"Yollarda qalmışıq" - "Lənətlənmiş" sürüşmə zonasının sakinləri - VİDEO - FOTO
Badamdar 20-ci sahə ərazisinin sakinləri yolun açılmasını, eləcə də sürüşmə zonasının üst hissəsində olan evlərdə komunal xidmətlərin bərpasını istəyir.
Sonxeber.az ARB TV-yə istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, mayaklarda və torpaq səthinə yerləşdirilən reperlərdə dəyişikliklər müşahidə olunmur.
Rafiq Həsənov - Geoloji Planlama Ekspedisiyasının Dəstə Rəisi: "Bu o demək deyil ki, sürüşmə, uçqun prossesi tam başa çatıb. Hal-hazırda ərazidə vəziyyət stabil-gərgin olaraq qalmaqdadır. İstənilən an aktivlik baş verə bilər. Atmosfer yağıntıları, küləyin təsiri və digər texnogen təsirlərdən aktivlik baş verə bilər".
Ərazinin üst hissəsində qazılan subartizan quyularında isə işlər başa çatdırılıb. Su çəkilərək kanalizasiyalara yönləndirilir.
Sürüşmə zonasının böyük əksəriyyətində isə yaşayış var. Kommunal xidmətlərin verilişi isə bərpa edilməyib. Sakinlər elektrik enerjisini generatordan, suyu isə marketlərdən alırlar.
Badamdar 20-ci sahə yolunun sol kənarında məskunlaşan sakinlər isə adıçəkilən yolun bağlı qalmasının onlara çətinliklər yaratdığını deyirlər.
Sakin: "Çoxdandır ki, yollar sürüşməyə görə bağlanıb. Qalmışıq yollarda. Gedib, gələ bilmirik. Marşurut işləmir".
Sakin: "Keçən ayın on üçündən piyada gedib, gəlirik".
Rafiq Həsənov isə sözügedən çətinliklərin aradan qaldırılması üçün ərazidə mühəndis işlərinin aparılacağını deyir:
"Ərazidə dəqiq mühəndisi geoloji araşdırmalar aparılmalıdır. Bu araşdırma işlərindən sonra yekun söz deyilə bilər. Həm yolun açılması istiqamətində, həm də digər problemlərlə əlaqədar".
Marşrut avtobusları isə yalnız yolda hərəkətin bərpa olunacağı halda həmin istiqamət üzrə hərəkət edə biləcək.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 1611 Tarix: 18 noyabr 2018
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşPrezident Xalq artistinə mənzil verdi
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində
17 sentyabr 2021Tanınmış mədəniyyət xadimləri Şuşada
Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund
18 sentyabr 2021Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO
Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd
18 sentyabr 2021Vətən müharibəsinin 22 iştirakçısı polis oldu
Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua
17 sentyabr 2021Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI
Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə
17 sentyabr 2021Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək
Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten
18 sentyabr 2021Tovuza dolu düşüb - VİDEO
Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl
17 sentyabr 2021