"Dayım istəmirdi ki, bacım əri ilə barışsın" - Azərbaycanda mikroavtobusda QƏTL

"Dayım istəmirdi ki, bacım əri ilə barışsın" - Azərbaycanda mikroavtobusda QƏTLBacısının qayınatasını öldürməkdə təqsirli bilinən Cəlilabad rayon sakini, 1999-cu il təvəllüdlü Əvəz Həmzəyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sonxeber.az Publika-ya istinadən xəbər verir ki, Əvəz Həmzəyev 27 dekabr 2017-ci il tarixdə, saat 12 radələrində atası Əhməddən Aydın Nəsirovun bacısı Türkanənin əri ilə barışması və yenidən birlikdə yaşamalarına bacısının qayınatası, habelə dayısı Raqibin razı olmaması barədə söhbətini eşidib.

O, bundan hiddətlənərək bacısının ailəsinin dağılmasına Raqibin səbəb olduğunu düşünüb, ondan qisas almaq niyyəti ilə öldürmək qərarına gəlib.

Qətl planı

Bu məqsədlə Əvəz dekabrın əvvəllərində qanunsuz olaraq əldə etdiyi ov bıçağını yaşadığı evdən götürüb və dekabrın 27-də, saat 13 radələrində Raqibin yaşadığı Cəlilabad rayonu, Uzuntəpə kəndinə getmək üçün evdən çıxıb.

Əvəz həmin vaxt rayon mərkəzi xəstəxanasının qarşısından keçən "Mercedes" markalı sərnişin daşıyan mikroavtobusa minib, Raqibi və arvadı Lalanı həmin mikroavtobusda görüb.

O, cinayətkar niyyətini həyata keçirmək məqsədilə bir qədər hərəkət etdikdən sonra mikroavtobusu Cəlilabadın H.Əliyev prospektində yerləşən "Gənclik" marketin qarşısında saxladıb.

Mikroavtobusda qətl

Əvəz mikroavtobusun içərisində üzərində olan həmin bıçağı Lalanın gözləri qarşısında Raqibin ürək nahiyyəsinə sancıb. Raqib kəskin qan itirmədən hadisə yerində ölüb.

Əvəz Həmzəyevə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham verilib.

Qatilin ifadəsi

İş üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əvəz Həmzəyev özünü ittiham üzrə qismən təqsirli bilib. O, qeyd edib ki, Raqibi xüsusi amansızlıqla öldürmək niyyəti olmayıb: "Dayımı cəzalandırmaq niyyətim olub. Bu məqsədlə ona xəsarət yetirmək istəmişəm. Bu səbəbdən onu bıçaqla vurdum".

Bacısının ailəsinin dağılmasına etiraz etdi...

Təqsirləndirilən şəxs deyib ki, dayısı Raqib onun bacısı Türkanənin ailəsinin dağılmasını istəyib: "Dayım istəmirdi ki, bacım əri ilə barışıb, birgə yaşasın. Bu səbəbdən də ondan qisas almaq istəmişəm. Mənim əvvəllər dayım ilə hər hansı bir ədavətəm olmayıb".

17 il 6 ay həbs cəzası

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əvəz Həmzəyev 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.

Hökmdən narazı qalan Əvəz Həmzəyev apelyasiya şikayəti verib. Əvəz Həmzəyev şikayətində cəzasının yüngülləşdirilməsini xahiş edib.

Məhkumun istəyi rellaşmadı

O, əməlinin Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə tövsüf edilməsini istəyib. Qeyd edib ki, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməsi daha məqsədə uyğundur.

Əvəz Həmzəyevin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Etibar Camalovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Əvəz Həmzəyevin şikayəti təmin olunmayıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 3445   Tarix: 06 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İki qardaşdan birinin həyatına son qoyan qətl - TƏFƏRRÜAT + VİDEO

2021-ci il sentyabrın 22-də Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən 6 saylı avtoparkın giriş qapısının yaxınlığında baş vermiş qətlin detalları məlum olub. Məlum olub ki, 1997-ci il təvəllüdlü Sərxan Dadaşov 1998-ci il təvəllüdlü Kamil Cəfərovun ölümünə səbəb olub. İş üzr

20 mart
.

