Müəllimdən məktəb direktoruna qarşı inanılmaz iddia

Müəllimdən məktəb direktoruna qarşı inanılmaz iddiaCəlilabad rayon Sarxanlı kənd ümumi orta məktəbinin müəllimi Elnur Qasımov ilə məktəb direktoru Camal Bəşirov arasdında qalmaqal baş verib.
Sonxeber.az xəbər verir ki, bu barədə bizimyol.info-ya Elnur Qasımov bildirib.

"Biləsuvar rayon sakiniyəm. 2011-ci ildən bu təhsil müəssisəsinə təyinat aldım. Həmin ildən burada müəllim işləyirəm. Hər il aybaay maaş alanda 20-30 manat direktor Camal Bəşirova verirdim. Bu il sentyabr ayında 30 manat verib direktora dedim ki daha sənə il boyu pul vermiyəcəm. Çünki dolana bilmirəm. Direktor mənim sinf rəhbərliymi əlimdən aldı",-deyə müəllim deyib.

O, bununla bağlı Cəlilabad rayon Təsil Şöbəsinə müraciət etdiyini bildirdi: "Müxtəlif günlərdə 5 dəfə Təhsil Şöbəsinin müdirinin qəbulunda oldum. Hər dəfə də mənim başımı xoş sözlərlə qatıb dedilər ki, get məktəbə biz həll edəcəyik. Hər dəfə də şikayətə edəndə müdir mənə "bir-birinizlə yola gedin, anlaşın" dedi.

Oktyabrın son günlərində direktor mənə "özbaşına deyiləm, pul verməlisən ki mən də sinif rəhbərliyini sənə yazdım" dedi. Mən ona əmək haqqı kartımı verdim. Bir neçə gündən sonra Təhsil Şöbəsinə zəng etdim. Məlum oldu ki sinifə dərs keçsəm də, mənim adım sinif rəhbəri kimi rəsmiləşdirilməyib. Mən də dərs jurnalını yazmadım. Nəticədə direktor əmək haqqımdan 250 manat götürüb, 150 manatı mənə verdi".

Elnur Qasımov sözlərinə görə, ondan jurnalı yazacağı halda əvvəlki vəzifəsini ona qaytaracaqlarını vəd ediblər: "Jurnalları yazmıram. Mənim mənimsənilən 250 manatım qaytarılmasını tələb edirəm. Direktor Camal Bəşirov məni məktəbə buraxmır. Dərs keçdiyim şagirdləri sinifdən çıxardır. Şagirdlərə deyir ki məni işdən çıxardıb. Məni hər kəsin yanında təhqir edir, ləyaqətimi alçaldır. Məni noyabr ayının 5-indən məktəbə buraxmır".

Məsələ ilə bağlı Təhsil Nazirliyindən bizimyol.info-ya bildirilib ki, Cəlilabad Rayon Təhsil Şöbəsindən verilən məlumata görə, rayonun Sərxanlı kənd ümumi orta məktəbinin pedaqoji orta təhsilli ingilis dili müəllimi Elnur Qasımov müraciət edərək məktəbin direktoru səlahiyyətlərini icra edən Camal Bəşirovdan narazılığını bildirib, əmək haqqının az olduğunu, ona sinif rəhbərliyi verilmədiyini qeyd edib.

"Müraciət araşdırılıb, məktəbin direktoru və şikayətçi ilə söhbət aparılıb. Məlum olub ki, məktəbdə olan 23 saat xarici dil dərsinin hamısı Elnur Qasımova verilib. Məktəbdə ali təhsilli müəllimlər çoxluq təşkil etdiyi üçün Elnur Qasımova sinif rəhbərliyi verilməyib. Buna baxmayaraq, araşdırma zamanı şikayətçinin xahişi ilə ona əlavə olaraq 2 saat dərnək məşğələsi verilib",-deyə nazirlikdən bildirilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 1610   Tarix: 20 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Rektorun anası koronavirusdan vəfat etdi

Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyliyə ağır itki üz verib. Unikal.org-un məlumatına görə, rektorun anası Sveta xanım koronavirusdan vəfat edib. Allah rəhmət eləsin!

13 sentyabr 2021
.

Avtoxuliqan polisi maşınla vurub

Tovuzda polis əməkdaşını maşın vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a verilən məlumata görə, sentyabrın 16-da saat 1 radələrində Tovuz şəhəri ərazisində Aşağı Öysüzlü kənd sakini, əvvəllər məhkum olunmuş E.Əliyev idarə etdiyi "VAZ-21015" markalı avtomobillə avtoxuliqanlıq edi

17 sentyabr 2021
.

Samuxda FACİƏ - Körpə bacı-qardaş öldü

Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətləri ağırlaşa

12 sentyabr 2021
.

Gəncədə üç yaşlı uşaq qaynar çaydanı üzərinə aşırıb

Gəncə şəhərində üç yaşlı qız ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb. "Report" xəbər verir ki, uşaq yaşadığı evdə oynayan zaman valideynlərinin nəzarətindən yayınaraq sobanın üzərində olan və içərisi qaynar suyla dolu çaydanı üzərinə aşırıb. Yanıq xəsarətləri alan azyaşlı yaxınları tərəfində

17 sentyabr 2021
.

Azərbaycanda 4 piyadanı maşın vurub öldürdü

Sentyabrın 14 və 15-də piyada ölümü ilə nəticələnən 4 yol qəzası olub. Daxili İşlər Nazirliyindən -a verilən məlumata görə, sentyabrın 14-də saat 1 radələrində Gəncə şəhəri Ü.Hacıbəyov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Samux rayon sakini Tural Mustafayev vurulub. Nəticədə piyada aldığ

15 sentyabr 2021
.

Bu məşhur kafe və restoranlar cərimələndi - SİYAHI

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədil

11 sentyabr 2021
.

Rəşid Mahmudovun oğlu infarkt keçirdi - FOTO

Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudovun oğlu infarkt keçirib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Rəşid Mahmudovun oğlu xəstəxanaya yerləşdirilib və vəziyyəti ağırdır

12 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Sürücü iki gözətçini vurdu - ANBAAN VİDEO

Gəncə şəhərində dəhşətli hadisə baş verib. -ın məlumatına görə, yüksək sürətlə hərəkət edən avtomobil idarəetməni itirərək ərazidə xidmət aparan gözətçini vurub. Qəza təhlükəsizlik kamerasında anbaan qeydə alınıb. Hadisə bir neçə gün əvvəl baş versə də, videogörüntülər bu gün yayılıb. Daxili İşlər Nazirliyini

18 sentyabr 2021
.

DİN-dən ƏMƏLİYYAT - 172 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 10-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən -a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 49 cinayətin üstünü "isti izlər"lə açıblar. Əvvəlki dövrlərdə

11 sentyabr 2021