Azərbaycanlı ifaçı uzun müddətdən sonra ortaya çıxdl: "Prodüserim öldü, ondan sonra da..."/VİDEO

Azərbaycanlı ifaçı uzun müddətdən sonra ortaya çıxdl: "Prodüserim öldü, ondan sonra da..."/VİDEOAzərbaycanlı müğənni, daha çox EKA adı ilə məşhur olan Elnarə Həsənli yeni layihə üzərində işləyir. O, yeni layihəsini yaxın günlərdə təqdim etmək niyyətindədir.

SonxeberAz Sputnik Azərbaycan-a istinadən bildirir ki, Həsənli özünün yeni kompozisiyaları, Amerika planlarının uğursuzluğa düçar olması və Kristina Aqilera ilə konsertindən danışıb.

- Elnarə, siz hara yoxa çıxmısız? Çoxdandır sizdən yeni bir xəbər yoxdur...

- Mən heç də yoxa çıxmamışam. Artıq üç ildir ki, Baku Jazz Festival ilə əməkdaşlıq edirəm. Hər dəfə layihələrdə müxtəlif vəzifələri daşıyıram. Bu il festival çərçivəsində keçirilən gənc ifaçıların I am Jazzman! müsabiqəsinin koordinatoru olmuşam.

- Bəs yaradıcılığınızla bağlı nə var?

- Mən işimi davam etdirirəm. Hazırda yeni layihə üzərində işləyirəm. Sadəcə səhhətimlə bağlı olaraq bəzi işləri ertələmək lazım gəldi, amma dondurmamışam.

- Biz axırıncı dəfə görüşəndə sizin ABŞ-da tanınmanız üçün çalışan prodüserlə əməkdaşlıq edirdiz. O zaman Mayami, Nyu York və Los Ancelesdə keçirilən musiqi festivallarında iştirak etməli, hətta məşhur həmkarınız Kristina Aqilera ilə birgə səhnəyə çıxmalı idiz. Yaradıcılığınız üçün vacib olan bütün bu layihələrin aqibəti nə oldu?

- Əlbəttə, siz haqlısız, bütün bunlar mənim yaradıcılığım üçün vacib idi. Sadəcə, təəssüf ki, amerikalı prodüserim öldü və mən bütün işlərimi dayandırmalı oldum. Bu illər ərzində Amerikada sinqlım çıxdı və o, Azərbaycanda da, onun sərhədlərindən kənarda da kifayət qədər uğur qazandı.

Hal-hazırda məni ancaq caz maraqlandırır. Düşünürəm ki, gənc nəslə kömək etməliyəm, çünki mən festivallara qatılan zaman heç bir köməyim olmayıb. İndi müğənni olaraq vəzifə borcum, bildiklərimi gənc həmkarlarıma öyrətməkdir. Caz elə musiqidir ki, daim öz üzərində işləməlisən.

- Çoxdandır sizdən xəbər olmadığından, söhbətlər gəzirdi ki, hər şeydən incimisiz və səhnəni tərk etmək qərarına gəlmisiz...

- Baxmayaraq ki, uzun illərdir səhnədəyəm, heç vaxt heç kəsdən dəstək görməmişəm. Deyə bilmərəm ki, məni unudublar. Məni xatırlayırlar, tanıyırlar, amma təbliğatım yoxdur, geniş kütlələrə təqdim edilmirəm. Yaxşıdır ki, heç olmasa, "Azərbaycan cazının tarixi" kitabında mənim haqqımda informasiya verilib. Fəxri adlar və mükafatlar mənim üçün o qədər də vacib deyil, lakin layihə kimi bəzi şeylər var ki, onları dövlət səviyyəsində həyata keçirmək istəyirəm, amma əlim heç yerə çatmır. Mənim çox yaxşı layihəm var - etnik musiqi ilə müasir musiqinin sintezi, fəqət dondurulmuş vəziyyətdədir. Heç kəs dəstəkləməyib. Heç bir kömək yoxdur. Bunlar məni bir qədər incik salır. Bütün bunlarla onlar mənim iradəmi və ruhumu öldürə bilmirlər. Mən o adamlardan deyiləm, məni söndürmək olmaz. Baku Jazz Festival-a təşəkkür edir, o, mənim ailəmdir. Artıq uzun illərdir Rain Sultanov və Leyla Əfəndiyeva ilə işləyirəm. Məni onlarla birlikdə işləməyə dəvət ediblər. Onlara məmnuniyyətlə kömək edirəm.

