Azərbaycanda daha bir FACİƏVİ HADİSƏ: 1 ölü, 2 yaralı

Azərbaycanda daha bir FACİƏVİ HADİSƏ: 1 ölü, 2 yaralıXızıda minik avtomobilinin yük maşınına çırpılması nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb.

DİN-in Mətbuat xidmətindən Sonxeber.az-a bildirilib ki, noyabrın 19-da saat 22 radələrində Xızı rayonunun Giləzi qəsəbəsi ərazisində Siyəzən rayon sakini Şamil Ələkbərov idarə etdiyi "Mercedes" markalı avtomobili qarşıda gedən Bərdə rayon sakini Vüqar Həsənovun idarə etdiyi "KamAZ" markalı avtomobilə vurub. Nəticədə Ş.Ələkbərov və sərnişinlərindən İsmayıllı rayon sakini Leyla Mustafazadə hadisə yerində ölüb, digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Hadisə   Baxılıb: 1149   Tarix: 20 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 055 6620257

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR