Prezidentdən pasportlarla bağlı vacib FƏRMAN

Prezidentdən pasportlarla bağlı vacib FƏRMANAzərbaycan Respublikası Prezidenti İlham Əliyev "Pasportlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1305-VQD nömrəli Qanununun tətbiqi haqqında fərman imzalayıb.

Sonxeber.az-ın məlumatına görə, fərmanda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Pasportlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1305-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Pasportlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Pasportlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. Müəyyən edilsin ki:

3.1. "Pasportlar haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin birinci hissəsinin 7-ci bəndində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən hərbi attaşelərin və hərbi nümayəndələrin təyin edilməsinə münasibətdə Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, hərbi attaşelik və hərbi nümayəndəlik aparatlarının digər zabit heyətinin təyin edilməsinə münasibətdə isə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi həyata keçirir;

3.2. həmin Qanunun 6-cı maddəsinin birinci hissəsinin 8-ci bəndində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 9848   Tarix: 21 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

"Avromed"ə məxsus "Vita aptek"də 17 manatlıq dərman 37 manata satılır - FOTOFAKT

Mərdəkandakı "Vita Aptek"də 17 manatlıq dərman 37 manata satılır. xəbər verir ki, bu barədə sosial şəbəkələrdə tanınmış teleaparıcı Zamirə Dadaşova bildirib. O, "Truxal" adlı dərmanın Mərdəkanda yerləşən "Vita Aptek"dən 37 manata alındığını sübut edən fotolar paylaşıb. Aparıc

29 mart
.

Oruc tutmaq xərçəngin yayılmasını ləngidir

Oruc tutmaq immun sistemini yaxşılaşdırır, orqanizmdəki toksinləri aradan qaldırır, iltihabı azaldır, xərçəng hüceyrələrinin yayılmasını ləngidir. xəbər verir ki, bu barədə türkiyəli həkim Özkan Akyolun araşdırmasında deyilir. Akyol bildirib ki, Ramazan ayının sağlamlığa iki cəhətdən faydalı olduğu elm

28 mart
.

Lotoreya oynadı, milyardlıq CEK-POT uddu

ABŞ-nin Nyu-Cersi sakini Mega Millions lotereya oyununda 1,13 milyard dollarlıq cekpot qazanıb. xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb. Bu, ABŞ tarixində beşinci ən böyük lotereya uduşudur. Ölkə üzrə 13 nəfərin hər biri 1 milyon dollar mükafat alıb. Daha bir bilet Nyu Yorkda 2 milyo

28 mart
.

Sabirabadda avtomobil at arabasına çırpıldı: Xəsarət alanlar var

Sabirabadda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Aran bürosunun məlumatına görə, Xəlfəli kəndində minik avtomobili at arabası ilə toqquşub. Qəza nəticəsində rayon sakinləri - 1984-cü il təvəllüdlü Səmid Fərhad oğlu Həsənov və 1998-ci il təvəllüdlü Qonsur Maqsud oğlu Mirzəyev müxtəli

29 mart
.

Ucarda məktəb binasında yanğın olub

Ucar rayonunun Əlikənd kəndində məktəb binası yanıb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli fəaliyyət göstərməyən orta məktəb binasının bir otağının döşəməsi 3 kvadratmetr sahədə və 1 ədəd taxtada

29 mart
.

Azərbaycanda taksilər ağ və qırmızı rəngdə olacaq

Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin xarici tərtibatına dair tələblər müəyyənləşib. APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə oluna

28 mart
.

7-8 il əzab verdiyi arvadı gözünü itirib...

Bakıda həyat yoldaşına əzab verməkdə təqsirləndirilən 1986-cı il təvəllüdlü Y. Bektimirovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, A.Bektimirovaya müxtəlifdərəcəli xəsarətlər yetirən, eləcə də onun bir gözünü itirməsinə səbəb olan şəxs Cinayət Məcəlləsinin 133.2.6-cı (Əzab vermə

28 mart
.

YAP seçki hazırlığına başladı: Siyahı hazırlanır...

Bu il ölkəmizdə keçiriləcək parlament seçkiləri ilə bağlı hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin ilkin siyahısının müəyyənləşdirilməsinə başlanılıb. Bu barədə "Gününsəsi.info" saytı hökumətdəki mənbələrə istinadla məlumat yayıb. Qeyd olunur ki, 125 seçki dairəsi üzrə haki

29 mart
.

13 yaşlı Zəhranın dəstəyə ehtiyacı var: "Əməliyyat məbləğini toplaya bilmirik" - FOTO

13 yaşlı Zəhra Hacılı B-hüceyrə kəskin mieloblast leykoz M2 (qan xərçəngi) xəstəliyindən əziyyət çəkir. Bu barədə -a onun atası İlkin Hacıyev məlumat verib. O bildirib ki, qızı iki ildir ki, bu xəstəliklə mübarizə aparır:. "Hazırda qızım Milli Hematoalogiya və Transfuziologiya Mərkəzində müalic

28 mart