Sabiq deputat "Nəsimi" bazarında satıcı işləyir

Sabiq deputat "Nəsimi" bazarında satıcı işləyirGələn il böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi respublika səviyyəsində qeyd ediləcək. Gələn il Bakının məşhur "Nəsimi bazarı" söküləcək.

Bu iki məlumatın xəbər lentində ard-arda yer almasının bir təsadüf olub-olmadığı bilmirik. Amma bilinən odur ki, gələn il gerçəkləşdiriləcək bu hadisələrdən biri Nəsiminin adını yaşadacaq, digəri isə bir məkandan Nəsimi adını ömürlük siləcək.

Birinci xəbərlə işimiz yoxdur, bizi daha çox ikinci hissə maraqlandırır. Yaşı 60-dan çox olan bu bazarın birdən-birə bağlanması zərurəti haradan yarandı?

Bu suala birinci cavabı xəbər yayılan kimi Nəsimi rayon icra başçısının müavini Qurban İsmayılov verib.

O bildirib ki, ərazidə olan həm yaşayış evləri, həm də bazar şəhərin memarlıq üslubuna uyğun gəlmir.

"Buna görə də yaşayış evlərinin bir çoxu sökülərək yerində çoxmərtəbəli binaların tikintisinə başlanılıb. Bazarın sökülməsi məsələsi ilə bağlı bazar rəhbərliyi ilə tikinti şirkəti arasında danışıqlar aparılır".

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bazarda fəaliyyət göstərən satıcıların aqibətinə gəldikdə isə, Qurban İsmayılov bildirib ki, bu məsələ bazar rəhbərliyi ilə tikinti şirkəti arasında tənzimlənəcək.

Bu açıqlamada bir məqam diqqət çəkir. Bazar görüntüyə uyğun deyilsə, o təmir edilə və fəaliyyəti davam etdirilə bilər.

Daha söküb bina tikmək niyə?

Üstəlik, dünyanın ən inkişaf etmiş ölkələrinin paytaxtlarında, böyük şəhərlərində bu cür bazarlar var. Məsələn, Parisdə "Saint-Ouen" bit bazarı, İstanbulda "Balıq bazarı", İngiltərədə "Borough Market" bazarları qədim olduqlarına görə turistlərin daha çox diqqətini cəlb edir. Xatırladım ki, bu bazarların 100-150 illik tarixləri var.

İndi biz 60 yaşlı bazar köhnədir deyə onu necə sökə bilərik?

Əsas səbəbi araşdırmaq üçün üz tutduq bazara. Bazardakı sakitlik və alıcı qıtlığını səhər saatları, eləcə də həftə içi olduğu ilə əlaqələndirsək də, məlum oldu ki, əsas səbəb sökülmə xəbərləridir. Alıcılar deyir ki, bu xəbərlər yayılandan alıcı üzünə həsrətdirlər.

60 il əvvəl bu bazara gəlib

1959-cu ildə ilk dəfə tələbə vaxtı rayondan bu bazara kartof satmaq üçün gələn 79 yaşlı Yunis adlı satıcı deyir ki, zavodda işdən çıxandan sonra yenidən satıcı kimi bazara üz tutub. Ömrünün son 20 ili bu bazarda keçib.

"İllərdir hamımız çörək pulumuzu burdan çıxarırıq. 50-60 nəfər burdan qazandığı pulla ailə saxlayır. Hər ailədə 5-6 nəfər olduğunu nəzərə alsaq, nə qədər adamın çörəyinin kəsiləcəyini təxmin edərsiniz. İndi birdən-birə xəbər yayılıb ki, bazar bağlanır. Amma bazar rəhbərliyi bizə heç bir xəbərdarlıq etməyib. Bu yaşımda gedib harada işləyə bilərəm? Əslində özümdən çox bu gəncləri düşünürəm. Mən pensiya ilə dolanmağa çalışacam, bəs bu cavanlar necə edəcək".

Yunis dayı ilə söhbətimizi görən satıcılar bir-bir başımıza toplaşır. Məlum olur ki, onlar söküntü ilə bağlı ancaq mediadan eşidiblər. Bazar rəhbərliyi isə onlara heç bir söküntünün olmayacağını deyib.

Satıcıların bəziləri bazarın Bakının müasir görüntüsünə uyğun olmaması fikrini qəbul etdiklərini deyir, amma onları bundan daha çox öz aqibətləri narahat edir:

"Burada daimi alıcılarımız var. İndi bizi hansı bazara köçürəcəklər, orada normal alıcı tapa biləcəyikmi?"

50 yaşımda harada iş tapacam?

