Kim nə qədər vergi ödəyəcək? - Ekspert AÇIQLADI

Kim nə qədər vergi ödəyəcək? - Ekspert AÇIQLADIVergi Məcəlləsi və "Sosial sığorta haqqında" Qanuna dəyişikliklər edilib. Gələn ildən tətbiq ediləcək dəyişikliklər vergilərin ödənilməsi və icbari dövlət sosial sığorta sahəsində bir sıra yeniliklər vəd edir.

Sonxeber.az xəbər verir ki, iqtisadçı ekspert Vüqar Bayramov özünün "Facebook" səhifəsində qanuna edilən dəyişiklərin mülki hüquqi müqavilə (xidməti müqavilə) ilə fəaliyyət göstərən əmək bazarı iştirakçıları üçün nə vəd etdiyini açıqlayıb.

1. Xidmət müqavilə ilə çalışanlar üçün vergilərin hesablanması üçün yeni qaydalar

Vergi Məcələsinə artıq qəbul edilmiş dəyişiklərlə VÖEN-i olan vətəndaşların sahibkarlıq subyektlərinə göstərdikləri xidmətlər sadələşdirilmiş vergi predmeti hesab edilməyəcək. Beləliklə, növbəti ildən etibarən həmin şəxslər hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən şəxslər üzrə gəlir vergisi ödəyicisi hesab ediləcək. Nəzərə alsaq ki, Vergi Məcəlləsinin 101.3 maddəsi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər üçün 20 faiz gəlir vergisi müəyyən edir, dəyişiklərə əsasən xidmət müqavilə ilə işləyənlər 2019-cu ilin əvvəlindən etibarən 20% vergi ödəyəcək.

Lakin, bu zaman iki əsas məqama diqqət etmək lazımdır:

1. Vergi Məcəlləsinin 96-cı maddəsinin birinci bəndinə əsasən rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün xərcləri (Vergi Məcəlləsi ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ) arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir.

2. Yeni dəyişiklərə əsasən Məcəlləyə əlavə edilən 102.1.30 maddə mikro sahibkarlıq subyekti olan fərdi sahibkarlar sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizini vergidən azad edir.

Beləliklə, yuxarıda qeyd edilən vergi ödəyicilərinin vergi borcu bu iki məqam nəzərə alınmaqla aşağıdakı düstur əsasında hesablanacaq.

Vergi öhdəliyi = (İllik gəlirlər – İllik xərclər) x 0.25 x 0.2

Qeyd edək ki, xüsusi ilə də aylıq əmək haqqı ödənişlərinin xidməti müqavilələrlə əvəzləndiyi əksər hallarda vergi ödəyicinin hər hansı xərci olmayacaq ki, nəticədə vergi öhdəliyi yuxarıdakı düstura uyğun olaraq lakin xərc maddəsində "sıfır manat" olmaqla aparılacaq.

Başqa sözlə, yuxarıda bəhs etdiyimiz 20% vergi dərəcəsi xidmət haqqının yerdə qalan 25%-lik hissəsinə tətbiq ediləcək. Nəticədə xidməti müqavilə ilə işləyənlərlərin böyük çoxluğu xidmət haqqının ümumilikdə 5%-i həcmində vergi ödəyəcək. Hazırda isə bu qrupa daxil olan çalışanlar Bakı şəhərində sadələşdirilmiş vergi ödəyicisi statusu ilə xidmət haqqının 4%-i, digər şəhər və regionlarda və NM Respublikasında 2% vergi ödəyirdilər.

Müqayisə üçün:

Hazırda hesabına 500 manat məbləğində xidmət haqqı daxil olmuş çalışan Bakı şəhərində fəaliyyət göstərdiyi halda 20 manat, regionlarda fəaliyyət göstərdiyi halda isə 10 manat məbləğində sadələşdirilimiş vergi ödəyirdi. Növbəti ildə isə bu şəxslər fəaliyyət göstərdiyi yerdən asılı olmayaraq 25 manat vergi ödəyəcəklər. Beləki, paytaxda fəaliyyət göstərənlər aylıq vergi xərci 25%, regionlarda fəaliyyət göstərənlər üçün isə 1.5 dəfə artacaq.
Qeyd: yuxarıdakı hesablamalar xərc maddəsi sıfır manat olduğu hal üçün hesablanıb.

