"Qaraya bürün, el ilə sürün" - Onlar niyə belə geyindi? - FOTO

"Qaraya bürün, el ilə sürün" - Onlar niyə belə geyindi? - FOTOBir neçə gün əvvəl "Altın kelebek" mükafatına namizəd olan müğənnilərimizin iştirakı ilə konsert proqramı baş tutub. Gecədə xalq artisti Aygün Kazımova, müğənnilər Xatirə İslam, Roza Zərgərli, Günay İbrahimli, Səmra Rəhimli, Dilarə Kazımova və Aysel Əlizadə səhnəyə çıxaraq, mahnılar səsləndirib.

Sonxeber.az axşam.az-a istinadən bildirir ki, müğənnilərimizin hamısının qara geyim seçməsi tənqid edilib. Sənətçilərin əksəriyyəti sanki "Qaraya bürün, el ilə sürün" ediblər. Gecədə tək fərqli rəngdə paltar seçən isə Günay olub.

Modelyer Elnarə Bəkirova qalmaqallı gecənin ulduzlarının geyimini şərh edib. İfaçıların seçimini bir də modelyerin dilindən görək:

Aygün Kazımovanın seçimi çox qəşəng idi. Son günlər arıqlayıb və geyindiyi bütün paltarlar ona yaraşır. Saç düzümü də sadə və gözəl idi. Sadəcə, geyindiyi paltar tərzi çox yayılıb. Hətta özü də bir gün əvvəlki konsertində o cür qısa libaslarla səhnəyə çıxmışdı.

Roza Zərgərli qara, sadə paltar seçib. Buna görə də düşünüb ki, stilini aksesuarla zənginləşdirsin. Amma abartıb. Bu qədər aksesuar yaxşı görünmür. Tərz olaraq da, seçimi doğru deyil.

Xatirə İslamın paltarı qəşəngdir. Amma bir az bədən ölçüsünə uyğun deyildi. Xatirə xanımın ayaqqabı seçimi də yanlış idi.

Aysel Əlizadənin geyimi super idi. Yaşına uyğun seçim edib. Amma belinə taxdığı kəmərin yeri yoxdur. Onsuz da Aysel incə xanımdır və gözəl görünür. Kəmər onu daha da sıxıb. Aksesuar seçimi, ayaqqabısı, saç və makiyajı çox əla idi.

Səmra Rəhimli niyə elə geyinib ki? Artıq özünə tərz yaradıb. Nə qədər açıq geyinsə də səs-küy yarada bilmir. İnsanlar artıq onu elə qəbul edib. Xarici müğənnilərə oxşayır. Həmin səhnəyə daha fərqli seçim etsəydi, bəlkə də hamını təəccübləndirərdi.

Dilarə Kazımova da qeyri-adi bir obraz yaratmayıb. Qara sadə paltarına uzun yarıq rəng qatıb. Bu gecədə xanımların hamısı sanki ayaqlarını açaraq, obraz yaratmağa çalışıblar.

Günay İbrahimli məsum obraz yaradıb. Saç, makiyaj və aksesuarlarını bəyəndim. Amma geyimi xoşuma gəlmədi. Üstündən atdığı anlaşılmır. Günay bircə ağ geyimi ilə seçilib.

Bəkirova ifaçıların qara rəng seçməsini də tənqid edib:

"Mən də başa düşmədim ki, niyə hamı qara geyinib? Bir konsertdə bütün ifaçılar qara rəngdə paltarla səhnəyə çıxıblar".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 1539   Tarix: 06 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Qızı Rəşad İlyasovu sevindirdi

Əməkdar artist Rəşad İlyasovun qızı universitetə daxil olub. xəbər verir ki, bu haqda müğənni özü məlumat yayıb. "Dostlar, təbrik edə bilərsiniz. İkinci dəfə tələbə atası oldum" deyə, ifaçı övladı ilə fotosuna yazıb. Qeyd edək ki, R.İlyasovun bir oğlan övladı da var

4 sentyabr 2021
.

Xalq artistinin oğlu universitetə qəbul oldu - FOTO

Xalq artisti Mənsum İbrahimovun oğlu İbrahim universitetə daxil olub. Axşam.az-a istinadən xəbər verir ki, bu haqda xanəndə özü məlumat yayıb. Sənətçi övladının ingilis dilində təhsil alacağını bildirib:. "Oğlum İbrahim Qərbi Kaspi Universitetinin tarix fakültəsinə qəbul oldu. İbrahimin timsalınd

10 sentyabr 2021
.

"Zita və Gita"nın aktrisası 72 yaşında - FOTO

Sosial şəbəkələrdə məşhur "Zita və Gita" filminin aktrisası Hema Malinin fotoları yayılıb. xəbər verir ki, hazırda 72 yaşı olan Hemanın son halı müzakirələrə səbəb olub. İstifadəçilər, illər keçsə də Zitanın çox yaşlı görünmdəyini bildiriblər. Aktrisa 1972-ci ildə Rameş Sippinin ekranlaşdırdığ

17 sentyabr 2021
.

"Laçınım" mahnısıyla bağlı qalmaqal: Sənət çevrəsini təlatümə gətirəcək faktlar ilk dəfə

"Laçınım" mahnısı yaranan gündən onun ətrafında gəzən qalmaqal bitmək bilmir. Mərhum sənətkar Məhəbbət Kazımov dünyasını dəyişəndən sonra mahnının müəllifləri kimi bəstəkarlarının sayı çoxalmaqdadır. Uzun illər Məhəbbət Kazımovla səhnə bölüşən müğənni Könül Kərimova da "Laçınım"ı

7 sentyabr 2021
.

"Sirtaki"nin müəllifi olan bəstəkar öldü

Tanınmış yunan bəstəkarı Mikis Teodorakis 96 yaşında vəfat edib. O, rejissor Mixalis Kakoyanisin 1960-cı illərdə ekranlara çıxan "Aleksis Zorbas" filmində nümayiş olunan "Sirtaki" rəqsinə yazılmış musiqinin müəllifi kimi məşhurlaşıb. Bəstəkar həmçinin simfoniya, balet, opera və çoxsayd

3 sentyabr 2021
.

"Bədəninə dərman yüklədilər, dünyasını dəyişdi"

"Mənə başqa yerdən pislik etməyə başlayırlar. İctimai insanam, çırmalayaram qollarımı, başlayaram. Kiməsə pislik etmək istəmirəm". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova İnstaqramda canlı yayımda deyib. Koronavirusa yoluxan müğənni bir neçə gün əvvə

9 sentyabr 2021
.

Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"

Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davamlı olara

18 sentyabr 2021
.

Flora Kərimova Prezident təqaüdünün ilk ayını qazilərə verdi

Azərbaycanın Xalq artisti, "Şərəf" ordenli Flora Kərimova ona təyin olunan Prezidentin fərdi təqaüdünün ilk ayını Vətən Müharibəsi qaziləri arasında bölüb. -a istinadən xəbər verir ki, Xalq artisti təqaüdünü 2 qaziyə verib. Həmin qazilər isə erməni əsirliyindən qayıdan Amin Musayev və döyüşlə

6 sentyabr 2021
.

Aygün Kazımova koronavirusa yoluxub

Xalq artisti Aygün Kazımova koronavirusa yoluxub. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə sənətçi İnstaqram hesabında məlumat verib. Müğənni xəstəliyi ağır keçirdiyini bildirib:. "Mən də bir çoxlarınız kimi koronavirusa yoluxdum. Son 3 günü ağır keçirdim. Hərarətim 37-38,5 idi. Bədənim ço

8 sentyabr 2021