Dayısı tərəfindən zorlanan qızın həyatı təhlükə qarşısındadır

Dayısı tərəfindən zorlanan qızın həyatı təhlükə qarşısındadırAzərbaycanda doğma dayısı tərəfindən seksual zorakılığa məruz qalmış azyaşlı qız indi başqa cür təhlükə ilə qarşılaşıb. Onun anası öz qardaşını müdafiə edərək, qızının günahkar olduğunu bildirir, ləkələyir.

Sonxeber.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri, hüquq müdafiəçisi Kəmalə Ağazadə mətbuat konfransında məlumat verib:

"Mən bu qıza qarşı haqsızlığa son qoymaq üçün mətbuat konfransı keçirmək məcburiyyətində qaldım. O artıq bir ildir birliyin sığınacağında yaşayır, reabilitasiya keçib. Ona təcavüz edən həbs olunub. Lakin, təəssüf ki, uşağın anası belə bir dəhşəti yaşamış qızını dəstəkləmək əvəzinə onu ləkələməyə çalışır",- deyə K. Ağazadə qeyd edib.

Onun sözlərinə görə, 2017-ci ilin dekabrında polislər sığınacağa 14 yaşlı qız gətiriblər. Sonradan məlum olub ki, o doğma dayısının seksual zorakılığından xilas olmaq üçün evdən qaçıb:

"Valideynləri ayrıldıqdan sonra, qız anasının himayəsinə verilib. Ana Türkiyədə, qız isə Azərbaycanda , nənəsinin və dayısının yanında yaşayıb. Evdən qaçarkən o hər şeydən qorxurdu, özünə qapanmışdı.
Sığınacaqda olarkən onun öz həyatı barədə danışdıqları qan dondururdu. Məlum oldu ki qız səkkiz il dayısının təcavüzünə məruz qalıb. Dayısı qorxutduğuna görə, o, dərdini heç kimə danışa bilməyib. Uşaq dayısının əlindən canını qurtarmaq üçün gah atasının, gah xalasının yanında qalsa da, yenidən nənəsinin evinə dönmək məcburiyyətində olub və çəkdiyi zülmlər yenidən başlayıb", - deyə hüquq müdafiəçisi bildirib.

Sığınacaqda bu barədə məlumat əldə edilən kimi polisə müraciət olunub.

"Cinayət işi açıldı və dayının təqsiri sübut edildi. O, 12 il müddətinə azadlıqdan məhrum olundu. Lakin, qızın anası və nənəsi onu dəstəkləmək əvəzinə şərləməyə üstünlük verdilər. Vəkillə iş birliyinə girən ana və nənə azyaşlı qıza qarşı sosial şəbəkələrdə təbliğat aparmağa başladılar və bu da onun həyatını təhlükə qarşısında qoyur. Sosial şəbəkədə ana və nənənin yaydığı bu videolardan sonra qız daha çox qorxmağa başlayıb və məktəbə getməkdən imtina edir.

Bu olanlara aydınlıq gətirmək üçün mən ictimaiyyətə məlumat vermək istədim. Bu tədbirə gələn bloqer Elvin etiraf edib ki, yayılan videogörüntü sifarişli olub və internetdə ailənin vəkilinin tələbi ilə yayımlanıb. Zərərçəkən qızın anası öz qızına qarşı vəkillə iş birliyinə girib.

Bloqerin etirafı əsasında biz Azərbaycan Vəkillər Kollegiyasına şikayət məktubu göndərmişik və məhkəməyə müraciət etmişik. Ümid edirik ki, belə çirkli işlərlə məşğul olan vəkil öz cəzasını alacaq. Hazırda mənim himayəm altında olan 14 yaşlı qızı onun həyatını məhv etmiş doğmaları nəhayət ki rahat buraxacaqlar", - deyə o əlavə edib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 2931   Tarix: 17 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18 sentyabr 2021
.

Mingəçevirdə karantin qaydalarını pozan kafe aşkarlanıb - FOTO

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimindən irəli gələn qayda və tələblərə riayət edilməsi məqsədilə keçirilən nəzarət tədbirləri zamanı gecə saatlarında fəaliyyət göstərən kafe aşkarlanıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupunda

11 sentyabr 2021
.

20 yaşlı oğlan itkin düşüb

Göyçay rayon sakini itkin düşüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini, 2001-ci il təvəllüdlü Mustafayev Fuad Məzahir oğlu dünən yaşadığı evdən çıxaraq geri qayıtmayıb. F.Mustafayev evdən çıxarkən onun əynində göy rəngli gödəkcə, cins şalvar, ayağında göy rəngl

13 sentyabr 2021
.

Balakəndə koronavirus xəstəsi saxlanıldı

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan -a verilən məlumata görə, rayon sakini Sevcan Məmmədovaya ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, sanitar-karanti

12 sentyabr 2021
.

Antalyanın məşhur istirahət bölgəsində nəhəng burulğan - VİDEO

Bu gün səhər saatlarında Antalyanın Kəmər bölgəsində dəniz üzərində təxminən 15 dəqiqə davam edən nəhəng burulğan meydana gəlib. Ətrafda olan insanlar təbiət hadisəsini telefonları ilə qeydə alıblar. Qeyd olunur ki, nəhəng burulğan sahilə çatmayaraq tədricən zəifləyərək yox olub.\

15 sentyabr 2021
.

Tanışını döyə-döyə öldürdü

Bakıda tanışını döyərək öldürən şəxs saxlanılıb. Xətai rayon prokurorluğundan -a bildirilib ki, sentyabrın 15-də paytaxtın Xətai rayonu ərazisində 1994-cü il təvəllüdlü Hüseyn Hüseynovun almış olduğu xəsarətlər nəticəsində 3 saylı Şəhər Kliniki Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məluma

16 sentyabr 2021
.

Sabirabadda ağır qəza - Ölən və yaralılar var

Sabirabadda baş verən yol qəzasında 1 nəfər ölüb, 4 nəfər yaralanıb. apa-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Yastıqobu kəndinin ərazisində baş verib. "Tofaş" markalı avtomobillə "VAZ 2107" markalı avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb

12 sentyabr 2021
.

Kürdəmirdə avtomobil aşdı: Ölən və yaralananlar var - FOTO

Kürdəmir rayonunda ağır avtomobil qəzası olub. xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Köhünlü kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Mercedes" markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan bir nəfər ölüb, iki nəfə

11 sentyabr 2021
.

Bakıda dəhşətli qəzadan görüntülər - VİDEO

Sosial şəbəkələrdə ötən gün Bakıda baş verən ağır yol qəzasının görüntüləri yayılıb. -ə istinadən xəbər verir ki, hadisə "Koroğlu" metrostansiyası yaxınlığında qeydə alınıb. Qəza zamanı toqquşan avtomobillərdən biri aşıb. Hadisədən sonra Heydər Əliyev prospekti Hava limanı istiqamətində sıxlı

14 sentyabr 2021