Mir Şahindən Sevinc Osmanqızına AĞIR SÖZLƏR: "Ayıbdı, ayıb yerinizi bağlayın!

Mir Şahindən Sevinc Osmanqızına AĞIR SÖZLƏR: "Ayıbdı, ayıb yerinizi bağlayın!Son bir neçə il ərzində ilk dəfədir ki, televiziyalar, onlara ictimai münasibət haqqında danışıram. Məcburam. Xüsusilə son zamanlar sosial şəbəkələrdə yerindən duran, hissə-hissə duran, alayarımçıq duran bütün Dursun müəllimlərə bəzi deyəcəklərim var. Onlar baxdığı kanalları tənqid edirlər. Qısası bu! Və demək olar ki, bütün telekspertlər, teleekspırtlar hamısı eyni mənzərəni tənqid edir. Ay müğənnilər elə oxudu, ya belə geyindi, bütün günü çal-çağırdı, hansı gününüzə oxuyursunuz, çalırsınız və sair.

Soruşmaq lazımdır ki, bəs siz niyə onlara baxırsınız, hansı gününüzə yalnız çalıb oynayanlara tamaşa edirsiniz? Əvvəldən sonadək Xoşqədəmin, Zaurun layihələrinə baxıb sonra da onları tənqid edirsiniz. Bu, riyakarlıq deyilmi? Özü də bunu artıq internet TV-si olanlar da etməyə başlayıb. Tənqid edirlər ki, müxalifətə efir vaxtı verilmir, özlərinin də TV olduqlarını unudaraq. O vermir sən ver! Nə mane olur? Bu bir.

İkincisi, kim deyib ki, biz, məsələn REAL TV müxalifətə efir vaxtı ayırmalıdır. Bu bizim televiziyadır. Bu bizim seçimimizdir. Redaktor siyasətini biz müəyyənləşdiririk. Bu gün buna zərurət görmürük. Sabah baxarıq. Bizə 20-lər maraqlıdır, TANAP, TAP maraqlıdır. Bizə Azərbaycanın regional layihələrdə söz sahibi, təkcə söz yox, həm də əməl sahibi olduğunu nümayiş etdirən layihələrdən canlı yayımlar təşkil etmək maraqlıdır. REAL 9 aya yaxın müddətdə 200-dən artıq birbaşa yayım edib. Özü də bu yayımlar arasında ekstremal şəraitdə aparılanları da çoxdur.

"Azərbacyanda mətbuat və mediya azadlığı yoxdur" – deyə boş boğazlıq edənlərə bizim daha nə cavabımız ola bilər! Hadisəni yerindən, anında, dərhal, olduğu kimi göstərmək! Bu deyilmi azadlıq? Özü də təkcə Azərbaycanda yox, bütün dünyadan. BMT-sinin, NATO-sunun, AŞPA-sının, ATƏT-inin toplantılarını, Azərbaycanda və dünyada keçirilən az qala bütün mühüm mətbuat-konfranslarını! Guya bunlar ekspertdir. Ekspert deyəndə bir tərəfdən baxanda düzdü. Eksdir. Yəni keçmiş. Keçmiş "pert"! Üzr istəyirəm bundan sonra onlara sadəcə "pert" deyək. Madam ki eks olmamaq, gündəlikdə qalmaq istəyirlər.

Xülasə, belə "pert"lərin teledüşüncələri mənə əslində maraqlı olmamalıdır. Bayaq dediyim səbəblərdən. Bu gün də ona görə cavab vermək istədim ki, onların çeynəyib-tüpürdükləri, ölkə telekanallarını nişangaha gətirmələri heç də səmimi teletənqidçi qeydləri deyil. Bəlkə bir təhlükəli tendensiyanın tərkib hissəsidir. Hətta diversiyadır. Belə düşünməyə əsaslarım var.

Bir anlığa tamaşaçıların-vətəndaşların baxdığı, nəyə görə, nə üçün, hansı verilişlərə baxdığını kənara qoyaq, hər halda baxdığı telekanallar vurulur, gözdən salınmasına ardıcıl cəhdlər edilir. Bəs, alternativ hansılardır? Bax məncə bu barədə daha ciddi düşünmək lazımdır. Budur onların alternativləri. Qərəzli, üfunət dolu, idbar, antiAzərbaycan, yalnız qara-qura göstərən.

Qurban Məmmədovun düşük və düşkün tribunası, Sevinc Osmanqızının ingilis dilli əyalət tribunası, Tural Sadıqlının, Orduxan Temirxanın unitaz pəncərəsi, Qənimət Zahidin rəvayət quraşdırıb nağıl danışan həpənd çərçivəsi, Vidadi İskəndərlinin tərbiyəsizlik və əxlaq püskürtüsü!

