Toyda gənclər arasında kütləvi dava: Kürəyindən bıçaqlandı
Daşkəsəndə toyda gənclər arasında kütləvi dava olub.
Sonxeber.az-ın Open.az-a istinadən məlumatına görə, hadisə rayonun mərkəzində yerləşən "İlkin" şadlıq evində qeydə alınıb.
Adıçəkilən şadlıq evində təşkil olunmuş toy mərasiminə qatılan Əvəz Əzizov ilə Elvin Məmmədov arasında mübahisə düşüb. Mübahisə sonradan davaya keçib və onlar şadlıq evinin həyətinə düşüblər. Orada E. Məmmədov dostları - Rəvan və Adil adlı şəxslərlə birgə Əvəz Əzizovu döyüb.
Məsələdən xəbər tutan Ə. Əzizovun qardaşı Şahvələd İsgəndərov qisas məqsədi ilə Elvin Məmmədovu kürəyindən bıçaqlayıb.
Yaralı xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub.
Hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.İsgəndərov saxlanılıb.
Onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə Baxılıb: 1466 Tarix: 20 noyabr 2018
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşŞəkidə avtomobil aşıb, xəsarət alanlar var
Şəkidə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. "Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Sarıca kəndi ərazisində qeydə alınıb. Şəki sakini 1965-ci il təvəllüdlü İbrahim Şahlar oğlu Əliyevin idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetmədə
21 aprelBakıda mənzildə meyit tapıldı
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. -ın xəbərinə görə, məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetm
14 aprelAğcabədidə avtomobil piyadanı öldürüb
Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb. APA xəbər verir ki, Tahir Hüseynov idarə etdiyi "Mercedes" markalı avtomobillə piyada Şahin Cəfərovu vurub, daha sonra yol kənarında dayanmış VAZ-2106 markalı avtomobilə çırpılıb. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb. Faktla bağl
20 aprelBakıda yaşayış binasında yanğın oldu
Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub. Bu barədə -a FHN-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 100 m² olan 5 otaqlı mənzildə 3 ədəd yataq dəsti, 1 ədəd kreslo,
24 aprelQardaşının ölümü ilə barışmayan qadın onun məzarı başında özünü bıçaqladı
Xaçmazda intihara cəhd hadisəsi olub. xəbər verir ki, hadisə Qobuqıraq kənd qəbiristanlığında qeydə alınıb. G.Zeynalova həmin qəbiristanlığa gələrək burada dəfn olunan qardaşının məzarı üstündə qarnına beş bıçaq zərbəsi vuraraq, özünə xəsarətlər yetirib. Məlumata görə, G.Zeynalovanın qardaşı bir neç
20 aprelHacıqabulda dəhşətli qəza: Xəsarət alanların adları AÇIQLANDI
Hacıqabulda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların adları məlum olub. "Report"un məlumatına görə, hadisə zamanı dördü uşaq, dördü isə böyük olmaqla səkkiz nəfərin müxtəlif dərəcəli xəsarətlər alıb:. Kürdəmir rayon sakinləri Gülşən Vəlican qızı Teyyublu (1994-cü il təvəllüdlü)
21 aprelBakıda əyləncə mərkəzində yanğın - VİDEO
Bakıda "Azadlıq" metrostansiyasının yaxınlığında yanğın başlayıb. Trend-ə istinadən bildirir ki, hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb. Qeyd edilir ki, yanan obyekt "Atrium Kids park" əyləncə mərkəzi kimi fəaliyyət göstərir
20 aprelXaçmazda dönərxana yanıb
Xaçmaz şəhərində yanğın baş verib. APA xəbər verir ki, Xaçmaz bazarının yaxınlığında yerləşən dönərxana qəfil alışıb. Əraziyə FHN-in canlı qüvvəsi və texnikası cəlb olunub. Hazırda yanğının məhdudlaşdırılması istiqamətində iş aparılır
21 aprel