Əliyevin düşməni tir-tir titrədən Belarus səfəri: Ermənistana BÖYÜK ZƏRBƏ VƏ...

Əliyevin düşməni tir-tir titrədən Belarus səfəri: Ermənistana BÖYÜK ZƏRBƏ VƏ..."Belarusun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Azərbaycanın mövqeyini müdafiə etməsi, xüsusilə, Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi analoqu olmayan siyasi mövqelərdən biridir. Bu mövqeyə görə Belarus prezidentinə təşəkkür etmək yerinə düşər".

Sonxeber.az xəbər verir ki, bu sözləri publika.az-a müsahibəsində politoloq, sabiq dövlət müşaviri Qabil Hüseynli deyib.

Politoloq müsahibəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belarusa rəsmi səfəri və səfər çərçivəsində Belarus prezidenti Aleksandr Lukaşenko ilə apardığı danışıqların əhəmiyyəti barədə danışıb. Həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında baş verən son hadisələrə toxunub.

- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belarusa rəsmi səfəri iki ölkə arasındakı köklü diplomatik əlaqələrə nə kimi töhfələr verəcək?

- Bu səfər göstərdi ki, Belarusla Azərbaycan arasındakı münasibətlər müttəfiqlik səviyyəsinə qaldırılıb. Hətta İlham Əliyevin qeyd etdiyi kimi, belə münasibətlərin nəinki, MDB məkanında, heç dünya miqyasında da analoqu yoxdur. Hər iki ölkə rəhbərlərinin yaxın münasibətləri ölkələr arasındakı iqtisadi, siyasi, diplomatik, ticari münasibətləri daha yüksək səviyyəyə qaldıracaq. Xüsusən, Azərbaycanın hərbi sahədə Belarusla əməkdaşlığı, Belarusun çəkinmədən Azərbaycana silahlar satması bəzi ölkələrdə, ilk növbədə, düşmən Ermənistanda qıcıq reaksiyası yaradır. Bütün bunlara baxmayaraq, Belarus prezidenti Aleksandr Lukaşenko da bildirdi ki, iki ölkə arasındakı münasibətlər qardaş ölkə münasibətləri kimi durmadan inkişaf etdiriləcək. Bu yolda böyük əngəl törədəcək heç bir qüvvə ola bilməz.

Azərbaycan Belarusdan "Polonez" hava hücumundan müdafiə sistemi alıb. Onun yeni partiyasının yaxın gələcəkdə ölkəmizə gətirilməsi gözlənilir. Üstəlik Gəncədəki avtomobilqayırma zavodunda Belarus istehsalı olan avtomobillərin modifikasiyaları üzərində müxtəlif təyinatlı avtomobillər: ağır tonnajlı yük maşınları, zibilyığan maşınlar və s. istehsal olunur. Bunun nəticəsidir ki, iki ölkə arasındakı ticari əlaqələr son bir ildə 60 faizdən çox artıb.

- İlham Əliyevin Belarusa səfəri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının erməni baş katibinin istefa verməsi və qaydalara uyğun olaraq baş katiblik postuna Belarus nümayəndəsinin təyin ediləcəyi məsələsi fonunda Ermənistanda ciddi narahatlığa səbəb olub. Bu narahatlığın əsası nədən ibarətdir?

- Ermənistanın nümayəndəsi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi vəzifəsində olarkən bir sıra təxribat xarakterli addımlar atmağa çalışdı. Rusiya qoşunlarını Azərbaycana qarşı yönləndirməyə cəhd göstərdi. Ancaq bu cəhdləri boşa çıxdı. Üstəlik də, vəzifəsindən istefa vermək məcburiyyətində oldu. Ermənistanın baş naziri Nikol Paşinyan baş katibin vəzifəsinin bitməsinə qalan son bir neçə ay üçün yeni nümayəndə təyin etmək istədi. Lakin bu niyyət təşkilatın Astana sammitində baş tutmadı. Növbəti mərhələdə bu məsələ Sankt-Peterburq şəhərində müzakirə ediləcək. Orada baş katiblik vəzifəsinə Belarus nümayəndəsinin təyin ediləcəyi gözlənilir. Belarus prezidentinin təyinat üçün üç namizədi var. Bu namizədlərdən biri də vaxtilə Bakıda hərbi təhsil alan və hazırda Belarusun Təhlükəsizlik Şurasının katibi vəzifəsində çalışan Stanislav Zasdır. Ermənilər buna ciddi etiraz edirlər. Ancaq bütün hallarda, Lukaşenko ehtiyat tədbirləri görüb. Və bu məsələ Belarusun nümayəndəsinin baş katibliyə təyin edilməsi ilə başa çatacaq. Bu da Ermənistan üçün ciddi zərbədir. Birincisi, həmin yerdəki baş katib postunun erməni olması bu ölkəyə müəyyən imtiyazlar verirdi. İkincisi, erməni baş katib yerinə Belarus kimi dövlətlərarası münasibətlərə və beynəlxalq hüquqa hörmət edən dövlət gələcək. Ermənilər üçün bu əlverişsizdir. Azərbaycan üçünsə tam əksinə, olduqca əlverişli nəticədir.

- Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Ermənistanın küncə sıxışdırılması Azərbaycanın diplomatik uğuru kimi dəyərləndirilə bilərmi?

- Sözsüz ki. Azərbaycan tərəfi bu məsələləri diqqətlə izləyirdi. Bunu prezidentimiz də söylədi. Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Astana sammitini diqqətində saxlayırdı. Orada bu təşkilat üçün tərəfdaş və müşahidəçi statuslu yerlərin təsis edilməsi də Azərbaycanın mövqeyindən əhəmiyyətli sayılacaq hadisələrdəndir. Azərbaycan ola bilsin ki, müəyyən şərtlər daxilində həmin təşkilatda birbaşa yox, müşahidəçi qismində təmsil olunsun. Bu isə Ermənsitanı narahat edən faktordur.

- Bakının manevrləri və baş verənlər qarşısında əsəbləri tab gətirməyən, Nikol Paşinyan KTMT-yə görə "Nazarbayevlə Lukaşenkodan hesabat istəyəcəm" şəklində açıqlama verdi. Doğrudanmı, Paşinyan Lukaşenko və Nazarbayevdən hesabat tələb edə bilər, yoxsa bu addım daxili siyasətə hesablanıb?

- Nikol Pşainyan küçədən gəlmiş, kütlə psixologiyası ilə hərəkət edən və populizmə hesablanmış addımları ilə tanınan şəxsdir. O, çox istəyirdi ki, öz nümayəndəsini sözügedən təşkilatın baş katibliyi vəzifəsinə göndərə bilsin. Lakin istəyi həyata keçmədi və bundan sonra Lukaşenko və Nazarbayevin üzərində düşdü. Hətta belə bir iddia qaldırdı ki, bu iki şəxs Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Azərbaycanın lobbiçiliyini həyata keçirir. Bu iddia ilə təşkilat daxilində çaxnaşma yaratmağa çalışdı. Ancaq Lukaşenko ona layiqli şəkildə cavab verdi. Bildirdi ki, bu adam təşkilatdaxili problemlər yaratmağa çalışır. Beləlikə, Paşinyan bu polemikalardan məğlub çıxdı. Bu məğlubiyyət onun reytinqinə ciddi xələl gətirdi.

- Prezidentin Belarusa səfəri çərçivəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Belarus Respublikasının Dövlət Hərbi-Sənaye Komitəsi arasında hava hücumundan müdafiə silah və texnikasının təchiz olunması sahəsində qarşılıqlı Anlaşma Memorandumu imzalandı. Prezidentimiz isə bildirdi ki, bu memorandum gələcəkdə silah alış-verişinin növbəti partiyası üçün qarşılıqlı müqaviləyə çeviləcək. Ümumiyyətlə, bizim Belarusdan aldığımız silahlar ordumuza nə kimi üstünləklər gətirir?

- Belarusdan aldığımız "Polonez" markalı havadan müdafiə sistemi Rusiyanın Ermənistana satdığı "İsgəndər" raket sistemi üçün birbaşa cavab reaksiyasıdır. Həmin raketləri yerindəcə məhv etmək potensialına malik olan "Polonez"lər Azərbaycanın havadan müdafiə olunması üçün çox əhəmiyyətlidir. Bundan başqa, Belarusdan "Smerç" markalı yaylım atəşləri almağa başlamışıq. Bu silah da çox qorxulu və döyüşlərdə düşmənin şəxsi heyəti və texnikasını məhv etmək sarıdan misilsiz imkanları olan bir silahdır. Azərbaycan "Katyuşa" tipli silahları da Belarusdan əldə edəcək. Bu da Azərbaycan Ordusunda analoqu olmayan silahların təchizatı baxımından əhəmiyyətlidir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 3090   Tarix: 20 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

İran Qarabağa yenə qanunsuz yük daşıyır - VİDEO

Cari ilin avqustunda Azərbaycan tərəfi İrana məxsus yük maşınlarının rəsmi Bakının icazəsi olmadan Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına qanunsuz keçməsi barədə məlumat əldə etmişdi. Belə ki, 11 iyul-8 avqust tarixlərində İrana məxsus 35 maşın ( 4 yük maşını, 31 yanacaq tankeri) 7

11 sentyabr 2021
.