Başqalarının da adını çəkib efiri daha çox zibilləmək istəmirəm. Onlar öz mahnılarını oxumurlar. Onlar üçün başqaları bəstələyir. Sədaqətli canlılar isə ifa edir.

Azərbaycana örnək göstərilənlər bunlardır. Bax budur cəmiyyətə soxuşdurulan alternativ TV-lər. Bəs bu "pert" müəllimlər nə vaxt çıxıb ortaya cəmiyyətə daha böyük təhlükə olan bu tribunaların zərəri barədə danışdılar? Hansı biri çıxıb Orduxana, Osmanqızına ən azı bədən tərbiyəsi verdi ki, ayıbdı, ayıb yerinizi bağlayın! Mən görməmişəm. Yoxsa Vidadi İskəndərlinin layiq olduğu cavabı verdilər xəbərimiz olmadı?

Bəlkə onların təqdim etdikləri teletərbiyə bizim "pert" müəllimləri qane edir. Hansısa aparıcının kulis arxası ağzından ehtiyatsız ifadə çıxarmasını görk edərək sosial şəbəkələrdə ondan qat-qat artığını edən, ana-bacı, arvad-uşaq söydürən xoşqeyrət tv-cikləri, onların verilişləri altında dəvə ifrazatı kimi axıb gedən təhqirləri analiz etmək lazımdır. Anamı söyərlər deyə vətəni qruqa buraxmaq kişilikdən deyil! Mən hələ telepeşəkarlıqdan danışmıram…


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 13766   Tarix: 03 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabirabadda avtomobil at arabasına çırpıldı: Xəsarət alanlar var

Sabirabadda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Aran bürosunun məlumatına görə, Xəlfəli kəndində minik avtomobili at arabası ilə toqquşub. Qəza nəticəsində rayon sakinləri - 1984-cü il təvəllüdlü Səmid Fərhad oğlu Həsənov və 1998-ci il təvəllüdlü Qonsur Maqsud oğlu Mirzəyev müxtəli

29 mart
.

Valideynlər qızlarına dişlərinə baxıb ər alırlar: Qeyri-adi bazar - ARAŞDIRMA + VİDEO

Hindistanın Madxubani şəhərində qeyri adi bazar 700 ildir ki fəaliyyət göstərir. Bazarın ilk təçkilatçısı Raca Xari Sinqx olub. Belə ki, bu bazarda meyvə tərəvəz, cürbəcür qidalar yox, kişi satılır. Daha doğrusu, qızlar öz valideynləri ilə bura gəlib özlərinə ər alırlar. Bu bizim üçün qeyri-adi və imkansı

28 mart
.

Nobel mükafatı laureatı Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ

Nobel mükafatı laureatı professor Məhəmməd Yunus Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) rektorunun müşaviri təyin edilib. Bu barədə universitetin rektoru Ədalət Muradov məlumat verib. O qeyd edib ki, Məhəmməd Yunus özü ona müraciət edib:. "Müraciətində professor Məhəmməd Yunus UNEC rektorunu

29 mart
.

Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir

Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir. APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Məhkəmələr və hakimlər haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 126-c

29 mart
.

Şeksprin gizli bacısı məlum oldu - ARAŞDIRMA

Ədəbiyyat tarixində iz qoymuş XVI əsr ingilis şairi Uilyam Şekspirin naməlum qardaşının olduğu üzə çıxıb. xarici mənbəyə istinadən xəbər verir ki, İngiltərənin Bristol Universitetində aparılan tədqiqatın nəticələri dərc olunub. Şekspirin atası tərəfindən yazıldığı düşünülən və uzun müddətdir itən sənədi

29 mart
.

Bakıda restoran yanır - FOTO/VİDEO

Bakının İstiqlaliyyət küçəsində restoranın çöl divarından keçən elektrik kabeli yanır. Bu barədə -ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən restoranın çöl divarından keçən elektrik kabel

28 mart
.

MİDA-nın vəzifəli şəxsi vəfat edib

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tabeliyindəki "MİDA" MMC-nin əməkdaşı vəfat edib. xəbər verir ki, bu, MİDA-nın Texniki nəzarət şöbəsinin müdiri Aydın Fətullayevdir

29 mart
.

AzTV Arayik Arutyunyanın müsahibəsini niyə yayımlamadı? - AÇIQLAMA

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik Arutyunyanla müsahibə yayımlamalı idi. Lakin AzTV bir müddət əvvəl vəd etdiyi müsahibəni ötən axşam efirə vermədi. Sosial şəbəkələrdə bəzi şəxslər telekanalı tamaşaçıları aldatmaqd

29 mart
.

Ramiz Mehdiyevdən məhkəməyə verilməsi xəbərinə REAKSİYA

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanması haqda xəbər yayılıb. Belə ki, yayılan xəbərdə Ramiz Mehdiyevin İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edildiyi, iş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərildiy

29 mart