Nazirlikdə işə düzəlməyin qiyməti 15 min manat? - Dedi, xala, iş alınır...

Nazirlikdə işə düzəlməyin qiyməti 15 min manat? - Dedi, xala, iş alınır...Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvətə təhrik etmə və dələduzluqda təqsirləndirilən Asif Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Sonxeber.az virtualaz.org-a istinadla xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Naibə Piriyeva ifadə verib.

Zərəçəkmiş ifadəsində bildirib ki, təqsirləndirilən şəxsi Binəqədi rayon Polis idarəsindən tanıyır: "Həmin vaxt Samirə adlı qadın mənə qarşı dələduzluq etmişdi. Biz də Binəqədi rayon Polis idarəsinə müraciət etmişdik. Bir müddət keçəndən sonra bu işi araşdırmaq üçün Asif Məmmədova verdilər. Asif dedi ki, müstəntiq köməkçisidir. Sağ olsun, o, işi araşdırdı və sonda da razı qaldıq. Amma Asifin özü mənə qarşı dələduzluq etdi. Mən və digər zərərçəkmişlər iş araşdırılan zaman elə olurdu ki, evə gecə saatlarda gedirdik. Bu zaman Asif bizə yaxınlaşıb maşını ilə evə aparmağı təklif etdi. Beləcə onunla dostlaşdıq, oğlumla tanış oldu, anasını tanış etdi, ailələrimiz bir-birimizin evinə gedib-gəldi. Asifə oğlum, o da mənə ana deyirdi".

N.Piriyeva qeyd edib ki, A.Məmmədov ondan ilk dəfə 15 min manat pul alıb: "Guya mənim oğlumu İqtisadiyyat Nazirliyinə işə düzəldəcəkdi. Buna görə əvvəl ona 12 min manat, sonra 3 min manat pul verdim. Lakin iş alınmadı. Bir qədər keçəndən sonra mənə "vatsap"da yazdı ki, "xala iş həll olunur, özüm də ora düzəlmək istəyirəm". Buna görə də məndən daha 8 min dollar pul istədi. Oğlum razılaşmadı və biz notariat qaydada pulu Asifə verdik. Bununla bağlı telefonumda sübutlar da var. Sonra Asif məndən daha 500 manat pul aldı. Hətta bu işə görə anasını da vasitəçi kimi istifadə edirdi. Asif məndən pul istəyəndə ona "yox" deyirdim. Sonra anası zəng edib yalvarırdı ki, oğluna kömək edim, evlərini satıb pulumu qaytaracaqlarını bildirirdi. Bir qədər keçəndən sonra Asif yoxa çıxdı, o, telefonlara cavab vermədi".

Zərərçəkmişin sözlərinə görə, hadisədən bir qədər sonra A.Məmmədov ondan yenə pul istəyib: "Mənə gah dedi Rusiyadayam, gah da Finlandiyada olduğunu bildirdi. Xahiş elədi ki, ona 300 dollar pul göndərim, Bakıya gəlib, evini satıb, pulumu qaytaracaq. Mən də Asifə inanıb ona 300 dollar pul göndərdim, lakin sözünə əməl etmədi".

Zərərçəkmişin ifadəsinə müdaxilə edən təqsirləndirilən A.Məmmədov bildirib ki, N.Piriyevadan pulu borc alıb.

Məhkəmənin növbəti iclası dekabrın 18-nə təyin edilib.

Qeyd edək ki, A.Məmmədov vətəndaşlar - Ələkbər Zeynalov və Naibə Piriyevaya işə düzəldəcəyi vədini verib. Lakin sonradan keçmiş icra məmuru vədinə əməl etməyib.

Hər iki şəxsin hüquq-mühafizə orqanlarına şikayəti əsasında saxlanılan A.Məmmədov barəsində Cinayət Məcəlləsinin 34, 312-ci (rüşvətə təhrik etmə), 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, A.Məmmədov daha əvvəl Salyan Rayon Məhkəməsi və Bakı Ağır Cinayətlər Məhkəməsində icra məmuru vəzifəsində çalışıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 4527   Tarix: 05 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

66 yaşlı qadın öldürüldü, qohumu saxlanıldı

Xaçmaz rayonunda qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin üstü isti izlərlə açılıb. "Qafqazinfo" rayon prokurorluğuna istinadən xəbər verir ki, martın 21-də Xaçmaz rayon sakini, 1958-ci il təvəllüdlü Safura Balacayevanın üzərində xəsarət izləri olan meyiti yaşadığı evdə aşkar edilib

23 mart
.

İki nəfərin ölümünə səbəb oldu - 7 il həbs cəzası verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində ötən ilin 3 mart tarixində Sabunçu rayonunda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzasını törətməkdə təqsirləndirilən sürücüyə hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, məhkəmə 1985-ci il təvəllüdlü Elçin Ağayevi Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkət

5 aprel
.

Bakıda kişi qardaşını qətlə yetirib: "Hamımızın başına oyun açırdı"

Bakının Binəqədi rayonunda qardaşını qətlə yetirməkdə ittiham olunan Bayram Fətəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Reyhan Fətəliyeva ifadə verib. O bildirib ki, təqsirləndirilə

25 aprel
.

DTX-dən ƏMƏLİYYAT: Azərbaycanda girovda saxlanılan şəxsin azadolunma görüntüləri - VİDEO

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən transmilli mütəşəkkil cinayətkarlığa və qanunsuz miqrasiyaya qarşı həyata keçirilən mübarizə tədbirləri çərçivəsində Pakistan İslam Respublikasının vətəndaşları olan Ullah Naeem Xan Navvab və qeyrilərinin ölkə ərazisində adam oğurluğu il

15 mart
.

DİN-dən Anastasiya ilə bağlı - Açıqlama

Xəbər verdiyimiz kimi, bir müddət öncə Bakının Yasamal rayonu ərazisində birgə yaşadıqları evdə ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirmiş Anastasiya Bektimirova videomüraciət yayıb. DİN-in Mətbuat Xidmətindən -a verilən məlumata görə, vətəndaş Anastasiya Bektimirovanın müraciəti nəzarət

23 aprel
.

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - AÇIQLAMA

Aprelin 18-də Tovuz rayon sakini, 2002-ci il təvəllüdlü Röyal Tağıyevin Şəmkir rayon sakini, 1990-cı il təvəllüdlü Türkanə Məmmədovanın üzərinə benzin tökərək yandırması iddiası ilə bağlı bəzi detallar məlum olub. Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, şübhəli şəxs qismində saxlanılan Röyal Tağıye

24 aprel
.

Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu

Bu gün saat 15:30 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində 199-cu il təvəllüdlü Sevil Əlillinin kəsilmiş-deşilmiş xəsarətlərlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətinin regional qrupundan -a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəl

26 mart
.

Kişi azyaşlı övladını danlayan bacısını döydü - MƏHKƏMƏ

Abşeron Rayon Məhkəməsində bacısını döyməkdə təqsirləndirilən Qamət Cəfərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. -ın əldə etdiyi məlumata görə, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və o, cinayət məsuliyyətində

23 aprel
.

İki qardaşdan birinin həyatına son qoyan qətl - TƏFƏRRÜAT + VİDEO

2021-ci il sentyabrın 22-də Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən 6 saylı avtoparkın giriş qapısının yaxınlığında baş vermiş qətlin detalları məlum olub. Məlum olub ki, 1997-ci il təvəllüdlü Sərxan Dadaşov 1998-ci il təvəllüdlü Kamil Cəfərovun ölümünə səbəb olub. İş üzr

20 mart