Rusiya xain Fəxrəddin Abboszadənin Azərbaycana ekstradisiyasını yubadır

Rusiya xain Fəxrəddin Abboszadənin Azərbaycana ekstradisiyasını yubadırAzərbaycana qarşı separatçılıq edən və bu il sentyabrın 6-da Rusiya polisi tərəfindən saxlanılan "Tolişi Sədo" qəzetinin keçmiş baş redaktoru Fəxrəddin Abboszadənin Azərbaycana ekstradisiyası iki ay yarım müddət keçsə də hələ reallaşmayıb. F.Abboszadə saxlanılandan sonra Azərbaycan Respublikası Baş Prokurorluğu ilə Rusiya hüquq-mühafizə orqanları arasında bu işin mümkün qədər tez həyata keçirilməsi üçün müvafiq hüquqi işlərin həyata keçirilməyə başlandığı barədə xəbər yayılmışdı. Ancaq hələ də rəsmi açıqlanmayan səbəblərdən məsələ həllini tapmamış qalır.

Xatırladaq ki, Fəxrəddin Abboszadə sentybarın 6-da Moskva vilayətinin Lüberets rayonunda həbs olunub. Rusiya KİV-i yazmışdı ki, o, Azərbaycan hüquq-mühafizə orqanlarının rəsmi sorğusu əsasında federal axtarışa verilib və bunun əsasında saxlanılıb. Sentyabrın 7-də isə Moskva vilayəti Lüberets rayon məhkəməsinin hakimi İ.Juravlevin hökmü ilə Azərbaycana ekstradisiya olunması üçün 1 aylıq müddətə barəsində həbs-qətimkan tədbiri seçilib.

Fəxrəddin Abboszadə Ələkrəm Hümmətov tərəfindən 1993-cü ildə yaradılmış qondarma "Talış-Muğan Respublikası Milli Məclisinin sədri" təyin olunmuşdu. Ölkə ərazisinin bölünməsinə yönəlmiş separatçı fəaliyyətinin qarşısı alındıqdan sonra qaçıb Rusiyaya sığınan Abboszadə uzun müddətdir xaricdən Azərbaycan dövlətçiliyi əleyhinə mütəmadi təxribat xarakterli kəskin çıxışlar edirdi. O, ermənilərə məxsus KİV-də də Azərbaycana qarşı separatçı çıxışlar edib. F.Abboszadənin Ermənistan xüsusi xidmət orqanları ilə sıx əlaqədə olduğu güman edilir.

Dəfələrlə İrəvanda separatçı tədbirlərə qatılan F.Abboszadə Azərbaycanı, hakimiyyəti, müxalifəti, siyasi partiyaları, medianı ən müxtəlif "cinayətlər, repressiyalar, təqib"lərdə suçlayıb.

Fəxrəddin Abboszadənin beynəlxalq axtarışa verilməsi təşəbbüsü ilə Azərbaycanın Baş Prokurorluğu çıxış edib. 12 iyul 2018-ci ildə onun haqqında cinayət işi açılıb. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar, hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) və 283.1-ci (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə, o cümlədən kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddələri ilə ittiham edilir.

Rusiya ilə Azərbaycan arasında qarşılıqlı hüquqi yardım sənədi var. Bu sənəd əsasında uzun müddətdir hüquqi əməkdaşlıq edilir. Adətən ekstradisiya məsələləri uzun çəkmir. Praktika göstərir ki, təxminən bir-iki həftəyə həyata keçirilir. Lakin Fəxrəddin Abboszadə məsələsinin hələ də həllini tapmaması belə rəy yaradır ki, burada siyasi məqamlar var. Hüquqşünaslar və politoloqlar hesab edir ki, ola bilsin Moskva Fəxrəddin Abboszadə məsələsindən siyasi məqsədlər üçün yararlanmaq istəyir. Məsələn, politoloq Natiq Miri bildirdi ki, burada Rusiyanın siyasi maraqlarının olduğu getdikcə təsdiqini tapır. Fəxrəddin Abboszadənin iki ay yarım keçməsinə baxmayaraq Azərbaycana təhvil verilməməsi buna şübhə yeri qoymur: "Əvvəldən də belə fikirlər var idi ki, ortada siyasi maraq varsa, təhvil verilməsi uzun müddət apara bilər. O yerdə ki, hüquqi məqamlar arxa plana keçirilir, siyasi məqamlar önə çıxarılır, belə olur.

Fəxrəddin Abboszadənin saxlanılmasına baxmayaraq təhvil verilməməsi ortaya başqa bir ehtimalı da çıxarır. Ola bilsin ki, bu adamı bir qədər də şişirtmək, onu populyarlaşdırmaq, ciddi bir fiqura çevirmək məqsədi də güdülüb onu saxlamaqla. Əgər belə deyilsə və ortada siyasi maraqlar yoxdursa, Rusiyanın hüquq-mühafizə orqanları Fəxrəddin Abboszadəni Azərbaycana təhvil verməliydilər və verməlidirlər. Çünki onun Azərbaycana, Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə qarşı çoxsaylı çıxışlarının, hərəkətlərinin, çağırışlarının olduğunu təsdiqləyən kifayət qədər sübutlar var. İstənilən şəxs facebook-da, müxtəlif internet resurslarında araşdırma verməklə də buna şahid ola bilər. Fəxrəddin Abboszadə Azərbaycan Konstitusiyasını pozan çağırışlar, çıxışlar edib. Fəxrəddin Abboszadəyə Rusiyada məhkəmənin verdiyi bir aylıq həbs müddəti 7 oktyabrda başa çatıb. Onu 7 oktyabra qədər təhvil verməli idilər. Yaxud da məhkəmə həbs müddətini uzatmalı idi və ya azad etməliydi. Lakin Fəxrəddin Abboszadə hələ təhvil verilməyib. Maraqlıdır ki, onun həbs müddətinin uzadılması barədə də hansısa məlumat yayılmayıb. Ümumiyyətlə, faktiki olaraq bu məsələdə bir müəmmalı vəziyyət var".

