Azərbaycanda iş adamını girov götürdülər, cinsi əlaqəyə təhrik etdilər – şok olay

Azərbaycanda iş adamını girov götürdülər, cinsi əlaqəyə təhrik etdilər – şok olayAdam oğurluğu, şantaj və seksual xarakterli zorakılıq hərəkətləri törətməkdə təqsirli bilinən Bakı şəhər sakinləri – Əzizbala Rəcəbov və onun qardaşı Saleh Rəcəbovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sonxeber.az teleqraf.com-a istinadla xəbər verir ki, Əzizbala Rəcəbov qardaşı Saleh Rəcəbov ilə 30 iyun 2015-ci il tarixdə, saat 16 radələrində birgə kənd təsərrüfatı mallarının alqı-satqısı ilə məşğul olduğu şəriki Nəsimi Babayevi (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) aldadıblar.

İş adamı oğurlandı

Onlar birlikdə Nəsimi Babayevə məxsus "Opel" markalı avtomobilə miniblər və Əzizbalanın yaşadığı Xətai rayonu, Cavanşir küçəsində yerləşən evinə gəliblər. Orada ağır elektrik sobasının düşürülməsinə kömək etməsi adı ilə Nəsimi Babayevi aldadıb digər mənzilə aparıblar.

Əzizbala mənzildə qardaşı Salehilə birlikdə Nəsimiyə həyat və sağlamlığı üçün təhlükəli olmayan xəsarətlər yetirib, onu kəndirlə oturacağa bağlayıblar.

Mənzildə girov

Qardaşlar Nəsiminin üstündə olan 1400 manat pulunu götürüblər. Daha sonra onlar Kürdəxanı qəsəbəsində pomidor yığımında Nəsimiyə kömək etməsi adı ilə keçmişdə onunla qeyri-rəsmi ər-arvad münasibətində olmuş Nəsibəni həmin mənzilə çağırıblar.

Rəcəbov qardaşları Nəsibənin yanında Nəsimiyə həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq ediblər, bıçaqla onun üz nahiyəsinə xəsarət yetiriblər.

Qadınla cinsi əlaqəyə girməyə təhrik

Onlar zorakı hərəkətlərinin qarşısını almağa çalışan Nəsibəyə də zor tətbiq ediblər. Hər iki qardaş Nəsibəni Nəsimi ilə cinsi əlaqəyə girməyə və ya seksual xarakterli digər hərəkətlərə məcbur ediblər.

Bununla da Rəcəbov qardaşları Nəsiminin Nəsibə ilə seksual xarakterli hərəkətlərini videoya çəkiblər.

Daha sonra Əzizbala və Saleh Rəcəbov qardaşları Nəsibəni yaşadığı Nizami rayonu, Naxçıvanski küçəsindəki evinə aparıblar.

Video çəkiliş, rüsvayedici məlumat

Orada onlar Nəsibədən Nəsimi Babayevin ona saxlamağa verdiyi 5400 manat pulu tələb ediblər. Rəcəbovlar qeyd olunan məbləğdə pulu götürüb və yenidən həmin mənzilə qayıdıblar.

Daha sonra yenidən Nəsimini seksual hərəkətlərə vadar etdiriblər. Onlar telefonla qeydə aldıqları rüsvayedici görüntüləri Nəsiminin yaxınlarına göndərəcəkləri, internet portallarında yayacaqları ilə hədələyiblər.

Qardaşlar hədə-qorxu gəlməklə Nəsimi Babayevdən 6500 manat dəyərində olan "Opel" markalı avtomobili onların adına keçirməyi tələb ediblər.

Girovluqdan azad olunduqdan sonra Nəsimi Babayev qardaşlardan hüquq-mühafizə orqanlarına şikayıt edib.

İki qardaşın 11 maddəli cinayət işi

İstintaq orqanı tərəfindən Əzizbala və Saleh Rəcəbov qardaşlarına Cinayət Məcəlləsinin 144.2.1-ci (iki və ya daha çox şəxs barəsində adam oğurluğum törətmək), 144.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən adam oğurluğu törətmək), 144.2.4-cü (zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə adam oğurluğu törətmək), 144.2.5-ci (silahdan yaxud silah qismində istifadə edilən əşyalardan istifadə etməklə adam oğurluğu törətmək), 150.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən seksual xarakterli zorakılıq hərəkətləri törətmək), 150.2.5-ci (təkrar seksual xarakterli zorakılıq hərəkətləri törətmək), 151-ci (seksual xarakterli hərəkətlərə məcbur etmə), 180.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən soyğunçuluq etmək), 180.2.4-cü (insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə soyğunçuluq etmək), 180.2.5-ci (zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla soyğunçuluq etmək) və 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə) maddələri ilə ittiham elan edilib.

