Ermənistan yox olacaq - Markosyan Paşinyanın yalanını açıb İNANILMAZ ETİRAF ETDİ

Ermənistan yox olacaq - Markosyan Paşinyanın yalanını açıb İNANILMAZ ETİRAF ETDİ"Bu gün Ermənistan demoqrafik uçurumun astanasındadır".

Sonxeber.az publika.az-a istinadla xəbər verir ki, bu barədə erməni demoqraf Artak Markosyan baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın "qarşıdakı 20 ildə Ermənistanda əhalinin sayı ikiqat artacaq" açıqlamasını şərh edərkən deyib.

Erməni demoqraf hesab edir ki, əhalinin sayı artmasa, Ermənistanın müstəqilliyi təhlükə altına düşəcək.

"Əgər qonşu ölkələrə baxsaq, Gürcüstandan savayı digər ölkələrdə - Türkiyə, Azərbaycan və İranda əhalinin sayı sürətlə artır. Misal üçün, Türkiyə və İranın əhalisi hər il təbii artımla 800-900 min çoxalır. Qarşıdakı illərdə Azərbaycan əhalisinin ən az 1 milyon artacağı proqnozlaşdırılır. Bizdə isə vəziyyət dəhşətlidir. Paşinyanın dedikləri çox yaxşı arzudur, amma imkanlarımızı düzgün qiymətləndirməliyik. Ümumiyyətlə, qarşıdakı 20 ildə əhalinin sayını ikiqat artırmaq üçün lazım olan o qədər erməni varmı? Ölkədən gedənlər geri qayıdıb həmişəlik Ermənistanda yaşamaq istəyirlərmi? İstisna deyil ki, yaxın illərdə Ermənistanda əcnəbilərin sayı arta bilər. Bizim cəmiyyət monoetnikdir, çünki 98 faiz əhali ermənilərdir. Lakin biz əcnəbilərin ölkəyə gətirilməsi və burada yaşamasını təmin etsək, problemi qismən həll edə bilərik", - deyə o bildirib.

Artak Markosyan qeyd edib ki, Ermənistanda emiqrasiya sürətlə çoxalır: "İlk növbədə bunun qarşısı alınmalıdır. Digər tərəfdən, bu gün Ermənistan depopulyasiya yolundadır. Ölüm sayı doğuş sayını üstələyir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2840   Tarix: 20 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İlham Əliyev: "Ermənistan Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır"

"Zəngəzur dəhlizinə gəldikdə, qeyd etdiyiniz kimi, 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatda bu məsələ aydın şəkildə əks olunur. Bəli, "Zəngəzur dəhlizi" sözü orada qeyd olunmayıb. Lakin yazılıb ki, Azərbaycanın şərq hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında yo

23 aprel
.

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub. Bununla bağlı AZƏRTAC məlumat yayıb

24 aprel
.

Azərbaycan-Qırğızıstan münasibətləri türk dünyasının birliyinə mühüm töhfələr verir

Bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə kəmiyyət və keyfiyyətcə intensivləşən münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir və strateji xarakter alır. Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistanla münasibətlərimiz çoxşaxəli olmaql

24 aprel
.

Prezident: "Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar"

"Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumd

23 aprel
.

Qırğızıstan Prezidenti Şəhidlər xiyabanını ziyarət etdi - Fotolar

Azərbaycanda səfərdə olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Şəhidlər xiyabanını ziyarət edib. "Qafqazinfo" xəbər verir ki, Prezident Sadır Japarov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsin

24 aprel
.

Rusiya Prezidenti: "Heydər Əliyev BAM layihənin icrasında böyük rol oynayıb"

"Bu günlər biz Baykal-Amur Magistralının 50 illiyini qeyd edirik. Hamı yaxşı bilir ki, Sizin atanız bu layihənin icrasında böyük rol oynayıb". AZƏRTAC xəbər verir ki, bu fikri aprelin 22-də Rusiya Prezidenti Vladimir Putin Moskvada Azərbaycan Prezidenti İlham Əliyev ilə təkbətək görüşdə deyib

22 aprel
.

Ərdoğandan Ermənistana xəbərdarlıq: "Fürsət qapıları həmişə açıq qalmır"

"Artıq regionda yeni bir nizam qurulur". Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqdan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib. O qeyd edib ki, gerçəkliklə heç bir əlaqəsi olmayan uydurma tarixi hekayələr üzərində hərəkət etməkdənsə, zamanın reallıqlarına əsaslanaraq hərəkə

23 aprel
.

Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır

"Rusiya Qarabağ ərazisində dağıdılmış abidələrlə bağlı məsələlərin həllində Azərbaycan və Ermənistana kömək göstərməyə hazırdır". Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib. "Ermənistan və Azərbaycan arasında mədəni abidələrin, tarixi abidələrin v

25 aprel
.

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində SON DURUM

Ermənistanla Azərbaycan arasındakı şərti sərhədin Qazax istiqamətindən görüntülər yayılıb. Ermənistan mediasında yayılan kadrlarda hazırda işğal altında olan Bağanis Ayrım kəndində azərbaycanlılara məxsus viran qalmış evlər əks olunub. Həmçinin Ermənistan KİV-də bölgədə delimitasiya prosesinin aparılmasın

23 aprel