- Əgər hər şey istədiyiniz kimi olsaydı, indi siz kim olardınız?

Mən indi pop-müğənni olardım. Lakin məni ən çox caz musiqisi cəlb edir. Ümumiyyətlə, eksperiment etməyi sevirəm. Mən Azərbaycanda R'n'B janrında oxuyan ilk adamam. İlk olaraq rok kompozisiyası ifa edəndə, caz mənim üçün birinci yerdə deyildi.

- Hazırda sizin şagirdləriniz var?

- Bu işlə birbaşa məşğul olmağı planlaşdırıram. Bir çox vokalçılar cazla məşğul olmaq istəyirlər və mən də onlara məmnuniyyətlə kömək edirəm. İnsanların əksəriyyəti düşünür ki, buna görə maliyyə əldə etmək lazımdır. Amma bu, səhv fikirdir. Pedaqoq təmənnasız olaraq təhsil verməlidir.

- Caz həmkarlarınızı necə qiymətləndirirsiz?

- Onlar daha çox pop musiqiyə meyllənirlər və əsasən pop cazı ifa edirlər. Çox adam cazı sevmir, amma mən çalışıram ki, onlara bu sevgini aşılayım. Hesab edirəm ki, vokalın vasitəsilə insanların fikrini dəyişmək olar.

- Cazı dinləyənlərin sayı artıb?

- Bəli, çoxlu gənc dinləyicilər meydana çıxıb. Bu, mənim xoşuma gəlir.

- Səhnəyə nə vaxt qayıdırsız?

- Mən səhnədən getməmişəm. Sadəcə məni görmürlər, çünki tədbirlərə getmirəm, Maraqlı olmayan yerlərdə özümü diskomfortda hiss edirəm. Təəssüf ki, hazırda kütlənin dinlədiyi tamamilə deqradasiyanın göstəricidir. Mənim üçün ilk növbədə yaradıcılıqdır. Çox istərdim ki, bizdə prodüser mərkəzləri olsun. Onlar bütün dünyada olduğu kimi bizdə də, artistlərin prodüserliyini edə, konsertlər vermək üçün şərait yarada bilsinlər. Prodüserlərə müraciət etmək istəyirəm ki, onlar nəhayət öz işləri ilə məşğul olsunlar və keyfiyyətsiz musiqini təbliğ etməsinlər. Televiziyalara baxmaq, radioları dinləmək mümkün deyil.

- Bəs pərəstişkarlarınız sizə necə qulaq asa bilirlər?

- Heç yerdə qulaq asa bilmirlər. Mən əsasən korporativ tədbirlərdə çıxış edirəm və onları da seçirəm. Çünki vaxtım çox deyil.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 13005   Tarix: 02 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Alişan Bakıdadır - Konsert verəcək + FOTO

Türkiyəli müğənni Alişan Bakıdadır. xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında yazıb. Alişan paytaxtda məkanların birində konsert verəcək. Qeyd edək ki, bundan əvvəl Alişanın bu yay Bakıda planlaşdırdığı konserti təxirə düşmüşdü

11 sentyabr 2021
.

"Onlar millətin üz qarası, faciəsidir" - Flora Kərimova

"Bu nə dəhşətdir biz görürük? Bu kimi hadisələr millətin üz qarası, faciəsidir. Qadın ərinin vəhşiliyindən şikayət edir barışdırırlar ki, "ailə münaqişəsidir". Sonra başı kəsilir. Altı aylıq körpə boğulur". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova yazıb. Müğənn

25 avqust 2021
.

