"Sağlığında İlhamə Quliyevanı qorxudan tərifləyib, öləndən sonra isə söyməmişəm" - Elza Seyidcahan

"Sağlığında İlhamə Quliyevanı qorxudan tərifləyib, öləndən sonra isə söyməmişəm" - Elza Seyidcahan"Özlərini bəyənmişlər, mənə özlərini rəqib bilənlər var ki, "içi özlərini, çölü özgələrini yandırır" deyərlər. Məni dərk edib, həzm edə bilməyənlər isə nəinki məni, hətta Allahın şah əsərləri olan gözəlliklərə qarşı üfunətli nəfəslərini yanımda çəkə bilməyib öz saxta, süni, savadsız, maskalı münasibətlərini istəsələr də, gizlədə bilmirlər".

Sonxeber.az-ın Open.az-a istinadən xəbər verir ki, bu sözləri əməkdar artist Elza Seyidcahan öz "İnstagram" hesabında yazıb.

O, bu paylaşımı ilə onu təhqir və tənqid edənlərə cavab verib: "Elza Seyidcahan xanımın hər çıxışı illərin müzakirəsinə dönür. Bunu çoxları bilir, təsdiqləyir və təəccüblənir. "Ayə, niyə bu bizim ağlımıza gəlmədi?" deyirlər. Başda mərhum sənətkarımız, unudulmaz xalq artistimiz İlhamə Quliyeva "Mən şəxsən bir sənətkar kimi Elzanın hər çıxışından böyük zövq alıram, onu dinləyirəm, çünki hər çıxışında bir şok, bir şok.... Çıxışı, bir şok... Sənət nümunəsi var. O, heç kəsə bənzəmir. Elzanın öz yolu, dəsti-xətti, mədəniyyəti, tərbiyəsi var" deyib.

Baxmayaraq ki, İlhamə xanımın sağlığında onun əlindən öpənlər, indi ona utanmadan İlhamə deyirlər, ancaq Elza Seyidcahana qarşı, bəzi anlaşılmaz hərəkətləri olsa belə, Elza ona sənətkar İlhamə xanım deyir, "Yasin" oxutdurur, adına ehsan verib, qəbri üstünə ağ çiçəklər düzür. Onun yaxın qohumlarını xeyir işlərdə görəndə belə hər zaman salamlayır, diqqət göstərir.

Bir çoxları kimi, sağlığında onu qorxudan tərifləməmişəm, öləndən sonra isə söyməmişəm. Əksinə, sağlığında onunla mübarizə aparmışam, sözümü demişəm, ibrətamiz haqq da qazanmışam. O, rəhmətə gedəndə isə onu bağışlamışam, halallığımı da vermişəm, cənazəsinə apardığım ağ çiçəklər isə, orada əklillər əlindən ayaq qoymağa yer olmasa belə, onun baş daşına sarmaşıq kimi sarımışdılar. Bu, ancaq İlhamə xanımın ruhunun gücündən belə ola bilərdi.

Siz bunu anlayın birdəfəlik, ey bəzi bədhaqq məzlumlar. Nə qədər pislik, haqsızlıq, nankorluq etsəniz, bəlkə, birtəhər onu Allahdan gizlədəcəyinizi düşünürsünüz. Allahın qəzəbli cəzasına gəlib çıxırsınız ki, Tanrı sizi yönəldir ki, gedin, Elza Seyidcahana sataşın".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 1248   Tarix: 20 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu gün Mələkxanım Eyubovanın qızının toyudur

Bu gün Xalq artisti Mələkxanım Eyubovanın evində toydur. Axşam.az-ın məlumatına görə, xanəndənin qızı Nəzrin müğənni Mərdan Kazımovla ailə qurur. Toy şəhər restoranlarından birində olacaq. Məclis mediaya qapalı keçiriləcək. Qeyd edək ki, Nəzrin və Mərdanın nişanı ötən ilin oktyabrında olub. Onlar bi

22 aprel
.

