"Məmurların mülkləri satılıb pulları şəhid ailələrinə verilsin" təklifi qeyri-ciddidir - DEPUTAT

"Məmurların mülkləri satılıb pulları şəhid ailələrinə verilsin" təklifi qeyri-ciddidir - DEPUTATDeputatın istəyi ilə keçmiş məmurların mülki müsadirə olunmur, bunun üçün dövlət və məhkəmə var, qərarları onlar verirlər. Bunu Sonxeber.az-a Milli Məclisin deputatı Rüfət Quliyev həmkarı Fəzail Ağamalının "bəzi keçmiş məmurların mülkləri satılıb pulları şəhid ailələrinə verilsin" sözlərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, millət vəkilləri yalnız təklif verə bilər: "Bir çox deputat vəsaitin mənbəyin bunda görürlər. Həmin təklifin irəli sürülməsi problemli məsələdir. İndi təklifdi verilir, məndən də soruşsalar başqa təklif verərəm. O adamın nə qədər günahı olsun ki, məhkəmə onun mülkini müsadirə etmək barədə qərar çıxarsın. Müsadirə edilmiş mülklərin satışa çıxarılması və s. təklif olunur. Gəlin bu işə ciddi baxaq. Milli Məclisin qarşısına insanlar yığılanda, şikayətçilər gələndə adamın ürəyi ağrıyır. Adam da bir az emosional olanda gəlib Milli Məclisdə həmin emosiyasını sözlə ifadə edir".

Milli Məclis aparatının işçilərinin məvaciblərinin artırılması təklifinə gəlincə, R.Quliyev bildirib ki, əmək haqları ilə bağlı müəyyən standartlar var: "Məsələn Prezident aparatında işçilərin məvaciblərinin müəyyən standartları var. Təklif edildi ki, həmin standartlar qədər olmasa da, Milli Məclis işçilərinin maaşı ona yaxın olsun. Yəni parlamentin işçiləri, deputatların özləri də onlara həddindən artıq kömək edirlər.Bu baxımdan təklif edildi ki, Milli Məclisin işçiləri üçün də tarif səbəti olsun".

Millət vəkili əlavə edib: "Hökumət imkan daxilində deputatların ezamiyyətləri üçün artıq pul ayıra bilsə, həm ölkədə xarici qonaqları rahat qəbul edərik, həm də xaricdə daha fəal iş apara bilərik. Milli Məclis qurum kimi Azərbaycanın beynəlxalq nüfuzunun qaldırılması, problemləri həll etmək üçün Xarici İşlər Nazirliyindən heç də az iş görmür. Diplomatiyanın bir qolu varsa, bizim on qolumuz var. Heç kəs kəskin formada nəyisə tələb edə bilməz. Təkliflər verilə bilərik ki, gördüyümüz işləri nəzərə alsınlar. Erməni lobbiçiliyi ilə dünya səviyyəsində mübarizə aparmaq üçün beynəlxalq təşkilatlardakı adamlarla daha çox təmasda olmaq lazımdır. Onların gücündən istifadə etməklə ermənilərin lobbi fəaliyyətinə üstün gəlməliyik. Bunun üçün xaricə gedən deputatların sayı daha çox olmalıdır. Təklif edirik ki, bu sahəyə daha çox vəsait ayrılsa yaxşı olardı. Son dövrlər şəxsi münasibətlər ön plana çıxır. Bunu nəzərə almaq lazımdır".

Məftun Salmanov


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 5307   Tarix: 21 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021
.

Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO

Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri

18 sentyabr 2021
.

Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO

Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb

17 sentyabr 2021
.

Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO

Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs

18 sentyabr 2021
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18 sentyabr 2021
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18 sentyabr 2021
.

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu

17 sentyabr 2021
.

Vətən müharibəsinin 22 iştirakçısı polis oldu

Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

17 sentyabr 2021