Gənc oğlan dəhşətli hadisədən danışdı: "Yoldaşım duş qəbul edib çıxanda..." (VİDEO)

Gənc oğlan dəhşətli hadisədən danışdı: "Yoldaşım duş qəbul edib çıxanda..." (VİDEO)Bakının Suraxanı rayonunda ailə quran gənclər isə dəm qazı boğulmasından xilas edilib.

ARB TV xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsi 33-cü Polis Bölməsinə Yeni Günəşli qəsəbəsində qonşu mərtəbədə yerləşən mənzilə su axması və içəridən xırıltı səslərinin gəlməsi barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə yollanan sahə inspektoru polis kapitanı Nazim Əzizov və əməliyyat müvəkkili polis leytenantı Pünhan Mehdiyev evdə olan şəxslərin dəm qazından zəhərlənməsini müəyyən ediblər. Polislər qonşuların iştirakı ilə ikinci mərtəbədə yerləşən mənzilin eyvanındakı pəncərəni qıraraq içəri daxil olublar. Toğrul Hidayətzadə və onun həyat yoldaşı Aysel halsız vəziyyətdə aşkar edilib. Təcili tibbi yardım gələnə qədər polis əməkdaşı Əzizov dəm qazından zəhərlənən şəxslərə süni nəfəs verərək onları həyata qaytarmağa nail olub.

Nazim Əzizov – 33-cü PB-nin sahə inspektoru: "Pəncərədən içəri daxil oldum. Hiss etdik ki, içəridə qazdan boğulma var. Hamam su ilə dolu idi. İki gənc yerdə uzanıqlı vəziyyətdə idi. Dərhal həmin şəxsləri çölə çıxartdım. Pəncərələri açıb, onlara süni nəfəs verdim".

Hər iki zərərçəkən 1 saylı Şəhər Kliniki Xəstəxanasının Toksikologiya Şöbəsinə yerləşdirilib. Artıq onların həyatına heç bir təhlükə yoxdur. Onlar özlərini normal hiss edirlər.

Toğrul Hidayətzadə - Zərərçəkən: "Noyabr ayının 25-də ailə qurmuşuq. Yoldaşım ayın birindən ikisinə keçən gecə duş qəbul edib çıxandan sonra bildirdi ki, ürəyi bulanır, qaytardı. Gördüm vəziyyəti yaxşı deyil, getdim yanına ki, onu çıxarım. Elə bu zaman mənim ürəyim getdi. Nazim və Pünhan müəllim sağ olsunlar köməklik göstədilər. Onların timsalında bütün Azərbaycan polisinə minnətdarlığımı bildirirəm".

Rəfael Hidayətzadə - Zərərçəkənin atası: "Ömrüm boyu onlara minnətdaram. DİN-nə belə qəhrəman, cəsartəli, igid polis əməkdaşlar yetişdirdikləri üçün təşəkkür edirəm".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 4924   Tarix: 05 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu

Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy

17 sentyabr 2021
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18 sentyabr 2021
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18 sentyabr 2021
.

Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı

Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı

17 sentyabr 2021
.

Bazar gününə olan hava proqnozu AÇIQLANDI

Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

18 sentyabr 2021
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18 sentyabr 2021
.

Rayonlara dolu düşüb, şimşək çaxıb

Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd

17 sentyabr 2021
.

Əri tərəfindən döyülən hamilə qadın özünü eyvandan atmaq istədi - ANBAAN GÖRÜNTÜLƏR

Əri tərəfindən döyülən hamilə qadın pəncərədən tullanmağa cəhd edib. -a istinadən xəbər verir ki, Braziliyanın Rio-De-Janeyro şəhərində həyat yoldaşına təcavüz edən adamın görüntüləri gündəm olub. Belə ki, əri tərəfindən döyülən 10 həftəlik hamilə qadının evinin pəncərəsindən tullanaraq qaçmağa cəh

17 sentyabr 2021
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18 sentyabr 2021