79 yaşlı qadını zorladı, amma canından oldu - Azərbaycanda AĞLAGƏLMƏZ OLAY

79 yaşlı qadını zorladı, amma canından oldu - Azərbaycanda AĞLAGƏLMƏZ OLAYKəlbəcər rayonu, İstibulaq kəndində anadan olmuş 1939-cu il təvəllüdlü Sevil Babayevanın (ad və soyad şərti verilib - red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sonxeber.az Publika.az-a istinadən xəbər verir ki, Sevil Babayeva Kəlbəcər rayonunda məcburi köçkün olub və Göygöl rayonun Murovdağ qəsəbəsində məskunlaşıb.

Qadının evinə basqın

İttihama görə, 9 mart 2017-ci il tarixdə, saat 23.30-da Kəlbəcər rayon sakini, 1974-cu il təvəllüdlü Daşqın Səlimov Sevil Babayevanın yaşadığı Göygöl rayonu Murovdağ qəsəbəsində yerləşən evə gəlib.

Daşqın Səlimov evin qonaq otağında yaşlı qadınla cinsi əlaqədə olmaq istəyib. Lakin Sevil Babayeva Daşqın Səlimovun istəyi ilə razılaşmayıb.

Zorlama və qətl

Bu zaman Daşqın Səlimov Sevil Babayevanı döyərək, ona çoxsaylı bədən xəsarətləri yetirib, daha sonra isə onunla zorla cinsi əlaqədə olmaq istəyib.

Təcavüzə məruz qalan Sevil Babayeva stolun üstündə olan bıçağı götürüb və Daşqın Səlimova çoxsaylı xəsarətlər yetirib. Daşqın Səlimov aldığı xəsarətdən ölüb.

Qətl törətdi, 1 il şərti cəza aldı

İstintaq orqanı tərəfindən Sevil Babayevanın barəsində Cinayət Məcəlləsinin 123.1-ci (zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Göygöl rayon Məhkəməsinin hökmü ilə Sevil Babayevanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 1 il sınaq müddəti olmaqla şərti cəza verilib.

Həbsdən çıxdı, öldürdüyü kişini oğlunu döydü

Hökmdən narazı qalan zərərçəkmiş şəxsin hüquqi varisi apelyasiya şikayəti verib. O, şikayətində qeyd edib ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslə bağlı nəticəyə düzgün gəlməyib.

Hüquqi varisin qeydlərinə görə, məhkum olunan qadın azadlığa çıxandan sonra mərhumun oğlunu döyüb: "Sevil Babayeva həbsdən çıxandan sonra mərhumun oğlu Sadiqi döyüb, təhqir edib: "Məhkumun barəsində olan şərti məhkum etmə ilə bağlı olan cəza cəzanın məqsədlərinə çatmaq üçün yetərli deyil. Məhkum özünü təqsirli bilmir, belə olan halda onun barəsində 70-ci maddənin tətbiq edilməsi doğru olmayıb".

Həbs edilməsi tələb edildi

Nümayəndə əlavə edib ki, məhkumun barəsində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi daha ədalətli olardı: "Ona görə də onun barəsində şərti azadlıqdan məhrumetmə cəzası ləğv edilməli və onun azadlıqdan məhrumetmə cəzası təyin olunmalıdır".

Həmçinin Sevil Babayeva da apelyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını tələb edib. Hər iki tərəfin şikayəti araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib.

Hakim Elçin Xasməmmədovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib. Qərara görə, tərəflərin apelyasiya şikayətləri təmin olunmayıb.

Hökm dəyişmədi

Bu qərardan narazı qalan zərərçəkmiş şəxsin hüquq varisi kasasiya şikayəti verib. Hüquqi varis kasasiya şikayətində də Sevil Babayevanın həbs olunmasını tələb edib. Təqsirləndirilən şəxsin vəkili də müvəkkili barəsində bəraət hökmünün çıxarılması barədə kasasiya şikayəti verib.