Ailənin beş üzvünü qətlə yetirən Əhməd azadlığa buraxılacaq? - Hüquqşünasdan AÇIQLAMA + VİDEO

Ailəsinin beş üzvünü amansızca qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədov barəsində keçirilən psixoloji ekspertizanın rəyinə əsasən, onun hadisəni anlaqsız törətməsi, psixi xəstəliyinin olması ilə bağlı rəy verilib. Əhməd Əhmədovun hadisəni anlaqsız vəziyyətdə törətməsi onu cinayət məsuliyyətində

9 aprel
.

DTX-dən ƏMƏLİYYAT: Azərbaycanda girovda saxlanılan şəxsin azadolunma görüntüləri - VİDEO

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən transmilli mütəşəkkil cinayətkarlığa və qanunsuz miqrasiyaya qarşı həyata keçirilən mübarizə tədbirləri çərçivəsində Pakistan İslam Respublikasının vətəndaşları olan Ullah Naeem Xan Navvab və qeyrilərinin ölkə ərazisində adam oğurluğu il

15 mart
.

Motosikletlə sərxoş kişinin üstündən keçdi, öldü

Saatlıda motosiklet sürücüsü yolun kənarında uzanan sərxoş kişinin üstündən keçib. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Qırağlı kəndində qeydə alınıb. Niyaməddin İsgəndərov idarə etdiyi "Dnepr-11" markalı motosikletlə yolun kənarında sərxoş vəziyyətdə uzanıqlı şəkildə ola

5 mart
.

Qətlə yetirilən sabiq baş həkim bizneslə məşğul imiş- FOTO

Xəbər verdiyimiz kimi, Salyan Rayon mərkəzi xəstəxanasının poliklinika şöbəsinin sabiq baş həkimi İsrafil Məmmədov və 1963-cü il təvəllüdlü həyat yoldaşı Məmmədova Münəvvər Rza qızı yaşadığı evdə qətlə yetirilib. Qaynarinfo-ya daxil olan məlumata görə, 3 il əvvəl təqaüdə çıxan sabiq baş həkim yaşadığ

1 mart
.

Daha bir qadın öldürüldü - Əri intihara cəhd etdi

Qobustan rayonunda 1982-ci il təvəllüdlü Sadıqova Günel Tahir qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölüb. DİN-in Mətbuat Xidmətinin regional qrupundan -a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən G. Sadıqovanın həyat yoldaşı 1973-cü il təvəllüdlü Cabbarov Mürsəl Əlislam oğlu hadisədə

2 mart
.

Prokuror "Qurtuluş 93"ün sahibinin kürəkəninin cəzasının ağırlaşdırılmasını istəyir

Bakıda dörd nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən Elşad Kəlbəliyevin barəsindəki hökmdən verilən apellyasiya protesti üzrə məhkəmə iclasının vaxtı məlum olub. -ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək proses martın 7-nə təyin edilib. Şikayət hakim Həsən Əhmədovu

5 mart
.

Kişi yatan dostunu bıçaqladı

Rusiyanın Murmansk vilayətinin Kirovsk şəhərində 59 yaşlı kişi bıçaqlanıb. yerli mediaya istinadla bildirir ki, 38 yaşlı şübhəli dərhal saxlanılıb. O, törətdiyi cinayəti etiraf edərək bildirib ki, zərərçəkmiş ona baş çəkməyə gəlib və ziyafət zamanı yatıb. Şübhəli şəxs onu oyatmağa çalışsa da, nəticəs

26 mart
.

Mehman Xəlilov son söz üçün vaxt istədi

7 yaşlı Fərid Bakarov cinayəti ilə bağlı məhkəmə araşdırması başa çatır. "Qafqazinfo"nun məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda təqsirləndirilən Mehman Xəlilovun vəkili müdafiə çıxışı edib. Vəkil Anar Qasımlı deyib ki, müvəkkilinin əməlinə görə həddə

14 mart