Bakıda təkər yandırıb hisində balıq qurudanlar peyda olub

Bakıda təkər yandırıb hisində balıq qurudanlar peyda olubSon günlər hisə verilmiş qida məhsullarından zəhərlənmələr və hətta bir uşağın ölməsi barədə həyacanlı xəbərlər yayılır.

Belə ki, Şabranda 7 nəfərin hisə verilmiş balıqdan zəhərlənməsinin ardından Keşlədə bir ailənin mağazadan alınan hisə verilmiş balıqdan zəhərləndiyi və 10 yaşlı Fatehin öldüyü xəbərləri yayıldı. Baxmayaraq ki, Qida Təhlükəsizliyi Agentliyi sonuncu hadisənin dəm qazından baş verdiyini açıqlayıb, amma hələ də xüsusilə sosial şəbəkələrdə ailənin yaxınları tərəfindən uşağın balıqdan zəhərləndiyi barədə yazırlar.

Sonxeber.az Virtualaz.org-a istinadla xəbər verir ki, hisə verilmiş dəniz məhsullarının geniş çeşiddə satıldığı Bakının "Vosmoy bazarı" kimi tanınan, Nizami rayonu, Naxçıvanski küçəsindəki bazarda da bu günlərdə 10 yaşlı Fatehin ölümü müzakirə edilməkdədir. Hətta bazarda bəzi satıcılar danışırlar ki, hisə verilmiş balıq məhsulları satanları tuturlar.

Amma buna baxmayaraq bazarda piştaxta arxasında, arabaların üstündə, hətta yol kənarında quraşdırılmış köşklərdə belə hisə verilmiş balıq satılır. Məhsulların qiyməti çeşidə görə dəyişir, Həştərxandan gətirilən hisə verilmiş leş balıqlarının bir kiloqramı 10, Neftçalada hisə verilmiş balıq məhsulları 6-8, Naxçıvanın hisə verilmiş sazan balıqlarının kilosu 16 manatdan başlayır.

"Masallinski" Nəzakət Balıqova?

Bazarın tən ortasında arabada hisə verilmiş balıq satan satıcı özünü belə təqdim edir: "Masallinski Nəzakət Balıqova, 20 ildir bu bazarda hisə verilmiş balıq satıram".

Əlavə edir ki, ona dəfələrlə sex malı sırımaq istəyiblər, hətta üstündə faiz də təklif olunub, amma müştərilərini itirməmək üçün razılaşmayıb.

"Bazarda hər cür məhsula rast gəlmək olar, dedim ki, mən sex malı satıb bu yaşımdan sonra həbsdə yatan deyiləm. Keşlədəki hadisəyə görə tutulanlar var",-satıcı deyir.

Qadın qarşıda, arabanın üstündə balıq satanları göstərib deyir ki, onlar alıcıya iylənmiş balıq sırımaq baxımından ustadırlar: "Alıcı dedi ki, xala gözüm bağlandı, səni görmədim, başqasından aldım, balıq zay çıxdı. Dedim apar bu iylənmiş balığı satıcıya yedizdir, gör yeyə bilirmi?!"

Satıcıdan məsləhət: "Əvvəl özün ye, sonra uşağa ver"

Satıcılardan biri isə satdığı balıqların keyfiyyəti ilə bağlı sualımızı belə cavablandırır: "Əvvəl özün ye, yarım saatdan sonra uşağa ver".

Satıcı zəhərlənmə versiyasının ola biləcəyini istisna edir, amma deyir ki, tədbirli olmaq üçün hətta meyvə-tərəvəzin də ilkini valideyn özü dadmalıdır.

"Elə bilirsiz, bazardakı balıqlar fərqli yerlərdən gəlib? Hamı eyni adamın məhsulunu satır, sadəcə bəziləri alıcını inandırmağı bacarır. Naxçıvan, Həştərxan, Neftçaladan gətirilən balıqlar zavod məhsullarıdır, qalanları sex malıdır", -satıcı əlavə edir.

Maşın təkərini yandırıb hisində balıq qurudanlar...

Qabil adlı satıcı isə and içir ki, 10 yaşlı Fatehin ölümünə elə məhz avtomobil şinlərini yandırıb hisində qurudulan balıq səbəb olub, digər versiya ona inandırıcı gəlmir.

