Azərbaycanlı nazirlərin məmur qohumları - SİYAHI

Azərbaycanlı nazirlərin məmur qohumları - SİYAHIBir neçə gün öncə Prezident İlham Əliyevin sərəncamı ilə vəzifədən azad olunan Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmovun eyni anda üç qardaşının və digər qohumlarının yüksək vəzifə tutması məmurların qohumları ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Azxeber.com nazirlərin yüksək vəzifə daşıyan qohumları ilə bağlı araşdırma aparıb.

Vergilər naziri Mikayıl Cabbarovun qayınatası və xalası oğlu yüksək vəzifə daşıyır. Belə ki, nazirin qayınatası Kamran İmanov Əqli Mülkiyyət Agentliyinin sədridir. Bundan öncə Müəllif Hüquqları Agentliyinə və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına rəhbərlik edib. Düzdür, Kamran İmanovun məmur fəaliyyəti M.Cabbarovun məmur fəaliyyətindən daha əvvələ gedib çıxır və bu mənada onların təyinatı arasında bağlar axtarmaq mənasızdır.

Azərbaycanlı nazirlərin məmur qohumları - SİYAHINazirin xalası oğlu Balakişi Qasımov İctimai İctimai Televiziya və Radio Yayımları şirkətinin baş direktorudur. Bu təyinata qədər Azərbaycan Televiziyasında yayımlanan beynəlxalq lisenziyalı "Əlaçı" ("Brainist"), "61!" ("Jeopardy!"), "Breyn-rinq", "Kim? Harada? Nə vaxt?" verilişlərinin baş prodüseri və rejissoru olub.

Gənclər və İdman naziri Azad Rəhimovun qudası və oğlu yüksək vəzifə daşıyır. Nazirin qudası Niyazi Bayramov Gəncə şəhər İcra Hakimiyyətinin başçısıdır. Bu təyinata qədər Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı və Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin rəisi vəzifələrində işləyib.

Azərbaycanlı nazirlərin məmur qohumları - SİYAHINazirin oğlu Arif Rəhimov 2014-cü ilin yanvarında yaradılmış "Baku Grand Prix" şirkətinin rəhbəridir. Bu şirkət Bakıda keçiriləcən dünyada avtomobil idmanının ən bahalı növlərindən birinin – "Formula-1"in "Qran Pri" yarışının təşkilatçısıdır.

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun atası və oğlu yüksək vəzifə daşıyır. Nazirin atası Fəttah Heydərov Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatıdır. Buna qədər Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri, Culfa rayon İcra Hakimiyyətinin başçısı olub.
Azərbaycanlı nazirlərin məmur qohumları - SİYAHINazirin oğlu Tale Heydərov Azərbaycan Avropa Cəmiyyətinin sədridir. İddialara görə, onun rəhbəri olduğu və lobbiçilik fəaliyyəti ilə məşğul olan qurum fəaliyyətini dayandırıb, ancaq bu barədə rəsmi açıqlama verilməyib.

Təhsil naziri Ceyhun Bayramovun qardaşı yüksək vəzifədədir. Azər Bayramov Maliyyə nazirinin müavinidir. Eyni zamanda Büdcə gəlirlərinin proqnozlaşdırılması üzrə komissiyanın sədridir. Buna qədər Maliyyə Nazirliyinin Vergi Siyasəti və Gəlirlər Baş İdarəsinin rəisi işləyib.
Azərbaycanlı nazirlərin məmur qohumları - SİYAHISəhiyyə naziri Oqtay Şirəliyevin oğlu önəmli vəzifə tutur. Murad Şirəliyev Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin sədr müavinidir. 2000-ci ildən bank sektorunda olan M.Şirəliyev bundan öncə "Kapital Bank"ın İdarə Heyətinin sədr müavini olub.

Azərbaycanlı nazirlərin məmur qohumları - SİYAHIKənd Təsərrüfatı naziri İnam Kərimovun qardaşı yüksək vəzifədə çalışır. Mətin Kərimli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavinidir. "Harvard" Universitetinin məzunu olan M.Kərimli bundan öncə Vergilər Nazirliyinin Beynəlxalq münasibətlər idarəsinin rəisi vəzifəsində çalışıb.
Azərbaycanlı nazirlərin məmur qohumları - SİYAHIEnergetika naziri Pərviz Şahbazovun atası yüksək vəzifədədir. Oqtay Şahbazov uzun illərdir Prezident Adminstrasiyasında yüksək vəzifə tutur. Hazırda Azərbaycan Respublikası Prezidentinin İşlər müdiridir. 1-ci dərəcə Dövlət müşaviri, "Əməkdar dövlət qulluqçusu" fəxri adı və "Şöhrət" ordeni ilə təltif edilib.