Hər iki tərəfin şikayəti Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrlik etdiyi kollegiyada araşdırılıb. Tərəflərin şikayətini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, tərəflərin kasasiya şikayətləri təmin olunmayıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 2216   Tarix: 20 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tərtər-Bakı avtobusunda təhlükəli anlar: Anidən avtobusun sükanı əsməyə başladı - VİDEO

Azərbaycanda sərnişin avtobusunda təhlükəli anlar yaşanıb. xəbər verir ki, hadisə Tərtər-Bakı üzrə işləyən nəqliyyat vasitəsində qeydə alınıb. Belə ki, nəqliyyat vasitəsinin sükanı anidən əsməyə başlayıb. Bu, texniki problem üzündən baş verib. Sürücünün soyuqqanlı davranışı avtobusun qəzaya düşməsini

15 aprel
.

İranda futbol komandasının məğlubiyyəti azarkeşin ölümü ilə nəticələndi

İranın "Traktor" komandasının azarkeşi komandanın məğlubiyyətinə görə insult keçirib. Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb. Əhə Quli Lale adlı azarkeş aprelin 12-si keçirilən oyun zamanı üçüncü qoldan sonra stadionda insult keçirib, növbəti gün dünyasın

14 aprel
.

Əhməd azadlığa çıxır? - Hüquqşünasdan AÇIQLAMA

Ailəsinin beş üzvünü amansızca qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədov barəsində keçirilən psixoloji ekspertizanın rəyinə əsasən, onun hadisəni anlaqsız törətməsi, psixi xəstəliyinin olması ilə bağlı rəy verilib. Əhməd Əhmədovun hadisəni anlaqsız vəziyyətdə törətməsi onu cinayət məsuliyyətində

13 aprel
.

Pakistanda silahlıların hücumu nəticəsində 11 nəfər ölüb

Pakistanın cənub-qərbindəki Bəlucistanda silahlıların hücumu nəticəsində 11 nəfər həlak olub. Hüquq-mühafizə orqanlarının məlumatına görə, ondan çox yaraqlı cümə günü axşam saatlarında Nuşka şəhərindən bir km aralıda milli avtomobil yolunu bağlayıb. Nuşka komissarının müavini Həbibullah Musahel bildiri

13 aprel
.

Ağcabədidə qadın əri və qızının batdığı yerdə FƏRYAD ETDİ - VİDEO

Zərdab sakinləri olan ata və qızı Kür çayında batıblar. Hadisə Kür çayının Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndindən keçən hissəsində qeydə alınıb. Baku TV hadisə yerindən görüntüləri təqdim edib. Həmin yerə gələn ana övladı üçün fəryad edərək onun tapılmasını istəyib. Qeyd edək ki, Fövqəladə Halla

13 aprel
.

Kürdəmirdə zəncirvari qəza: Ölən və yaralananlar var - FOTO

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib, ölən və yaralananlar var. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, Sor-Sor kəndində "Mercedes" markalı iki avtomobillə "Ford" markalı yük maşını toqquşub. Nəticədə, "Mersedes"lərdən birinin sürücüsü, İmişl

13 aprel
.

Kürdə suyun səviyyəsi artıb

Kür çayının Salyan rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsi artıb. "Report"un Aran bürosunun məlimatına görə, son günlər havaların qeyri-sabit keçməsi çayın aşağı axınına ciddi təsir göstərib. Təkcə son bir həftədə Kürün Salyan ərazisindən keçən hissəsində səviyyə 1,5 metr qalxıb

14 aprel
.

Tiktoker Ləman Vəliyeva saxlanılıb?

Tiktoker Ləman Vəliyevanın saxlanılması ilə bağlı yayılan iddialar həqiqət deyil. -ın əldə etdiyi məlumata görə, Ləman azadlıqdadır. Qeyd edək ki, bu barədə bəzi saytlarda və sosial şəbəkələrdə məlumatlar yayılıb. Onun sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-eti

11 aprel
.

Bakıda mağazakı yanğın məhdudlaşdırılıb - YENİLƏNİB + VİDEO

Bakıda mağazada yanğın məhdudlaşdırılıb. FHN-dən -a verilən xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonu, Babək prospektində yerləşən "Maşın bazarı"nın ərazisində mağazada yanğın baş verməsi barədə məlumat daxil olub və mağazad

13 aprel