Tərtərdə mi̇naya düşən 22 yaşlı oğlandan xəbər var – fotolar
Oktyabrın 11-də səhər saatlarında Tərtər rayonunun Həsənqəya kəndi ərazisindəki neytral zonada minaya düşərək ağır yaralanan 1996-cı il təvəllüdlü Azad Kamandar oğlu Həsənov xəstəxanadan evə buraxılıb.
Sonxeber.az bildirir ki, bu barədə A24.az-a onun qardaşı Ceyhun Həsənov məlumat verib. O bildirib ki, A.Həsənov dekabrın 3-də müalicə aldığı Respublika Yanıq Mərkəzindən (5 saylı Şəhər Klinik Xəstəxanasının Yanıq şöbəsi) evə buraxılıb.
"Hazırda vəziyyəti normaldır. Demək olar ki, səhhəti 70 faiz yaxşılaşıb. Bundan sonra ev şəraitində müalicə olunacaq. Yeməyində və içməyində də müəyyən qədər irəliləyişlər var. Yaxın vaxtlarda amputasiya olunan ayağının protezlə əvəz olucağını bildiriblər. Görək, hələ nə olur".
Qeyd edək ki, oktyabrın 11-də Kəlbəcər rayonundan məcburi köçkün olan 1996-cı il təvəllüdlü Azad Həsənov Həsənqaya kəndi ərazisindəki neytral zonada minaya düşdükdən sonra Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun müalicəsi noyabrın 30-da Respublika Yanıq Mərkəzində davam etdirilib.
Xatırladaq ki, bu, Azad Həsənovun ailəsində yaşanan ilk faciə deyil. Belə ki, 2016-cı ilin aprel döyüşləri ərəfəsində ermənilərin Həsənqaya kəndini artilleriya atəşinə tutması nəticəsində Azadın 16 yaşlı bacısı Həsənova Turanə Kamandar qızı həlak olmuşdu.


Sonxeber.az
Telegramda izləyin
instagramda izləyin
Sosial Baxılıb: 1913 Tarix: 05 dekabr 2018
Şikayətiniz varsa Whatsapp: 055 3906818
Facebookda Paylaş
Unvan.az - elanlar sayti
İçdiyimiz çaydır, yoxsa boya? - AÇIQLAMA
Gündəlik qəbul etdiyimiz çayın tərkibinə hansı birləşmələr var və çay hansı qaydada dəmlənib, içilməlidir?. Azərbaycan Dövlət Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, hazırda ölkədə istehsal olunan və ölkəyə idxal olunan bir çox qida məhsullarından götürülmüş nümunələrin Azərbaycan Respublikasını
5 dekabr 2018Şeyx: "Ermənilər şiələrlə yaxınlıq etməyə çalışırlar"
Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov Modern.az saytına Gürcüstandakı dini situasiya ilə bağlı geniş müsahibə verib.. . . . - Mümkünsə, Gürcüstan Müsəlmanları İdarəsinin fəaliyyəti barədə ümumi məlumat verərdiniz.. . . - Gürcüstan Müsəlmanları İdarəsi 2011-ci ilin əvvəllərində yaradılıb
5 dekabr 2018Əli Həsənov Azərbaycan dilini bilməyən məmurlardan danışdı
Hər bir məmurun xarici dili gözəl bilməsi onun üstünlüyüdür. Amma milli dili bilməməsi və o dildə danışmaması onun qəbahətidir.. . Sonxeber.az report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov teleradio yayımçılarının ədəbi dil normaların
5 dekabr 2018Bakcell "Bakutel-2018" sərgisində: innovasiyalar, əyləncə və hədiyyələr
Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti Bakı şəhərində start götürmüş "Bakutel-2018" 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgi və Konfransının ziyarətçilərini ən müasir texnologiyalar, rahat və müasi
5 dekabr 2018Ərəblər Bakıda BUNU DA ETDİ: "Tarqovı"da əllərində qılınc... - VİDEO
Bakının "Tarqovı" kimi tanınan məşhur Nizami küçəsində qəribə şou-proqram təşkil edilib.. . Sonxeber.az publika.az-a istinadən xəbər verir ki, bir qrup ərəb qəribə hərəkətli rəqslər yerinə yetirib. Onların əlində qılınclar da olub. Rəqs edənlərin ətrafına çox sayda tamaşaçı yığılıb.. . Həmi
5 dekabr 2018Bakı qışa hazırdır? - AÇIQLAMA
"Qış mövsümünə hazırlıqla bağlı məsələ ciddi nəzarətdədir".. . Bunu "Report"a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısı Aparatının rəhbəri Elgin Həbibullayev deyib.. . O qeyd edib ki, hazırlıq işləri yekunlaşmaq üzrədir: "Qış mövsümünə hazırlıqla əlaqədar Bak
5 dekabr 2018