Gəncədəki partlayışla bağlı son məlumat: Ölən şəxslərin sayı artdı

Gəncədəki partlayışla bağlı son məlumat: Ölən şəxslərin sayı artdıXəbər verdiyimiz kimi bu gün səhər saatlarında Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında partlayış baş verib.

Sonxeber.az bildirir ki, hadisə ilə bağlı Səhiyyə Nazirliyindən bizimyol.info-ya bildirilib ki, son məlumata əsasən hadisə nəticəsində 3 nəfər ölüb, bir nəfər yaralıdır.

"Dağıntılar altından altından öncə bir nəfərin cansız bədəni tapıldı. Son məlumata əsasən ölənlərin sayı artdı. Onlar ana və oğuldur. Ana müəllimədir. Oğlunun 21 yaşı var",-deyə nazirlikdən bildirilib.

Məlumatda o da qeyd olunub ki, hadisə nəticəsində yaralanan hərbçinin durumu orta ağırdır: "Ona lazım olan tibbi yardım göstərilir. Ümumilikdə hadisə yerinə 6 təcili tibbi yardım briqadası göndərilib".

Hadisə   Baxılıb: 8960   Tarix: 20 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR