Gəncədəki partlayışın şahidləri: "İçəridə ana və oğlu "bizi qurtarın" deyirdi" (FOTO/VİDEO)

Bu gün səhər saatlarında dördmərtəbəli yaşayış binasında partlayış olub.

Sonxeber.az ARB TV-yə istinadən xəbər verir ki, hadisə şəhərdə yerləşən dördmərtəbəli binada "Füzuli" parkının yaxınlığında, Şahlar Hüseynov küçəsi, bina 13-də baş verib.

İlkin ehtimala görə partlayış qaz sızması nəticəsində baş verib.

Sakin: "Səhər-səhər 6-ya qalmış əynimi geyinib bazara gedirdim, gördüm partlayış oldu. Əvvəl elə bildim zəlzələ oldu. Durub çölə qaçdım. Gəldim dedilər ki, binanın bir hissəsi yoxdur. İçəridən də oğlanla anasının səsi gəlirdi "bizi qurtarın" deyirdi".

Sərxan Məmmədov - sakin: "04:20-də güclü partlayış oldu. Gəldik ki, binanın yarısı çöküb aşağı. Bir və ikinci mərtəbələrdə yaşayış var, üçüncü, dördüncü mərtəbələdə yoxdur".

Fövqəladə Hallar Naziri Kəmaləddi Heydərov, Gəncə şəhər rəhbərliyi, hüquq mühafizə orqanlarının rəhbərləri də hadisə yerində olublar.

Axtarış xilasetmə işləri nəticəsində dağıntılar içərisindən 24 yaşlı Cumazadə Cuma Saleh oğlunun, 47 yaşlı Tağıyaeva Nigar Tağı qızı və onun oğlu 1994-cü il təvəllüdlü Hüseyn Oktay oğlu Heydərovun meyiti tapılaraq çıxarılıb. Dağıntılar altından çıxarılan yaralı, 1997-ci il təvəllüdlü Orxan Oktay oğlu Məmmədov xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Kəmaləddin Heydərov - Fövqəladə Hallar Naziri: "Səhər saat 05:00-da məlumat daxil olub. İlkin ehtiala görə, partlayış binanın iknci mərtəbəsindəki mənzildə qaz sızması nəticəsində baş verib. Xilasetmə işləri davam etdirilir".

Partlayış nəticəsində binanın bir hissəsinin bir bloku təmamilə çöküb.

Tükəzban Ağayeva – sakin: "Səhər saat 05:00-da çay qoymağa durdum. 05:30 radələrində partlayış oldu. Duman oldu, daha heçnə başa düşmədik. Balkona çıxmaq istəyəndə gördüm nə aynam var, nə qapım. Divarımız çartlayıb. Su çənləri partlayıb, evimizi su basıb".

Hadisə ilə bağlı araşdırma aparılır.

Gəncədəki partlayışın şahidləri: "İçəridə ana və oğlu "bizi qurtarın" deyirdi" (FOTO/VİDEO)Gəncədəki partlayışın şahidləri: "İçəridə ana və oğlu "bizi qurtarın" deyirdi" (FOTO/VİDEO)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 1961   Tarix: 20 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hövsan yolunda iki maşın toqquşdu - Xəsarət alan var + VİDEO

Hövsan yolunda yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə Hövsan yolunda olub. Toyota Prius markalı avtomobillə Daewoo Nexia markalı minik maşını toqquşub. Baş vermiş hadisə zamanı 1 nəfər xəsarət alıb. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib

12 sentyabr 2021
.

DİN-dən ƏMƏLİYYAT - 172 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 10-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən -a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 49 cinayətin üstünü "isti izlər"lə açıblar. Əvvəlki dövrlərdə

11 sentyabr 2021
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18 sentyabr 2021
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -ın -a istinadən verdiyi məlumata görə, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlə

14 sentyabr 2021
.

Tanışını döyə-döyə öldürdü

Bakıda tanışını döyərək öldürən şəxs saxlanılıb. Xətai rayon prokurorluğundan -a bildirilib ki, sentyabrın 15-də paytaxtın Xətai rayonu ərazisində 1994-cü il təvəllüdlü Hüseyn Hüseynovun almış olduğu xəsarətlər nəticəsində 3 saylı Şəhər Kliniki Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məluma

16 sentyabr 2021
.

20 yaşlı oğlanın FACİƏVİ sonu: Özünü... - FOTO

Sentyabrın 12-də Göyçayda itkin düşən gəncin meyiti tapılıb. -a istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini 20 yaşlı Mustafayev Fuad Məzahir oğlu evdən çıxaraq bir daha geri qayıtmayıb. Əldə etdiyimiz məlumata əsasən, Fuad həmin gün Şirvan kanalının Qaraman kəndindən keçən hissəsində, körpüdə

14 sentyabr 2021
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17 sentyabr 2021
.

Azərbaycanda 4 piyadanı maşın vurub öldürdü

Sentyabrın 14 və 15-də piyada ölümü ilə nəticələnən 4 yol qəzası olub. Daxili İşlər Nazirliyindən -a verilən məlumata görə, sentyabrın 14-də saat 1 radələrində Gəncə şəhəri Ü.Hacıbəyov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Samux rayon sakini Tural Mustafayev vurulub. Nəticədə piyada aldığ

15 sentyabr 2021
.

Ötən gün 10-dan çox koronavirus xəstəsi ictimai yerlərdə saxlanıldı

Sentyabrın 10-da daxili işlər orqanlarının əməkdaşları respublika ərazisində 11 nəfər aktiv koronavirus xəstəsini ictimai yerlərdə aşkarlayaraq saxlayıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a bildirilib ki, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməkl

11 sentyabr 2021