Ərdoğan Azərbaycanın yeni səfiri ilə görüşəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın bu ölkəyə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovun etimadnaməsini qəbul edəcək. Türkiyə Prezident Administrasiyasının rəsmi saytında bu barədə məlumat dərc olunub. Təqdimat mərasimi Türkiyə Prezident Sarayında yerli vaxtl

9 sentyabr 2021
.

Bakının erməni-bolşevik işğalçılarından azad edilməsindən 103 il ötür

Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunduğu gündən 103 il keçir. xatırladır ki, 1918-ci ilin martından başlayaraq erməni-bolşevik birləşmələri azərbaycanlıların etnik təmizləməsinə başlayır. Bu zaman Qafqaz İslam Ordusu Nuru Paşanın komandanlığı ilə Azərbaycanın xilasına gəlir. Qafqa

15 sentyabr 2021
.

"15 qəpiklə heç kim kasıblamaz" - Deputatdan bahalaşmaya reaksiya

"Hazırda ölkə iqtisadi cəhətdən ciddi bir dövrünü yaşayır. Həm COVID-19 pandemiyası, həm də Vətən müharibəsi ilə əlaqədar olaraq xərclərimiz çoxdur. Həmçinin dövlət son illər hərbiyə də olduqca çox vəsait ayırır. Doğrudur, Azərbaycan kifayət qədər iqtisadi gücə malikdir, amma bizim ABŞ-da olduğ

15 sentyabr 2021
.

Paşinyan Azərbaycan kəndlərinin adlarını çəkməsinin səbəbini AÇIQLADI

Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzurdakı vəziyyəti təsvir etmək üçün Azərbaycan toponimlərindən istifadə etməsindən danışıb. "Bu, sadə bir səbəbdən edildi. Ona görə ki, Ermənistan Respublikasının vətəndaşları bu nöqtələrin ölkəmizin və ya Sovet Ermənistanının ərazisində olmadığını, İrəvanı

15 sentyabr 2021
.

Yeni "Taliban" hökumətində kimlər olacaq? - ARAŞDIRMA

Avqustun 15-də "Taliban"ın Əfqanıstanda nəzarəti ələ keçirməsindən sonra bütün gözlər yeni hökumətin necə qurulacağına yönəldi. Euronews-a istinadən xəbər verir ki, "Taliban" mənbələrindən əldə edilən məlumata görə, Şeyx əl-Hadis Məvləvi Abdulhakim Sahib Əmir əl-Muminun (Möminləri

4 sentyabr 2021
.

Azərbaycan və Türkiyə birgə hərbi layihəyə start verib

Azərbaycan Ordusuna dəstək məqsədilə Ermənistan işğalından azad edilən bölgələrdə mina axtarışı və zərərsizləşdirilməsi fəaliyyətləri davam edir. xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin təşkil etdiyi mətbuat konfransında bildirilib. Qurum rəsmisinin sözlərinə görə, ölkənin Silahlı Qüvvələr

5 sentyabr 2021
.

Fəxrəddin Altun: "Dezinformasiyaya qarşı ümumi mübarizədə strateji proses aparılmalıdır"

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun "Həqiqət Sonrası Bir Dövrdə Milli Təhlükəsizlik Təhdidi Olaraq Dezinformasiya və Manipulyasiya Siyasəti" adlı məqaləsində "Dezinformasiyaya qarşı ümumi mübarizədə qısa, orta və uzunmüddətli stratej

11 sentyabr 2021
.

Sahibə Qafarova Avstriyaya gedir

Milli Məclisin Sədri Sahibə Qafarova Parlament Sədrlərinin V Ümumdünya Konfransında iştirak etmək üçün sentyabrın 5-də Avstriyanın paytaxtı Vyana şəhərinə işgüzar səfər edəcək. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən -a verilən məlumata görə, Parlamentlərarası İttifaqın, Avstriy

4 sentyabr 2021