Deputatdan aeroportla bağlı MARAQLI TƏKLİF

Deputatdan aeroportla bağlı MARAQLI TƏKLİFƏvvəlki illərdə olduğu kimi, 2019-cu ildə də dövlət büdcəsinin sosialyönümlülüyünün təmin edilməsi, əhalinin rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi, bir çox mühüm sosial proqramların reallaşdırılması istiqamətində, dövlət büdcəsində müvafiq məbləğlərdə vəsait nəzərdə tutulub.

2019-cu il dövlət büdcəsinin xərclərində sosialyönümlü xərclər üçün 7 919,9 milyon manat vəsait proqnozlaşdırılıb ki, bu da 2018-ci illə müqayisədə 797,5 milyon manat və ya 11,2 faiz çoxdur.

Oxu.az xəbər verir ki, bunu millət vəkili, professor Kamilə Əliyeva deyib.

Onun sözlərinə görə, təqdirəlayiq haldır ki, 2019-cu ilin dövlət büdcəsində ali, orta ixtisas və ilk peşə təhsili müəssisələrinin tələbələri və şagirdlərinin, AMEA-nın magistrantlarının və doktorantlarının təqaüdlərinin məbləği, AR ali məktəbləri üçün Prezident təqaüdlərinin məbləği, Prezidentin fərdi təqaüdünün məbləğləri artırılıb:

"2017-ci ildə inflyasiya səviyyəsi 12,9 faizdən 2018-ci ildə 2,7 faizə düşüb. Azərbaycan əhalisinin normal gəlirləri təxminən 35 milyard manat olub. Azərbaycanın valyuta ehtiyatları artaraq, 5,5 milyard manatdan çox olub.

2019-cu ildə ölkədə ÜDM real iqtisadi artımı 3,6 faiz olmaqla, 81,9 milyard manat, o cümlədən qeyri-neft ÜDM-nin artımı 3,9 faiz olmaqla, 50,5 milyard manat təşkil edəcəyi gözlənilir. Bu isə böyük irəliləyiş deməkdir. Artıq Azərbaycanın iqtisadi artımı neft-qaz amilindən deyil, iqtisadiyyatın digər sahələrinin hesabına artmaqdadır.

Aqrar sahədə də böyük uğurlar qazanılmaqdadır. Artıq Azərbaycanda istehsal olunan kənd təsərrüfatı malları dünyanın 50-dən çox ölkəsinə ixrac olunur. Fəxrlə deyə bilərəm ki, təmsil olunduğum Zaqatala və Balakən rayonlarında emal olunan kənd təsərrüfatı məhsulları bir çox dünya ölkələrinə ixrac olunur və ölkə büdcəsinə valyuta gətirir.

Ölkənin ixrac potensialının yüksəldilməsi, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində fəaliyyət göstərən kiçik və orta sahibkarların innovativ qabiliyyətinin artırılması, yüksək məhsuldarlığın əldə olunması, aqroparkların yaradılması istiqamətində mühüm addımlar atılıb.

Bütün bu işlər isə prezident cənab İlham Əliyevin 2017-2022 və 2018-2025-ci illər üçün "Dövlət Proqramı" sahəsində imzaladığı sərəncamların yerinə yetirilməsi istiqamətində görülən işlərin bir hissəsidir.

Son illərdə ölkəmizdə həyata keçirilən uğurlu siyasət nəticəsində turizmin inkişafı istiqamətində mühüm layihələrin icrası, Azərbaycanda qeyri-neft sektorunun aparıcı sahəsi kimi turizmi ölkə iqtisadiyyatının prioritet sahəsinə çevirib. Bu məqsədlə cənab prezident tərəfindən imzalanmış sərəncam ölkə paytaxtından əlavə, regionların inkişafına və həmin bölgələrə də turistlərin cəlb olunmasına böyük şərait yaradıb.

