700 bal toplayan tələbəmiz görün hansı UNİVERSİTETİ SEÇDİ: Bura qəbul olanlar...FOTO

700 bal toplayan tələbəmiz görün hansı UNİVERSİTETİ SEÇDİ: Bura qəbul olanlar...FOTOQəbul imtahanında 700 bal toplayan Aslan Aşırov Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsinə müsahibə verib.

Sonxeber.az həmin müsahibəni təqdim edir:

- Özünüz haqda bir az danışın.

- Adım Aslandır, 17 yaşım var. Gürcüstanda anadan olmuşam, Azərbaycan vətəndaşıyam. 169 saylı tam orta məktəbi bitirmişəm.

- Aslan, qəbul imtahanında ən yüksək nəticəni - 700 balı toplamağınızda ən çox kimin rolu var?

- Qəbul imtahanında göstərdiyim uğura görə başlıca olaraq valideynlərimə və qardaşlarıma, daha sonra müəllimlərimə, sonda isə dostlarıma təşəkkür edirəm. Onlar məni motivasiya etməsəydilər, yəqin ki, bu nəticəni göstərə bilməzdim.

- Niyə I qrupa üstünlük vermisiz?

- Mənim istədiyim ixtisas məhz I qrupda idi. Amma normalda humanitar fənləri daha çox sevirəm.

- Bəs ali məktəblər arasında niyə məhz BANM-ı seçdiz?

- Azərbaycanda istədiyim ixtisas üzrə daha yaxşı təhsil verəcəyini düşündüyüm üçün məhz BANM-ı seçdim. BANM-ın tələbələri məzun olan kimi ən yaxşı şirkətlərə işə qəbul ola bilir. Düşünürəm, bu, elə keyfiyyətli təhsilə görədir.

- Boş vaxtlarınız olduğu zaman nə etməyi sevirsiz?

- Boş vaxtlarımda dostlarımla görüşməyi, proqramlaşdırma üzrə maraqlanmağı və video oyunlar oynamağı sevirəm.

- BANM-da hansı ixtisası seçdiz və həmin ixtisas nə ilə sizi özünə cəlb etdi?

- Mən "İnformasiya təhlükəsizliyi" ixtisasini seçdim. Bu ixtisas yenidir və açılacağını eşitdiyim gündən ora qəbul olmaq arzum idi. Məqsədim bu sahədə yeni işlər görməkdir. Həm də nəyisə idarə etmək, qorumaq və təhlükəsizliyi təmin etməkdən xoşum gəlir.

- Bu seçiminizi özünüz etmisiz, yoxsa valideynlər, yaxınlar məsləhət görüb?

- Seçimimi sırf özüm etmişəm. Mən heç kimə valideynlərinin istədiyi ixtisas üzrə seçim etməyi məsləhət görmürəm. Çünki gələcəkdə o ixtisas üzrə valideynlərin deyil, sən özün işləməli olacaqsan.

- Aslan, elə xüsusiyyətiniz varmı ki, sizi digərlərindən fərqləndirə bilər?

- Məncə, hər kəsdə nəsə fərqlilik var. Məsələn, mən düşünürəm ki, mənim fərqliliyim öz fikrimi hər kəsin fikrindən üstün tutmağımdır.

- Sizcə, müasir dövrdə parlaq gələcəyi olan ixtisaslar hansılardır?

- Məncə, gələcəyi parlaq olan ixtisaslar İT, kompüter mühəndisliyi və maliyyədir.

- BANM-ı bitidikdən sonra planlarınızda nə var?

- Məqsədim gələcəkdə öz şirkətimi qurmaq və yerli saytların, şəbəkələrin təhlükəsizliyini təmin etməkdir.

- Sizcə, bir insanın uğur əldə etməsi üçün ona nə lazımdır?

- Məncə, insana bunun üçün məqsəd, ruh yüksəkliyi və yaxşı dostlar lazımdır.

- Nailiyyətlər insanın özünə, yoxsa şansa daha çox bağlıdır?

- Nailiyyət 99% insanın özünə, 1% isə şansa bağlıdır, deyə düşünürəm.

- Dostlarınız çoxdur? Onları necə seçirsiz?

- Mən dostlarımı nə bilik səviyyəsinə, nə də dünyagörüşünə görə seçmirəm. Sadəcə, düşüncə tərzi düzgün olan və özümə yaxın hesab etdiyim insanlarla yaxınlıq edirəm.