İki qardaşın cəzası

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əzizbala Rəcəbov 14 il, Saleh Rəcəbov isə 13 il müddətinə azadlıqdan məhrum edilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 8634   Tarix: 19 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Rusiyada azərbaycanlı qadın öldürüldü - Əri saxlanıldı

Rusiyanın Sankt-Peterburq şəhərində 27 yaşlı azərbaycanlı qadın qətlə yetirilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı "Mash на Мойке" teleqram kanalı yayıb. Qadının özündən 15 yaş böyük Araz adlı həyat yoldaşı tərəfindən qətlə yetirildiyi iddia edilir. Hadisənin qısqanclı

13 aprel
.

DTX-dən ƏMƏLİYYAT: Azərbaycanda girovda saxlanılan şəxsin azadolunma görüntüləri - VİDEO

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən transmilli mütəşəkkil cinayətkarlığa və qanunsuz miqrasiyaya qarşı həyata keçirilən mübarizə tədbirləri çərçivəsində Pakistan İslam Respublikasının vətəndaşları olan Ullah Naeem Xan Navvab və qeyrilərinin ölkə ərazisində adam oğurluğu il

15 mart
.

Azərbaycan və Qazaxıstan prezidentləri Füzuli Rayon Mərkəzi Xəstəxanasının layihəsi ilə tanış olublar - FOTO

Martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Füzulidə inşa ediləcək Rayon Mərkəzi Xəstəxanasının layihəsi ilə tanış olublar. Bununla bağlı məlumat yayıb

12 mart
.

Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd təcridxanaya qaytarıldı

Ailəsinin 5 üzvünü amansızlıqla qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun tibbi ekspertizası başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Əhmədov artıq Bakı İstintaq Təcridxanasına qaytarılıb. Onun hadisə törədərkən anlaqlı olub-olmaması ilə bağlı hələ ki, yekun rəy hazır deyil

27 mart
.

Hakimlər bu işi araşdırmaqdan imtina etdi

Xəbər verdiyimiz kimi, qeyri-rəsmi yaşadığı qadına əzab verməkdə, onun azyaşlı qızını zorlamaqda, adam oğurluğunda və digər maddələrlə təqsirli bilinərək 15 il azadlıqdan məhrum edilmiş Seymur Şahalıyev haqda hökm yuxarı instansiyada ləğv edilib. "Qafqazinfo" xəbər verir ki, Bakı Apellyasiy

5 aprel
.

Saxta adla icra başçısı haqda paylaşımlar etdi, cəzalandırıldı

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev sosial şəbəkələrdə barəsində yazılanlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, artıq həmin müraciət araşdırılıb. Məlum olub ki, feysbukda "Fərid M" adlı profillə icra başçıs

4 aprel
.

Sumqayıtda ərini öldürməkdə təqsirləndirilən qadınla bağlı YENİ XƏBƏR

Sumqayıtda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Əfsanə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Sumqayıt şəhər Məhkəməsində keçirilən prosesdə bildirilib ki, Əfsanə Məmmədova barəsində keçirilmiş komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizanın rəyin

18 aprel
.

"Nikosayağı" cəzasının böyük hissəsini evdə çəkə bilər

Xəbər verdiyimiz kimi, "Nikosayağı" adı ilə tanınan bloqer Nicat Şükürlü Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmlə 5 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. "Qafqazinfo" xəbər verir ki, hökmdə Nicata verilən cəzanın məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qey

7 mart
.

Məktəblilərin öldüyü hadisənin təfərrüatı məlum oldu

İmişli şəhər 5 saylı orta məktəbin həyətində iki yeniyetmənin ölümü ilə bağlı bəzi məqamlar bəlli olub. -a istinadən xəbər verir ki, İmişli Rayon Təhsil Şöbəsi yeniyetmələrdən heç birinin 5 nömrəli məktəb-liseyin şagirdi olmadığını açıqlayıb:. "2010-cu il təvəllüdlü Amid Seyran oğlu İsbərov İmişlid

15 aprel