəzifəli diplomat çalışırdı. O, Xarici İşlər Nazirliyində çalışan yüksək rütbəli atasına güvənərək bir neçə restoran açmışdı. Belə adamlar ölkəsinin maraqlarından daha çox şəxsi biznesi düşünürlər. Eləcə də İspaniyadakı səfirimiz. Şərab biznesi ilə məşğul olması ilə bağlı məlumatlar yayımlanır, bunlara aydınlıq gətirilməlidir. Atası məhz buna görə işdən çıxarıldı. Özü də bu məsələyə görə geri çağırılıb, işdən çıxarılmalıdır. Səfirin nə ixtiyarı var ki, bu cür bizneslərlə məşğul olsun.

Bu cür bizneslə səfirlərin satqınlığına da gətirib çıxarda bilər. Məsələn, Azərbaycanda kəşfiyyat işini genişləndirmək istəyən ölkə həmin səfirlərə şərait yaradır biznes qurması və genişləndirməsi üçün. Bir gün isə onu şantaj etməy başlayırlar, səfir də şantaja qurban gedərək həmin ölkənin kəşfiyyatına işləməyə başlayar.

Ümumiyyətlə XİN bir komissiya yaratmalıdır, səfirlərin fəaliyyəti, səfirlikdə çalışan diplomatların fəaliyyəti araşdırılmalıdır. Ukraynada səfirlərin olayı buna bariz nümunədir. Belə çıxır ki, Xarici İşlər Nazirliyində ciddi xaos yaşanır".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 3926   Tarix: 16 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Fransız deputatlar Azərbaycan əleyhinə qarayaxma kampaniyasında oyuncağa çevrilib" - Politoloq

Fransa Azərbaycandakı səfirini geri çağırıb. Bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. "Fransa Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib", - məlumatda vurğulanıb. Səfir Ann Buayonun artıq Fransada olduğu və prezident Emmanuel Makronun diplomat

18 aprel
.

Paşinyan delimitasiyanın birinci mərhələsi ilə bağlı razılaşmaları şərh edib

"Azərbaycan və Ermənistan ilk dəfə olaraq problemi danışıqlar masası arxasında həll ediblər". Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan delimitasiyanın birinci mərhələsi ilə bağlı razılaşmaları şərh edərkən jurnalistlərə açıqlamasında bildirib. "İstəməzdim ki, baş verənlərə ço

20 aprel
.

"Sülhməramlılar üçün Qarabağda heç bir funksiya qalmamışdı" - Peskov

"Rusiya sülhməramlıları Qarabağı tərk etdilər, çünki onlar üçün regionda artıq heç bir funksiya qalmamışdı". "Qafqazinfo" xəbər verir ki, bunu Birinci Kanalda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, vəziyyət Ermənistanın Azərbaycan sərhədlərin

22 aprel
.

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində SON DURUM

Ermənistanla Azərbaycan arasındakı şərti sərhədin Qazax istiqamətindən görüntülər yayılıb. Ermənistan mediasında yayılan kadrlarda hazırda işğal altında olan Bağanis Ayrım kəndində azərbaycanlılara məxsus viran qalmış evlər əks olunub. Həmçinin Ermənistan KİV-də bölgədə delimitasiya prosesinin aparılmasın

23 aprel
.

Qırğızıstan prezidenti Ağdama gedəcək

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana aprelin 24-25-də baş tutacaq dövlət səfəri çərçivəsində ticari-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş birgə bəyannamə və bir sıra sazişlərin imzalanması planlaşdırılır. Bu barədə Qırğızıstan Prezidenti Administrasiyasını

23 aprel
.

Moskvada İlham Əliyevin Vladimir Putinlə görüşü olub - YENİLƏNİB + VİDEO

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşü olub. Bununla bağlı məlumat yayıb. 16:39. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşü başlayıb. Bununl

22 aprel
.

Azərbaycan və Ermənistan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaq

Ermənistan-Azərbaycan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsi əsas götürüləcək. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədini

19 aprel
.

""Döyüş Qardaşlığı" təşkilatı bir başa Paşinyana dəstək verir" - Ekspert

Ermənistanın "Döyüş Qardaşlığı" təşkilatının 5 üzvü saxlanılıb.Bu barədə təşkilatın Teleqram kanalı məlumat yayıb. Məlumatda bildirilib ki, təşkilatın üzvləri Masis Şiroyan, Arman Petrosyan, Qor Asatryan, Henrik Mkrtçyan, Aramais Ağabekyan Noyemberyan polis bölməsinə gətirilib. "Hökumə

22 aprel
.

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırır - RƏSMİ

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırır. xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib:. "Türkiyə Respublikası ilə Rusiya Federasiyası arasında imzalanan memorandumla Qarabağ regionunda atəşkəsə nəzarət və pozuntuların qarşısını

18 aprel