Şərh:

Üstün tərəfləri:

Yuxarıda qeyd edilən kateqoriyaya daxil və faktiki mənfəəti olamayan şəxslər vergi ödəməyəcəklər. Hazırda isə sadələşdirilmiş vergi mexanizmi subyektin xalis gəlirini və yaxud mənfəətinin nəzərə almadan tətbiq edilir.

Zəif tərəfləri:

Yeni dəyişiklər göründüyü kimi vergi ödəyicisi olaraq qeydiyyata alınmış və xidməti müqavilə əsasında regionlarda (əmək haqqı alan, xərc maddəsi sıfır manat olan) işləyənlər üçün 3 faiz bəndi (mövcud 2 faizdən 5 faizə), Bakı şəhərində işləyənlər üçün isə 1 faiz bəndi (mövcud 4 faizdən 5 faizə) artacaq.

Digər kateqoriyaya daxil olan, yəni, xərc maddəsi sıfır manat olmayan sahibkarlıq subyektləri üçün isə mühasibatlıq işləri ciddi səviyyədə artacaqdır.

2. İcbari dövlət sosial sığortası (DSMF) üzrə yeniliklər

"Sosial sığorta haqqında" qanunun 14-cü maddəsinin yeni redaksiyası zamanı əlavə edilən 14.5.2. bəndinə əsasən, 2019-cu ilin əvvəlindən etibarən sahibkarlıq fəaliyyəti göstərənlər üçün məcburi dövlət sosial sığorta haqqı minimum aylıq əmək haqqının 25 faizi miqdarında olacaqdır.
Qeyd edək ki, hazırda bu kateqoriyaya daxil olan şəxslər üzrə məcburi dövlət sosial sığorta haqqı minimum aylıq əmək haqqının 20%-i miqdarındadır.

Müqayisə üçün:

Hazırda gəlirin səviyyəsindən asılı olmayaraq sahibkarlıq (tikinti və ticarət sektoru xaric) fəaliyyəti ilə məşğul olan şəxslərin DSMF ödənişi maksimum 26 manat (regionlar üzrə müvafiq göstərici dəyişir) olduğu halda yeni ildən minimum orta aylıq əmək haqqı dəyişmədiyi təqdirdə 32.5 manat olacaqdır. Beləliklə qeyd edilən kateqoriyaya daxil olan şəxslərin DSMF xərcləri ümumilkdə 25% artacaq .

Şərh:

Qeyd edək ki, qanunvericiliyə edilən dəyişiklər əmək bazarının iştirakçıları arasında diskriminasiyanı aradan qaldırmayıb. Müxtəlif sosial qruplar üzrə DSMF ödənişi üzrə kəskin fərqin olması sosial müdafiə mexanizmlərinin, xüsusi ilə də pensiya sisteminin maliyyə təminatını zəiflədir, əmək bazarının leqallaşması və vətəndaşların əmək hüquqlarının təmin edilməsi baxımından ciddi çətinliklərə səbəb olur. Məsələn 1000 manatlıq əmək haqqı fondu üçün müvafiq ödəniş 25% (22% (işəgötürən) və 3 faiz (işçi)) olmaqla ümumilikdə 250 manat olduğu halda xidməti müqavilə ilə 1000 manat üçün DSMF ödənişi 26 manat (yeni ildən 32.5 manat) və bəzi hallarda isə daha azdır. Göründüyü kimi arada çox ciddi fərq var.

Eyni zamanda, mülki hüquqi müqavilə əsasında çalışanların mdsf ödənişi ilə onun real gəlirləri arasında heç korelyasiya yoxdur. Yuxarıda göstərilən cədvəldən də göründüyü kimi, 500 manat və 1000 manat xidmət haqqı alan vətəndaş bərabər məbləğdə DSMF ödənişi həyata keçirir.

Qanunvericiliyə dəyişiklərin edilməsi zamaı yuxarıda sadalanan çatışmazlıqların aradan qaldırılması və xüsusi ilə gəlirlər ilə DSMF ödənişi arasında korelayasiyanın müəyyən edilməsi məqsədəuyğun idi.

