İran Borçalıda yüzlərlə soydaşımızı Azərbaycana qarşı belə hazırlayır - YENİ FAKTLAR

İran Borçalıda yüzlərlə soydaşımızı Azərbaycana qarşı belə hazırlayır - YENİ FAKTLARBölgədə şiələrin hakimi olmaq və dini region ölkələrinə siyasi təzyiq alətinə çevirmək üçün müxtəlif vasitələrdən istifadə edən İranın son dövrlər Gürcüstan azərbaycanlılarını hədəf seçdiyi haqqında ciddi faktlar açıqlanmışdı. İran Borçalı mahalındakı soydaşlarımızı ələ almaq üçün onlar arasında məzhəb ayrımı salır və beləliklə, parçalanmış toplumu daha rahat şəkildə idarə etməyə cəhd edir.

Gürcüstandan olan soydaşlarımız danışır ki, İranın Qum və Məşhəd şəhərindən gələn emissarlar bölgədə siyasi şiəliyi, əslində şiəlik adı atında Xomeyniçiliyi təbliğ edirlər. Bu gün Borçalıda siyasi şiəliyin təbliği ilə bağlı dini moizələr oxunur, din öyrənmək istəyənləri Məşhədə və Quma aparırlar, onların maddi ehtiyacları qarşılanır. Vaxtilə heç kimin ağlına gəlməyən məzhəb ayrılığı bu gün Borçalını ələ keçirib. Bu işi əsasən İranın Gürcüstandakı səfirliyi və emissarlar həyata keçirirlər. Məscidlərdə əsasən İrandan gələn dini ədəbiyyat paylanır. (İran hədəfinə çatır: Gürcüstan azərbaycanlıları arasında MƏZHƏB QARŞIDURMASI).

İran qaranlıq fəaliyyəti ilə seçilən Mirtağı Əsədovu Borçalıda "yeni şeyx" seçib və bu gün ondan soydaşlarımızın üzərində təsir rıçağı olaraq istifadə edir. Əsas hədəf məhz burada "dini kanton" yaratmaq və region ölkələrinə, xüsusilə Azərbaycana qarşı silah olaraq istifadə etməkdir. (İranın Borçalıda dini kanton yaratmaq planı və ayətullahların "yeni şeyxi").

Sonxeber.az bildirir ki, Publika.az hazırda Borçalıdakı dini vəziyyət və İranın təsir imkanları haqqında yerli mənbələrdən yeni məlumatlar əldə edib.

Bu gün İranın bölgədə "şeyx" təyin etdiyi Mirtağı Əsədovun ətrafına 500-dən çox soydaşımızı toplayıb.

İrana bağlı bu qrupun əsas mərkəzi İmam Əli və İmam Hüseyn adına məscidlərdir. Bu isə Marneulidə mövcud olan cəmi 4 məscidin ikisinin İranın təsirində olduğu deməkdir.

Mirtağı Əsədovu "şeyx" olaraq qəbul edən tərəfdarları əsasən gənclərdən ibarətdir. Hər cümə günü İmam Əli və İmam Hüseyn məscidinə 500-dən artıq dindar toplaşır. Onlar Mirtağı Əsədovun ətrafındakı fəallardır.

Yerli mənbələr danışır ki, İranın Gürcüstandakı səfiri də mütəmadi olaraq İmam Əli məscidində keçirilən dini mərasimlərə qatılır, dini moizələr oxuyaraq, siyasi təbliğat aparır.

"Marneulidə əhalinin 70 faizi şiələrdir. İran bu amildən istifadə edərək, moizəçilərini əsasən bu rayona göndərir. Vaxtilə rayonda təhsilin keyfiyyəti aşağı düşdü, gənclərimizin savadsızlığı artdı, nəticədə din amili önə çıxdı. İran bu vəziyyətdən istifadə edərək, bölgəyə girdi. Gənclərimizi Quma, Məşhədə dini təhsil almağa apardı, böyük maliyyə vəsaitləri alaraq, burada dini təsir gücü əldə etdi", - Marneulinin yaşlı sakinləri danışır.

Mirtağı Əsədov da həmin vaxt İrana dini təhsil almağa gedənlərdəndir. Yerli mənbələrin məlumatına görə, əvvəlcə M.Əsədovun qardaşı İrana dini təhsil almağa gedib.

"Əsədovun qardaşı Qumda dini təhsil alandan sonra orada qaldı, əvvəlcə qardaşını, sonra da rayondakı gəncləri ora oxumağa apardı. Bu gün Əsədovun qardaşı İranda elmlər namizədidir və böyük biznesi var. Marneulidə Mirtağı Əsədov və tərəfdarlarını da o maliyyələşdirir", - əldə etdiyimiz məlumatda bildirilir.

Ən təhlükəli məqamlardan biri isə Borçalıda İranın təsir dairəsinə daxil olan dindar soydaşlarımızın Azərbaycana qarşı düşmən mövqe sərgiləməsidir.

Yerli sakinlər danışır ki, bu dindarlar üçün Azərbaycan məfhumu yoxa çıxıb, onlar İrana böyük simpatiya bəsləyirlər.