"Dədə-babadan balığı evlərdə, sexlərdə qurudublar. Mən əvvəllər evdə hazırlayırdım. Amma biri var, isti hisləmə, biri var soyuq hisləmə, gərək bu texnologiyaya yaxşı bələd olasan. Əvvəl şabalıd, palıd qabıqlarından istifadə edirdim. Zəhərlənmələr əsasən təkəri yandırılıb balığı hisinə verəndə baş verir. İndi kim gəldi, harada gəldi bu işlə məşğuldur"-satıcı bildirir.

Amma bazarda hisə verilmiş balıqların satışı pis getmir, alıcıların əksəriyyəti yaşlı nəslin nümayəndələridir. Alıcılardan biri deyir ki, az qala hər həftə hisə verilmiş balıq alır. Hələ ki narazı deyil...


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2008   Tarix: 04 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Sədərək Yusif"in oğlu yenə GÜNDƏM OLDU

"Sədərək" ticarət mərkəzinin sahibi Yusif Qədimbəylinin oğlu Orxan Qədimbəyli torpaq mübahisələri ilə bağlı "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən məhkəməyə şikayət edib. -ın "Unikal"a istinadən məlumatına görə

16 aprel
.

Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılır

Bu gün saat 11:00-dan ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesinə başlanılır. "Report" xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. vasitəsilə Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sisteminə qoşulmuş ali təhsil müəssisələrinə, elmi müəssisə və təşkilatlar

16 aprel
.

Emin Əmrullayevdən Xocalı və Xankəndi ilə bağlı müjdə - VİDEO

"Hazırda Xocalı şəhərində, Malıbəyli kəndində, həm də Xankəndidə məktəb infrastrukturu ilə bağlı işlərimiz gedir". Bunu elm və təhsil naziri Emin Əmrullayev AzTV-də yayımlanan, Vüsal Mətləbin müəllifi olduğu "Sözümüz imzamızdır" verilişində deyib. Nazir bildirib ki, bölgələrimizi

16 aprel
.

"Facebook" sosial şəbəkəsinin işində problem yaranıb - FOTO

"Facebook" sosial şəbəkəsinin işində problem yaranıb. xəbər verir ki, bir saata yaxındır ki, şəxsi profildəki heç bir paylaşım görünmür. Problemin səbəbi ilə bağlı hələlik rəsmi hər hansı açıqlama yoxdur

16 aprel
.

Qarabağ Universitetində doktorantura təhsil pilləsi yaradılıb

Baş Nazir Əli Əsədov "Qarabağ Universitetinin yaradılması haqqında" Azərbaycan Prezidentinin 2023-cü il 28 noyabr tarixli 4182 nömrəli Sərəncamının qəbul edilməsi ilə əlaqədar Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi, Azərbaycan SSR Nazirlər Sovetinin "Stepanakert şəhərind

16 aprel
.

Həcc ziyarəti ilə bağlı 500 nəfər aldadıldı: QMİ-dən XƏBƏRDARLIQ

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün kvotanı azaldıb. Bu barədə QMİ Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri məlumat verib. O, qərarın səbəblərini açıqlayıb. V. Cahangirinin sözlərinə görə, Həcc ziyarətin

16 aprel
.

Kosmetoloq paylaşıma görə cəzalandırıldı

Barəsində xüsusi ittiham qaydasında Nərimanov Rayon Məhkəməsinə müraciət edilmiş tanınmış kosmetoloq Elnarə Rzayevaya hökm oxunub. Qafqazinfo-ya istinadən xəbər verir ki, məhkəmə prosesi Bakıda fəaliyyət göstərən "Laser Beauty Clinic"in (LBC) baş həkimi Rəna Soltanova və həkim-kosmetoloq Rüfə

16 aprel
.

Dövlət tərəfindən təyin edilən pulsuz dərmanları ala bilmirik - ŞİKAYƏT + VİDEO

Vərəm xəstəliyindən əziyyət çəkən şəxs bir aydır ki, "Rifampicin" dərmanını tapa bilmir. Bu barədə kimliyinin bilinməsini istəməyən xəstənin yaxını "Xəzər Xəbər"ə şikayətində deyib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) vərəm xəstələri üçün nəzərdə tutulan "Rifampicin"

16 aprel
.

Təbiətə qayğı: "McDonald's Azərbaycan" internat məktəbi şagirdləri üçün ekoloji layihəyə start verir - FOTO

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilmişdir. Eyni zamanda, bu il Azərbaycanda genişmiqyaslı COP29 tədbirinin keçiriləcəyini nəzərə alaraq, ölkəmizdə çoxlu sayda ekoloji layihələ

16 aprel