Tanınmış vəkil Əsabəli Mustafayev isə F.Abboszadənin hərəkətlərinin Azərbaycan Cinayət Məcəlləsinə görə cinayət məsuliyyəti yaratdığını bildirir. Odur ki, həmin şəxsin Azərbaycana gətirilməsi, burada mühakimə olunması və barəsində qanunun nəzərdə tutduğu qərarın çıxarılmasına böyük zərurət var: "Etnik mənsubiyyətindən asılı olmayaraq heç bir vətəndaşa Azərbaycan Konstitusiyasını, qanunları pozmaq, Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxmaq yolverilməzdir. Bunu edən istənilən vətəndaş qanun qarşısında cavab verməlidir. Azərbaycan vətəndaşısansa, bu ölkənin qanunlarına tabe olmalısan". (Yenimüsavat)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 3880   Tarix: 20 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Ərdoğan Azərbaycanın yeni səfiri ilə görüşəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın bu ölkəyə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovun etimadnaməsini qəbul edəcək. Türkiyə Prezident Administrasiyasının rəsmi saytında bu barədə məlumat dərc olunub. Təqdimat mərasimi Türkiyə Prezident Sarayında yerli vaxtl

9 sentyabr 2021
.

Azərbaycan yeni anti-terror əməliyyatı həyata keçirə bilərmi? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Şuşa istiqamətində ermənilərin həyata keçirdiyi təxribat, onların itki verib, geri çəkilməsi ilə yekunlaşdı. Həmin hadisədən sonra Azərbaycan dövlətinin Şuşa və ətraf bölgələrdə yerləşən qanunsuz erməni silahlı birləşmələri üzərində anti-terror əməliyyatı aparması məsələs

4 sentyabr 2021
.

Paşinyan Azərbaycan kəndlərinin adlarını çəkməsinin səbəbini AÇIQLADI

Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzurdakı vəziyyəti təsvir etmək üçün Azərbaycan toponimlərindən istifadə etməsindən danışıb. "Bu, sadə bir səbəbdən edildi. Ona görə ki, Ermənistan Respublikasının vətəndaşları bu nöqtələrin ölkəmizin və ya Sovet Ermənistanının ərazisində olmadığını, İrəvanı

15 sentyabr 2021
.

"Onlar sülhməramlı deyil, "erməniməramlı"dır" - Deputatdan SƏRT AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BBC-yə müsahibəsində bildirib ki, Qarabağda Rusiya sülhməramlılarının mandatı ilə bağlı əlavə hüquqi mexanizmlər məsələsi barədə tərəflər arasınd

6 sentyabr 2021
.

Rüstəm Muradov nə ilə yadda qaldı? - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələrinin komandanı olan general-leytenant Rüstəm Muradov xidməti vəzifəsini başa çatdırdı. Hələ may ayından söyləntilər gəzirdi ki, onun yerinə general-mayor Aleksey Avdeyev gətiriləcək. Lakin a

7 sentyabr 2021
.

Kərim Vəliyev Türkiyədə - Əməkdaşlıq məsələləri müzakirə olunacaq

Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Türkiyə Respublikasında rəsmi səfərdədir. Müdafiə Nazirliyindən -a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyə Respublikasının hərb

12 sentyabr 2021
.

Bakının erməni-bolşevik işğalçılarından azad edilməsindən 103 il ötür

Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunduğu gündən 103 il keçir. xatırladır ki, 1918-ci ilin martından başlayaraq erməni-bolşevik birləşmələri azərbaycanlıların etnik təmizləməsinə başlayır. Bu zaman Qafqaz İslam Ordusu Nuru Paşanın komandanlığı ilə Azərbaycanın xilasına gəlir. Qafqa

15 sentyabr 2021
.

Azərbaycan Gorus-Qafan yolunda post qurub - DİN-dən AÇIQLAMA

Azərbaycan polisi Qubadlı rayonunun inzibati ərazisində də nazarət-keçid məntəqəsi quraşdırıb. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Bildirilib ki, məntəqə Goruş-Qafan yolunda quraşdırılıb. Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq. DİN-in Mətbuat Xidmətinin Bərdə regiona

11 sentyabr 2021
.

Paşinyan Ərdoğana cavab verdi: "Hazırıq"

Ermənistan hakimiyyəti Türkiyə ilə münasibətlərin normallaşdırılmasına hazırdır. Trend-ə istinadən bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib. O bildirib ki, Türkiyə Prezidenti də ölkələr arasında münasibətlərin tənzimlənməsi məsələsi ilə bağlı öz fikirlərini bildirib

8 sentyabr 2021