Satıcılar bazara gələnlərin hər dəfə söküntü barədə sorğu-sualından bezdiklərini deyirlər:

"Çünki bir tərəfdən müdriyyət heç bir söküntü olmadığını, televiziyalar isə bazarın söküləcəyini deyir. Biz də çaşqınlıq içərisindəyik. Söküntü xəbərlərindən sonra təzə mal gətirmək istəmirik. Bizə söküntüdən altı ay əvvəl xəbər verməlidirlər ki, mallarımızı sataq, ya da yeni yer tapaq. Bazar rəhbərliyi də bizə deyib ki, elə bir şey olsa, beş-altı ay əvvəldən məlumat veriləcək. Paltar satanlar arasında bəziləri bütün pullarını, hətta evini satıb mal alıblar. İndi bazar bağlansa, onların vəziyyəti necə olacaq?" 50 yaşımız var, bundan sonra harada işləyə bilərik? Bazar bağlansa, havada qalacağıq".

Alıcılar arasında bütün bu söhbətlər xəbərsiz olacağına and içənlər də oldu, hətta bazarın bağlanmasından narahat olmadığını deyənlər də.

Amma 15 ildir həyat yoldaşı ilə bazarda satıcılıq edən Lalə xanım bu xəbərin ən çox narahat olanlardandır:

"Özümün 60, yoldaşımın 64 yaşı var, təqaüd almırıq, bu yaşımda da məni heç kim işə götürməz. Nə etməliyəm? Bazar bağlansa, mütləq bizə əlavə yer verməlidirlər. Yeddi nəfərlik ailəyik burdan gələn pulla dolanırıq. Bazar bağlansa nə edəcəyik?"

Adını demək istəməyən başqa bir satıcı qadın deyir ki, onlara xəbər verilmədən bazar sökülsə hüquqlarını qorumaq üçün lazımi addımlar atacaqlar:

"Bazar bağlanmadan 6 ay əvvəl bazar rəhbərliyi bizə xəbər verməlidir. Mən kimsəsiz qadınam, evim yaxınlıqdadır. Ona görə də bura rahat gəlib-gedə bilirəm. Təqaüd yaşım da deyil, sabah bazar bağlansa, mənim aqibətim necə olacaq? Heç olmazsa, əvvəldən desələr, malları əldən çıxararıq. Ermənistanda 5 il Ali Sovetin deputatı işləmişəm, qanunları bilirəm. Xəbər verilmədən heç kimin evini sökə bilməzlər. Xəbər vermədən bazarın sökülməsi bizim hamımızın dənizə tökülməsi deməkdir. Onlarla ailə buradan dolanır".

Rəhbərlik nə deyir?

Bütün ölkə Nəsimi bazarının söküləcəyindən danışarkən alıcıların bundan xəbərsiz olması şübhəlidir. Bu şübhəyə son qoymaq üçün bazar rəhbərliyi ilə bir də biz danışmaq istəyirik. Alıcılardan öyrənirik suallarımıza Vaqif adlı nəzarətçi cavab verə bilər, o da səhərdən bazardadır, "polkalar"ı gəzir. Lakin bir anda Vaqif bəyi gördüm deyən olmur. Bazar rəhbərliyi üçün müəyyən edilmiş otağa baş çəkirik. Orada bazar gözətçisi kimi özünü təqdim edən şəxs Vaqif bəyin 15 dəqiqəyə gələcəyini deyir. Vəd etdiyi vaxt tamama yetəndə isə onun işinin çıxdığını azı bir-iki saat olmayacağını bildirir və üstəlik, bazar nəzarətçisi ilə telefonla danışmağımızın mümkünsüz olduğunu deyir. Nə Vaqif bəyin nömrəsini verir, nə də özünün telefonu ilə danışmağımıza imkan yaradır. Bunu deyib yanımızdan elə qaçır ki...

Bazar rəhbərliyindən cavab ala bilməsək də, ərazidə tikinti aparan "Olympus Park Şirkəti"nin Nəsimi nümayəndəsi Fizamməd Xankişiyevlə danışa bildik. O bildirdi ki, tikinti işləri Azadlıq prospekti ilə akademik M.Mirqasımov və Mirəli Qaşqay küçələrinin kəsişməsində pilot layihə əsasında həyata keçirilir.

"Pilot layihəni bizim şirkət aparır. Nəsimi bazarına bitişik həyət evlərini sökərək tikinti işlərinə başlamışıq. Ərazidə 4 bina tikilir, bir bina bazar ərazisinə düşür. Pilot layihələr zamanı yaşayış və qeyri-yaşayış obyektlərinin sahibləri ilə danışıq aparırıq. Pilot layihələrin icrası zamanı sakinlərin razılığının alınması ilə bağlı şərt var. Biz də hazırda bazar sahibi ilə razılaşma aparırıq, müəyyən detalların sonlanma mərhələsindəyik. Yəqin ki, növbəti ilin əvvəlində bazar söküləcək. Bazarın söküləcəyi dəqiqdir, lakin hansı aydan başlanacağı məlum deyil. Danışıqlarda tam detallar həllini tapmalıdır. Həmin bazar ərazisində tikiləcək binanın 3 mərtəbəsi ticarət mərkəzi olacaq və bazar sahibinə həmin ərazidə obyekt veriləcək. Bazar sahibi icarədarlarına yer var".