- Sizdən sonra gələcək abituriyentlərə nə məsləhət edərdiz?

- Məsləhətim odur ki, ruhdan heç vaxt düşməsinlər, özlərini motivasiya etsinlər və istirahətlərinə də vaxt ayırsınlar.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 4135   Tarix: 19 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı

Aprelin 24-də özünə qəsd edən respublikanın sabiq baş pediatrı bu gün dəfn olunacaq. -ın əldə etdiyi məlumata əsasən, Nəsib Quliyev Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılacaq. Qeyd edək ki, Nəsib Quliyev Görədildə yaşadığı mənzildə özünə ov tüfəngi ilə atəş açara

25 aprel
.

İki dostun davası - Biri yaralanıb, o biri həbsdədir

İki yeniyetmə oğlan arasındakı mübahisə onlardan birinin bıçaqlanmasına gətirib çıxarıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə bir müddət əvvəl Sabunçu rayonu ərazisində baş verib. Hazırda işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. İttiham ondan ibarətdir ki, peşə liseyində təhsil ala

24 aprel
.

Azərbaycanda əhalinin 75%-i "TikTok"un bağlanmasını İSTƏYİR

Dünyada sosial medianın mənzərəsi sürətlə dəyişir. Tədqiqatlar xüsusən "TikTok" media platformasının populyarlığının sürətlə artdığını və dünyada gənclər arasında ən çox istifadə edilən beş sosial media platformasından biri olduğunu göstərir. xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzini

25 aprel
.

Açıq havada satılan yeməklərdə DİQQƏTLİ OLAQ! Sağlamlığımıza hansı təsirləri var? - AÇIQLAMA

Açıq havada çoxlu mikroblar var və onlar tozla birləşərək asanlıqla yayılmağa başlayırlar. Xüsusilə havalar isindikcə epidemiyaya səbəb olan açıq qidalara nəqliyyat vasitələrinin çoxluğu və insanların sığlığı səbəbindən mikrob daha tez keçir. Xüsusilə çöldə satılan simit, peraşkı, dönər və qutab kim

25 aprel
.

Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə ŞAD XƏBƏR - VİDEO

"Zəngilanda çox böyük işlər görülür, yaşayış evlərinin tikintisi həyata keçirilir. Artıq 13 binadan ibarət kompleks inşa edilir". Bizim.Media xəbər verir ki, bu barədə Laçında keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" beynəlxalq forumda iştirak edən Cəbrayıl, Qubadlı və Zəngila

24 aprel
.

Mübahisəli ərazilərin delimitasiyası təxirə SALINIR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Ermənistan parlamentinin müdafiə və milli təhlükəsizlik komissiyasının rəhbəri Andranik Köçəryan sərhədlərin delimitasiyasından danışıb. Bildirib ki, proseslər mübahisəli ərazilərə çatanda delimitasiya məsələsi ilə bağlı daışıqlar başlayacaq. Köçəryan eyni zamanda mübahisəli əraziləri

24 aprel
.

Ramzan Kadırovda yeni xəstəlik tapıldı, varisi hazırlanır - İDDİA

Çeçenistan lideri Ramzan Kadırov ağır xəstədir. İndi Kreml ölümü və ya səhhətinə görə əmək qabiliyyətini itirməsi halında onun yerinə kimin keçəcəyini düşünür. -ın xarici mediaya istinadən xəbərinə görə, "Novaya qazeta Europe" məqaləsində deyildiyi kimi, 2019-cu ilin yanvarında həkimlər on

24 aprel
.

Azərbaycanda yeni kollec yaradıldı

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərbaycan Dövlət Aqrar Universiteti" publik hüquqi şəxsin nəzdində "Gəncə Dövlət Aqrar Kolleci" publik hüquqi şəxs yaradılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib. Yeni kollec Kənd Təsərrüfatı Nazirliyini

24 aprel
.

Bulaqlarda erməni saxtakarlığı: Naxış və nişan vuraraq... - VİDEO

Laçın şəhərində daha bir erməni saxtakarlığı üzə çıxıb. Belə ki, ermənilər işğal dövründə Laçın və ətrafında yerləşən bulaqlara naxış və nişan vuraraq özününküləşdirməyə çalışıblar. "Bu bulaqlara üzüm kimi şəkillər çəkərək özlərinin olduğunu göstərmək istəyiblər. Mənim 78 yaşım var, həmişə bu bulağ

25 aprel