Bunu nəzərə alaraq xahiş edərdim ki, Zaqatala və Balakən rayonlarında yerli və xarici turistlərin cəlb edilməsi üçün Zaqatala rayonundakı aeroportun fəaliyyəti bərpa olunsun".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2151   Tarix: 19 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qubada qəzalı durumda olan elektrik dirəkləri nə zaman yenilənəcək? - RƏSMİ AÇIQLAMA + VİDEO

Quba rayonunun Dalıqaya kəndində elektrik xətləri və dirəkləri qəzalı vəziyyətdədir. Bu barədə Bizim.media-ya kənd sakini Ramin İsmixanov məlumat verib. Bildirib ki, elektrik dirəkləri qəzalı və istifadəyə yararsızdır. Elektrik dirəklərindən biri də onun həyətində yerləşir. Külək olan kimi təhlükəl

25 aprel
.

Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO

Bakıda təmizlik işçisinin şəhidlər abidəsi qarşısında dua etməsi gündəmə çevrilib. Bu barədə -in "qaynar xətti"nə məlumat daxil olub. Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşı olan qadının bu hərəkəti insanlar tərəfindən rəğbətlə qarşılanıb. Görüntüləri təqdim edirik:

25 aprel
.

Bakıda mənzildə qadın meyiti aşkarlanıb

Bakıda qadının mənzildə meyiti aşkarlanıb. APA xəbər verir ki, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yaşayan, 1954-cü il təvəllüdlü Şəfəq Bağırova yaşadığı evdə ölü vəziyyətdə aşkarlanıb. Faktla bağlı araşdırma aparılır

25 aprel
.

Türkiyənin ilk astronavtı Azərbaycana gələcək

Türkiyənin kosmosa səyahət edən ilk astronavtı Alper Gezeravcının Azərbaycana səfəri təşkil olunacaq. report-a istinadən xəbər verir ki, bu barədə Ankarada keçirilən Türk dövlətləri kosmik agentliklərinin üçüncü iclasından sonra Azərbaycan Kosmik Agentliyinin ("Azərkosmos") İdarə Heyətini

24 aprel
.

Elmira Süleymanovanın dəfn olunacağı yer BİLİNDİ - YENİLƏNİR

Bu gün vəfat edən Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanovanın dəfn olunacağı yer bilinib. xəbər verir ki, E.Süleymanova İkinci Fəxri xiyabanda dəfn olunacaq. 14:27. Bu gün vəfat edən Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanova ilə vida mərasimi keçirilir. xəbər verir ki, mərasim Təzəpir məscidind

25 aprel
.

Azərbaycanda yeni kollec yaradıldı

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərbaycan Dövlət Aqrar Universiteti" publik hüquqi şəxsin nəzdində "Gəncə Dövlət Aqrar Kolleci" publik hüquqi şəxs yaradılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib. Yeni kollec Kənd Təsərrüfatı Nazirliyini

24 aprel
.

Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi

Şirvan Apellyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etmədə Cəbrayil Məmmədovun (şərti) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti məhkəmə iclası başa çatıb. xəbər verir ki, hakim Elşad Əliyevin sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub. Qərara əsasən, protes

25 aprel
.

Azərbaycanda 8-ci sinif şagirdi qoşulub qaçdı

Azərbaycanda məktəbli qız evlənmək məqsədilə qoşulub qaçıb. -ın əldə etdiyi məlumata görə, hadisə Goranboy rayonunda qeydə alınıb. Məlumata əsasən, aprelin 23-də Xoylu kənd məktəbinin 8-ci sinfində təhsil alan qız naməlum şəxsə qoşularaq qaçıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətini

25 aprel
.

Nəsib Quliyevlə bağlı yeni faktlar - Oğlu ailəsini atıb, qızı isə...

Xəbər verdiyimiz kimi, bu gün tanınmış həkim, sabiq baş pediator Nəsib Quliyev intihar edib. xəbər verir ki, -a daxil olan məlumatda iddia edilir ki, həkimin intiharına səbəb depressiya olub. O, bağ evində tək yaşayırmış, ailəsi ilə münasibətləri də isti olmayıb. Bildirilir ki, oğlu uzun illərdir Ukraynad

25 aprel