F.Xankişiyev bildirdi ki, tikinti başlanandan 18-24 ay sonra başa çatmalıdır.

"Bu müddət ərzində bazar ərazisində fəaliyyət göstərən satıcıların aqibəti barədə bazar sahibi məlumatlı ola bilər. Bizim işimiz bazar sahibi ilə razılıq əldə etməkdir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2685   Tarix: 19 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Kömək elə" sözünü eşitdik, getdk, gördük keçiniblər" - Qətlə yetirilən ər və arvadın qonşusu - VİDEO

"Biz neçə ildir burada qonşuyuq. Onlar çox mehriban insanlardır. Oğlan da sakit uşaqdır. Birdən-birə niyə belə oldu bilmirik. Biz də birdən "kömək elə, kömək elə" səsi eşitdik. Gördük ki, keçiniblər". Bu sözləri Baku TV-ə qətlə yetirilən ər və arvadın qonşuları deyib. Qonşuların verdiy

19 aprel
.

Aytən Səfərovanın aparıcısı olduğu verilişdə açıqlama: "Səhhətində ciddi problemlər yaranıb" - VİDEO

Aytən Səfərovanın aparıcısı olduğu "Xəbər ertəsi" verilişində ilk dəfə onun qəzaya düşməsi ilə bağlı açıqlama verilib. xəbər verir ki, bu barədə Səfərova ilə verilişi təqdim edən həmkarı Mehman Rəsulov danışıb. O baş verən hadisənin "Xəzər tv" kollektivini və onu çox üzdüyünü qey

18 aprel
.

Bakıda ev qiymətinə sini satılır - FOTO

Bakıda ev qiymətinə sini satışa çıxarılıb. xəbər verir ki, 50 min manata satışa çıxarılan sininin 799-cu ilə aid olduğu iddia edilir. Sininin üzərində ərəb əlifbası ilə yazılar var, müxtəlif naxış və insan təsvirləri çəkilib

18 aprel
.

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Elm və Təhsil Nazirliyi "Şərq-Qərb" ASC (VÖEN - 20043631) ilə 1 milyon 996 min 500 manat dəyərində satınalma müqaviləsi imzalayıb. xəbər verir ki, bir mənbədən satınalma metodu əsasında imzalanan müqavilənin şərtlərinə görə "Şərq-Qərb" ASC nazirliyin sifarişi əsasında yeni dərsli

19 aprel
.

Qubad İbadoğluya yekun ittiham elan edildi - İstintaq bitir

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun cinayət işi üzrə ibtidai istintaq yekunlaşır. Bu barədə "Qafqazinfo"ya onun vəkili Bəhruz Bayramov məlumat verib. Vəkil deyib ki, Q.İbadoğluya Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əld

18 aprel
.

İkimərtəbəli "üzən ev" gündəm oldu - VİDEO

Amerikanın San-Fransisko sakinləri qeyri-adi mənzərənin şahidi olublar. -a istinadən xəbər verir ki, gəmi kimi üzən bu ev buxtanın üzərindən keçərək "Redwood City" Marinadan çıxıb. Bu körpüdə əvvəllər suyun üzərindəki evlərdə yaşayan 100-dən çox insan yaşayırdı. Lakin 2015-ci ildə uzun illə

18 aprel
.

Şimşək çaxacaq, dolu düşəcək - Sabahın havası

Aprelin 19-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-16 isti, gündüz 22-2

18 aprel
.

Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı

"Yaxşı gününüzdə qohum-əqrəbanı xatırlayın, çevrənizdəkilərə yardım edin. Vəzifəyə, işə-gücə, sahib olduqlarınıza güvənməyin". "Olay" bildirir ki, bu sözləri "Səni axtarıram" verilişində Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı deyib. O, həmçinin ötən gün vəfat edən sabi

18 aprel
.

Növbəti "Əhməd" olayı: 24 yaşlı oğul ailə üzvlərini öldürdü

Sumqayıtda törədilmiş qətl hadisəsi ilə bağlı cinayət işi açılıb. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən "Report"a bildirilib. Qeyd olunub ki, aprelin 19-da Sumqayıt şəhəri ərazisində iki nəfərin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla 200-ci il təvəllüdl

19 aprel