Son olaraq qeyd edək ki, qanunvericiliyə edilən dəyişiklər nəticəsində xidməti müqavilə ilə çalışaların (VÖEN almış və sahibkar hesab edilən şəxslər) məcburi dövlət sosial sığorta və vergi öhdəlikləri cari məbləğlə müqayisədə 25% artacaq.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 4728   Tarix: 04 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Müdafiə Nazirliyi ilə Türkiyənin "BAYKAR" şirkəti arasında müqavilə imzalanıb - FOTO

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyənin "BAYKAR" şirkəti arasında "Birgə Tədqiqat, Təkmilləşdirmə və İstehsalat Üzrə Əməkdaşlıq Müqaviləsi" imzalanıb. xəbər verir ki, bu barədə şirkətdən bildirilib. "Müqavilənin faydalı olacağına ümid edirik", - məlumatd

8 mart
.

Azərbaycan banklarının xalis mənfəəti 313 milyon manata çatıb

2024-cü il aprel ayının 1-nə Azərbaycan bank sektorunun xalis mənfəəti 312,7 milyon manat təşkil edib. APA xəbər verir ki, bu 2024-cü ilin əvvəli ilə müqayisədə 16,7% və ya 44,8 milyon manat çoxdur. Ötən ilin eyni dövründə bu rəqəm 267,9 milyon manat təşkil edib. Bu ilin ilk rübündə sektorun əməliyya

20 aprel
.

Bitkoin kəskin ucuzlaşıb

Bitkoinin məzənnəsi "Coinbase" birjasında hərrac zamanı 63 min dollardan aşağı düşüb. "Report" xəbər verir ki, bu barədə birjanın verilənlərindən məlum olub. Dünyanın ən məşhur kriptovalyutası, demək olar, beş faiz ucuzlaşıb. Bitkoinin dəyəri 62,7 min dollara düşüb. Kriptovalyutad

22 mart
.

Hesablama Palatası dövlət qurumunda yoxlamalar APARIR

Hesablama Palatası Bakı Şəhər Mədəniyyət Baş İdarəsində yoxlamalar aparılır. Bizim.Media-nın əldə etdiyi məlumata görə, yoxlamalara yanvar ayının əvvəllərindən başlanıb və bu, fevralın sonunda bitəcək. Audit yoxlamaların Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tərkibindəki mədəniyyət ocaqlarında da aparıldığ

22 fevral
.

Qızıl qiymətləri rekord səviyyəyə qalxdı

Qızıl qiymətləri cümə günü tarixi zirvəyə yüksəlib. "Ölkə.Az"ın məlumatına görə, spot qızıl 0,5% bahalaşaraq bir unsiya üçün 2 min 384,34 dollar olub. ABŞ-nin qızıl fyuçerslərinin dəyəri isə 1,2% artaraq 2 min 401,80 dollara çatıb. Sessiyanın əvvəlində külçə qızılın dəyəri rekord həddə bahalaşara

12 aprel
.

Ramazan ayında qızıl bazarında vəziyyət necədir?

Ramazan ayında toy məclisləri keçirilmədiyindən zərgərlik bazarında alıcılıq aşağı düşür. Bunu "Trend"ə açıqlamasında Azərbaycan Zərgərlər Assosiasiyasının sədri Toğrul Abbasquliyev bildirib. Onun sözlərinə görə, aparılan müşahidələrə əsasən, alıcılıq qabiliyyəti 50% aşağı düşüb. "Qızı

30 mart
.

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 7,75 %-dən 7,5 %-ə endirilməsi barədə qərar qəbul edib. "Report" bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6,25 % saxlanlıb, yuxarı həddi isə 0,25 faiz bənd

28 mart
.

Bank sektorunun aktivləri ilk rübdə 241 milyon manatdan çox azalıb

2024-cü il aprel ayının 1-nə Azərbaycan bank sektorunun aktivləri 48 milyard 909,9 milyon manat təşkil edib. APA xəbər verir ki, bu 2024-cü ilin əvvəli ilə müqayisədə 0,5% və 241,3 milyon manat azdır. Bu ilin əvvəlində yerli bankların cəmi aktivləri 49 milyard 151,2 milyon manata bərabər olub. Bu dövrd

20 aprel
.

Qızılın qiyməti rekord həddə çatdı

Qızılın dünya qiyməti rekord həddə yüksəlib. Ekspertlər bildiriblər ki, son aylarda qiymətli metal Çin istehlakçılarının fenomenal alışları fonunda "ikinci nəfəs" qazanıb. Məlumata görə, sarı metalın bir troya unsiyası (təxminən 31,1 qram) 2 141 dollara (3 639 manat) çataraq, ötən ilin dekabrınd

6 mart