Azərbaycanlı nazirlərin məmur qohumları - SİYAHI


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 7310   Tarix: 21 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Biz Ararat Mirzoyanın arzusunu ürəyində qoymayacağıq" - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Ermənistanın yeni təyin olunan XİN rəhbəri Ararat Mirzoyanın, Sergey Lavrovla görüşü zamanı "Qarabağın statusu" ilə bağlı qərar verilməyənə qədər Azərbaycan tərəfi ilə heç bir sülh müqaviləsi imzalanmayacaq" tərzindəki sərsəm açıqlaması Azərbaycan cəmiyyətind

2 sentyabr 2021
.

"Üç Qardaş - 2021" təliminin əhəmiyyəti ilə bağlı türkiyəli generaldan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin "Üç Qardaş - 2021" birgə beynəlxalq təlimi keçiriləcək. Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrini

13 sentyabr 2021
.

Rüstəm Muradov nə ilə yadda qaldı? - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələrinin komandanı olan general-leytenant Rüstəm Muradov xidməti vəzifəsini başa çatdırdı. Hələ may ayından söyləntilər gəzirdi ki, onun yerinə general-mayor Aleksey Avdeyev gətiriləcək. Lakin a

7 sentyabr 2021
.

Azərbaycan Qarabağa gedən İran maşınlarını yoxlamağa başladı - FOTO

Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşları, ikinci Qarabağ müharibəsində azad edilən Azərbaycan ərazisindən keçən Gorus-Qafan dövlətlərarası yoldan keçən İran dövlət qeydiyyat nişanlı yük maşınlarının sürücülərinin və yüklərinin sənədlərini yoxlamağa başlayıb. xəbər verir ki, bu barədə Ermənista

12 sentyabr 2021
.

İlham Əliyev Zəfər yolunda işlərlə tanış oldu - FOTO + YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunda son tamamlama işləri ilə tanış olub. Dövlətimizin başçısının Sərəncamı ilə təsdiq edilmiş işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində Zəfər yolunun tikintis

29 avqust 2021
.

Rusiya Dumasında pedofillər üçün edam cəzası müzakirə olunur

Rusiyada pedofillər üçün edam cəzasının geri qaytarılması zəruridir. Bu təklifi deputat, Rusiya Dövlət Dumasının Dövlət Tikintisi və Qanunvericilik Komitəsi sədrinin birinci müavini Mixail Yemelyanov irəli sürüb. Yemelyanov Kiselyovskda əvvəllər cinsi təcavüzə görə məhkum edilmiş şəxs tərəfindən on yaşl

8 sentyabr 2021
.

Türkiyənin Baş Ombudsmanı "Türk Şəhidliyi" abidəsini ziyarət etdi - FOTO

Bakının işğaldan azad olunmasının ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının ombudsmanı Səbinə Əliyeva və türkiyəli həmkarı Şərəf Malkoç, həmçinin hər iki ölkənin nümayəndələri Şəhidlər Xiyabanı və Türk Şəhidliyi abidəsini ziyarət ediblər. xəbər verir ki, ombudsmanlar Əbədi Məşəl abidəsinin önün

15 sentyabr 2021
.

Sahibə Qafarova Avstriyaya gedir

Milli Məclisin Sədri Sahibə Qafarova Parlament Sədrlərinin V Ümumdünya Konfransında iştirak etmək üçün sentyabrın 5-də Avstriyanın paytaxtı Vyana şəhərinə işgüzar səfər edəcək. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən -a verilən məlumata görə, Parlamentlərarası İttifaqın, Avstriy

4 sentyabr 2021
.

Əfqanıstanda nələr baş verir? - Əmrullah Saleh şayiələri TƏKZİB ETDİ

Əfqanıstanın keçmiş vitse-prezidenti və Milli Müqavimət Cəbhəsinin liderlərindən olan Əmrullah Saleh, Pəncşir əyaləti və Əfqanıstanı tərk etdiyi barədə iddiaların yalan və düşmən təbliğatı olduğunu deyib. "Taliban" qüvvələrinin Pəncşir əyalətini ələ keçirdikləri barədə iddiaları ilə bağlı "Euronews"

4 sentyabr 2021