Hətta Bakıda ictimai asayişi pozduğuna görə 30 sutka həbs cəzası alan Mirtağı Əsədovun azad edilməsi üçün Gürcüstanda Azərbaycan səfirliyinin önündə piket keçirməyə də hazırlaşırlarmış.

Qeyd edək ki, M.Əsədov həbsdən azad olunub, o, artıq Gürcüstana qayıdıb. Feysbukda "Gundelik Gurcustan" səhifəsində müsahibəsində yaxın günlərdə media-konfrans keçirməyə hazırlaşdığını açıqlayıb.

M.Əsədov məlum müsahibəsində "Azərbaycanın daxili işlərinə qarışmırıq" deyə bildirsə də, Borçalıda onların nəzarətində olan İmam Əli və İmam Hüseyn məscidlərində Nardaran hadisələrinin yad olunduğu və Azərbaycan dövlətinə qarşı çağırışların edildiyi haqqında məlumatlar var.

Proseslərin inkişafı İranın Borçalıda təsir dairəsinə saldığı soydaşlarımızdan Azərbaycana qarşı gələcək planlarda istifadə edə biləcəyini göstərir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 4749   Tarix: 04 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ağcabədi sakininə yanlışlıqla cərimə yazıldı - AÇIQLAMA

Ağcabədi sakininə texniki xəta səbəbindən cərimə yazılıb. Bu barədə -a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Qurumdan bildirilib ki, baş verən texniki xəta araşdırılıb və aradan qaldırılıb:. "Sözügedən nəqliyyat vasitəsinin sürücüsü tərəfindən yol verilən qayda pozuntusu fot

28 mart
.

Vaxtilə Qarabağı tərk edən separatçı rejimin qalıqları Qarabağda təxribat törədə bilər? - AÇIQLAMA

Bu gün Ermənistan baş naziri Nikol Paşinyan hökümət iclasında "hökumət" yaratmaq istəyən separatçılara səslənib. O, bildirib ki, vaxtilə Qarabağda fəaliiyət göstərmiş, mühacirətdə olan separatçılar ölkə daxilində yaxud xaricdə "qurum" yaratmağa çalışırlar. Paşinyan açıq şəkildə deyi

28 mart
.

DTX rəisi: "Daşaltı əməliyyatında itkin düşən daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq"

"1992-ci ilin yanvar ayında Daşaltı əməliyyatında itkin düşmüş təhlükəsizlik orqanlarının mərhum əməkdaşı, Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov da daxil olmaqla, ümumilikdə 34 nəfərin adları ictimaiyyətə elan olunub. Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq". Bun

28 mart
.

Dörd rayonda qaz olmayacaq

Kürdəmir və Göyçay rayonlarını təbii qazla təmin edən qaz təchizatı şəbəkəsində aşkar olunmuş qaz sızmalarının ləğvi, təmir-bərpa işlərinin aparılması, həmçinin, sayğacların yeni çəkilmiş qaz xətlərinin üzərinə köçürülməsi, köhnə xətlərin ləğv edilməsi ilə bağlı bu gün saat 09:00-dan "Kürdəmir"

28 mart
.

DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEO

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb. xəbər verir ki, videoçarxda DTX əməkdaşlarının quruda, suda və havada keçirdikləri əməliyyatlardan görüntülər əskini tapıb. Videoçarxı təqdim edirik:

28 mart
.

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - Video

Boşanma zamanı ər-arvadın əmlakının bölünməsi ilə bağlı yeni qərar qəbul edilib. "Qafqazinfo"nun məlumatına görə, Xəzər TV-də yayımlanan süjetdə bildirilib ki, boşanma zamanı tərəflər arasında sənədsiz evlərin də bölgüsü aparılacaq. Belə ki, əgər tərəflər nikah dövründə özbaşına tikili inş

28 mart
.

Ağalarovun "Crocus City Hall" konsert zalı bankda girov imiş - Yeni DETALLAR

Rusiyanın Moskva vilayətində 22 martda terror aktı nəticəsində bir hissəsi yanmış "Crocus City Hall" konsert zalının bankda girov qoyulduğu məlum olub. Rusiya Daşınmaz Əmlakın Vahid Dövlət Reyestrindən çıxarışa əsasən əmlak "Qazprombank"da kredit müqabilində girov qoyulub. Belə ki

27 mart
.

Sabiq milli təhlükəsizlik naziri VƏFAT ETDİ

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat etdi. xəbər verir ki, 79 yaşlı Namiq Abbasov 1995-ci ilin mart ayından 2004-cü ilin iyul ayınadək Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsində işləyib, general-polkovnik hərbi rütbəsinə qədər yüksəlib. Nazir postundan azad edildikdə

27 mart
.

Ramazan ayının 18-ci gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 18-ci günüdür. xəbər verir ki, sabah imsak vaxtı saat 05:04, iftar isə 19:15-dədir. İmsak duası:. "Allahummə nəbbihni fihi libərəkati əsharih. Və nəvvir fihi qəlbi biziyai ənvarih. Və xuz bikulli ə-zai ilət-tibai asarih. Bi-nurikə ya münəvvirə qulubil-arifin". Tərcüməsi:

27 mart