"Azərbaycanın 5-ci kolonu"…" – Erməni xalqından Paşinyana şok müraciət

"Azərbaycanın 5-ci kolonu"…" – Erməni xalqından Paşinyana şok müraciətErmənistanın Berdavan kəndinin sakinləri Baş nazir vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyana Azərbaycanda əsir saxlanılan erməni kəşfiyyatçı Karen Kazaryanın azad edilməsi tələbi ilə keçirilən aksiyalarla bağlı yazılı müraciət ünvanlayıblar.

Sonxeber.az teleqraf.com-a istinadla xəbər verir ki, kənd sakinləri müraciətdə onları təhqir edən Paşinyan və hökumətindən üzr tələb edirlər.

Kənd sakinləri məktubda qeyd edirlər:

"Hökumət nümayəndələri Berdavan kəndində keçirilən etiraz aksiyalarına siyasi don geyindirməyə çalışırlar. Hökumət nümayəndələri bizə deyirlər ki, Karen sərhəd rejimini pozduğu üçün əsir götürülüb. Əlbəttə, siz sərhəd kəndində yaşamırsınız və cəbhədən uzaq bir yerdə təhlükəsizlik içində oturmusunuz. Buna görə də asanlıqla bizim etirazlarımıza istədiyiniz donu geyindirə bilirsiniz".

Ermənilər məktubda Paşinyanı verdiyi vədə əməl etməməkdə ittiham edirlər:

"Əziz Nikol Paşinyan, siz və komandanız insanlara xidmət etməyin vacib olduğunu deyirsiniz. Biz də bunun üçün yolları sizin üçün açdıq, küçələrə töküldük. Lakin indi siz bizim rəsmi şəxslərdən üzr tələb etmək haqqımızın olmadığını düşünürsünüz.

Hökumət nümayəndələri isə kənd sakinlərinə "Azərbaycanın 5-ci kolonu", "Azərbaycan dəyirmanına su tökənlər", "Daxili düşmən" adlandırırlar.

Siz də həmin insanları dəstəklədiyinizi bildirirsiniz. Siz necə deyə bilərsiniz ki, Berdavan "Azərbaycanın 5-ci kolonu"dur".

Qeyd edək ki, Ermənistan Baş nazirinin müavinləri Ararat Mirzoyan və Tiqran Avinyan kəşfiyyatçı Karen Kazaryanın əsirlikdən azad edilməsi tələbi ilə kənddə keçirilən etiraz aksiyalarını sərt şəkildə tənqid edib.

Paşinyan noyabrın 20-də jurnalistlərə verdiyi açıqlamasında hökumətin Azərbaycanla sərhəddə yerləşən kənddə keçirilən aksiyalarla bağlı mövqeyini dəstəklədiyini açıqlayıb. Onun açıqlaması, Berdavanda etirazları daha da qızışdırıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2253   Tarix: 21 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sülhməramlıların Qarabağı tərk etməsinin yeni - Görüntüləri

Xəbər verdiyimiz kimi, Qarabağda müvəqqəti yerləşdirilən Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edir. "Qafqazinfo"nun məlumatına görə, sosial şəbəkələrdə bununla bağlı yeni görüntülər yayılıb. Həmin kadrları təqdim edirik:

17 aprel
.

Azərbaycan və Ermənistan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaq

Ermənistan-Azərbaycan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsi əsas götürüləcək. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədini

19 aprel
.

Gəncə MDB-nin idman paytaxtı olacaq

Azərbaycanın Gəncə şəhəri Müstəqil Dövlətlər Birliyinin (MDB) idman paytaxtı olacaq. "Report" xəbər verir ki, bunu Xarici İşlər Nazirləri Şurasının Minskdə keçirilən iclasının yekunları barədə danışarkən Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Biz Gəncə şəhərinin 2025-ci ildə

12 aprel
.

Ermənilər Üzeyir Hacıbəylinin məşhur bəstəsini oğurladılar - VİDEO

Ermənilər Azərbaycana məxsus əsəri oğurlayıblar. Trend-in məlumatına görə, ermənilər indi dahi bəstəkar Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" musiqili komediyasını öz musiqiləri kimi təqdim ediblər. Onların "Vaqarşapat rəqsi" adlandırdıqları oğurlanmış musiqi əsəri Paris Operasınd

16 aprel
.

"Azərbaycan da Fransadakı səfirini geri çağırmalıdır" - Politoloq

Fransa Azərbaycandakı səfirini geri çağırıb. Bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. "Fransa Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib", - məlumatda vurğulanıb. Səfir Ann Buayonun artıq Fransada olduğu və prezident Emmanuel Makronun diplomat

17 aprel
.

Dövlət Gömrük Komitəsinə yeni TƏYİNAT - FOTO

Dövlət Gömrük Komitəsinin Gömrük orqanlarının fəaliyyətinin əlaqələndirilməsi şöbəsinə rəis təyin olunub. "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı DGK sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq əmr imzalayıb. Əmrə əsasən, bu vəzifəyə Həmid Elxan oğlu Şirinov

9 aprel
.

İrəvan Bakı ilə sülh imzalamağa hazır olduğunu bəyan edib

Ermənistan Azərbaycanla iki ölkə arasında artıq razılaşdırılmış üç prinsip əsasında sülh sazişi imzalamağa hazırdır. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə danışıqların yekunu üzrə deyib. Siyasətçi aydınlaşdırıb ki, söhbət 1991-ci il Almatı Bəyannaməsini

15 aprel
.

Yaşar Gülər: Cənubi Qafqazda sabitliyin qorunması üçün Azərbaycanın yanındayıq

Türkiyə Cənubi Qafqazda sabitliyin qorunması üçün Azərbaycanın yanında olacaq. "Report" xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər nazirliyin yüksək rütbəli rəsmiləri ilə birlikdə Şanlıurfaya sərəfində deyib. O bildirib ki, Türkiyə digər dost və qardaş ölkələr kimi

11 aprel
.

Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib: YENİ TƏYİNAT - FOTO

Aydın Münsüf oğlu İbadov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. AZƏRTAC xəbər ki, dövlət başçısı İlham Əliyev müvafiq Sərəncam imzalayıb. Prezidentin digər sərəncamı ilə Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyini

16 aprel