"Heç biri onunla vidalaşmağa gəlmədi"

"Dünən bir daha şahidi oldum ki, çalış ölmə. Öldünsə, vəsalam. Axşam.az xəbər verir ki, bu sözləri aparıcı-prodüser Tarix Əliyev (Tolik) sosial media hesabında yazıb. O, mərhum sənətçilər, Xalq artisti Rafiq Hüseynov və Əməkdart artist Cavanşir Məmmədovla fotosunu paylaşaraq aparıcılara iradın

21 aprel
.

Xəyalə Manaflının toyudur - Fotolar+Video

Müğənni Xəyalə Manaflının bu gün toyudur. Axşam.az xəbər verir ki, ifaçı Nurlan adlı bəylə ailə qurur. Cütlüyün toyu Bakıdakı restoranların birində keçirilir. Məclisdə şou-biznes nümayəndələri də iştirak edirlər. Qeyd edək ki, Xəyalə Nurlanla TikTok-da tanış olub. Müğənni bu yaxınlarda sosial şəbəkəd

17 aprel
.

"Məni burada sayan yoxdur" - Elməddindən etiraz

Aktyor Elməddin Cəfərov "Demədi demə" layihəsində qonaq olub. "Ölkə.az" Axşam.az-a istinadla xəbər verir ki, aktyor "O dövrün aktyorları Səyavuş Aslan, Yaşar Nuri, Telman Adıgözəlov və indiki, Cəfərov, Fərda Xudaverdiyev, Müşviq Şahverdiyev. Müqayisə edəndə çoxu deyir ki, heyi

15 aprel
.

Cavanşir Məmmədov vəfatından 11 gün əvvəl: "Xanımım məndən tez ölsün, onu özüm..." - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədov 11 gün əvvəl "ARB TV"də Zaur Kamalın verilişində iştirak edib. xəbər verir ki, C.Məmmədov verilişdə ölümlə bağlı verilən sualı cavablandırıb. Belə ki, Əməkdar artist əvvəl xanımının ölməsini istədiyini bildirib. O, niyə bu fikirdə olmasını

20 aprel
.

Aparıcı ilə xanəndə arasında qalmaqal yaşanıb

Əməkdar artist Nigar Şabanova ilə aparıcı Lətafət Ələkbərova arasında qalmaqal yaşanıb. Axşam.az-ın əldə etdiyi məlumata görə, bir neçə müddətdir fəaliyyətini MTV-də davam etdirən L.Ələkbərova "Lətafətin mətbəxi" proqramına xanəndəni qonaq çağırıb. O isə gələcəyini desə də, proqrama qatılmayıb

22 aprel
.

Məna xəstəliyi haqda danışdı

Meyxanaçı Namiq Mənanın müğənni oğlu Məna Əliyev xəstəliyindən danışıb. Axşam.az xəbər verir ki, "Rəngarəng səhər" proqramında qonaq olan ifaçı bir müddət əvvəl xəstəxanadan olan görüntülərini yayımlamasının səbəbini açıqlayıb:. "Hər kəs həyatını paylaşır. Kimi əşyasını, getdiyi yeri paylaşır

17 aprel
.

Cavanşir Məmmədovun "dodaq uçuqladan" sərvəti GÖRÜN KİMƏ MİRAS QALACAQ? - VİDEO

"1988-ci ildən 2020-ci ilə qədər yaxşı pul qazanmışam". -a istinadən xəbər verir ki, bu sözləri "Xəzər" TV-də yayımlanan verilişlərdən birində Əməkdar artist Cavanşir Məmmədov deyib. Müğənni maddi imkanı yaxşı olduğunu bildirib və mal varlığını açıqlayıb:. "Mən kiminsə pulun

21 aprel
.

Mahsun Kırmızıgülün ölüm xəbəri yayıldı

Sosial şəbəkələrdə Türkiyəli tanınmış müğənni və aktyor Mahsun Kırmızıgülün ölüm xəbərləri yayılıb. -ın xarici mediaya istinadən xəbərinə görə, müğənni öz sosial şəbəkə hesabından bu xəbərlərə reaksiya bildirib. "Sırf bəyənmə xatirinə "öldü" xəbərlərini yaymaq ayıbdır. Yaşayıram və sağlığı

15 aprel