Türkiyəyə aparılan Arif Babayevin SON DURUMU

Xalq artisti Arif Babayevin Türkiyədə müalicəsi davam etdirilir. xəbər verir ki, bu barədə xanəndənin oğlu Yaşar Babayev məlumat verib. O, bildirib ki, sənətçi bir müddətdə Türkiyədə qalacaq: "Gəzməkdə və danışmaqda çətinlik çəkir, Vəziyyəti olduğu kimi qalır. Müalicə gedir, inşallah yaxşılığa doğr

5 iyul 2021
.

"Beyinləriniz cırtdan, ürəyiniz şikəst qalıb" - Yazıcıdan sərt CAVAB

Aktyor Hamza Yazıcı sevgilisi Şenay Forbes ilə istirahətdə olarkən görüntülənib. türk mediasına istinadən xəbər verir ki, aktyor onun və sevgilisi ilə bağlı sosial şəbəkələrdə fotolara yazılan təhqirlərə səssiz qalmayıb. Yazıcı "Ümid edirəm sizin də ailələrinizə bu cür şərhlər yazılar. Bizim canımız

11 iyul 2021
.

Məşhur filmin treyleri rekord izlənmə sayı toplayıb - VİDEO

"Hörümçək adam: Evə yol yoxdur" (Spider-Man: No Way Home) filminin treyleri rekord izlənmə sayı toplayıb. -a istinadən xəbər verir ki, yayımlandığı ilk sutka ərzində müxtəlif sosial şəbəkə və platformalarda videonu 355.5 milyon nəfər izləyib. Qeyd edək ki, öncəki rekord 289 milyon baxışla "Qısasçılar

27 avqust 2021
.

"Fəryad 2" filmi çəkilir

Vətən müharibəsinə həsr olunmuş, kinorejissor Vaqif Mustafayevin şərti adlandırılan "Fəryad 2" filminin çəkilişlərinə hazırlıq prosesi gedir. -a istinadən xəbər verir ki, bu barədə "Azərbaycanfilm" kinostudiyasının direktoru Fariz Əhmədov məlumat verib. O bildirib ki, Hadrut və Bakıd

8 iyul 2021
.

"Fəxri adlar alveri, hərcmərclik..." - Azər Qəribdən Operativ Qərargaha çağırış

Bizim vaxtlarımızda Bakının teatral həyatı çox parlaq idi. Yeni tamaşalar, dahi sənətkarlar, mənim həmyaşıdlarımdan soruşun, hamısı zamanında bütün teatrlarda olub". xəbər verir ki, bunu tanınmış teleaparıcı Azər Qərib deyib. O bildirib ki, sonra həyat çətinləşdi, 90-cı illər gəldi və teatral həya

22 avqust 2021
.

Afaq Bəşirqızı həyat yoldaşı ilə - FOTOLAR

Xalq artisti Afaq Bəşirqızının həyat yoldaşı Əhməd Təhməzovla fotosu yayılıb. xəbər verir ki, şəkli aparıcı Elgiz Əkbər İnstaqram hesabında yerləşdirib. Fotoda aktrisa və həyat yoldaşı yer alıb. Qeyd edək ki, A.Bəşirqızının Səmral adlı bir oğlu var

12 iyul 2021
.

Azərbaycan xalçalarının daha geniş tanınması üçün QR kod sistemi tətbiq edilir - FOTO

"Azərxalça" ASC Azərbaycan xalçalarının daha geniş miqyasda tanınması üçün QR kod sistemi tətbiq edir. Toxunan xalçaların hər birinin arxasında xüsusi QR kodlar yerləşdiriləcək. Bu barədə -a "Azərxalça" ASC-nin mətbuat katibi Xatuna Abdullayeva məlumat verib. O bildirib ki, buna qədə

10 sentyabr 2021