"Arvadın xəyanət edir, kişisənsə get boşa! VİDEOSUNU YAYMA!"

"Arvadın xəyanət edir, kişisənsə get boşa! VİDEOSUNU YAYMA!"Xəbər verdiyimiz kimi, ər ona xəyanət edən həyat yoldaşının başını keçəl edərək onu telefonunun kamerasına çəkib və sosial şəbəkədə paylaşıb. Bu hadisə sosial şəbəkələrdə və KİV-də müzakirə mövzusuna çevrilib.

Sonxeber.az bildirir ki, bununla bağlı BiG.AZ-a açıqlama verən deputat Aqil Abbas bildirib ki, qadın həyat yoldaşına xəyanət edirsə, bu görüntülərin yayılması düzgün deyil: "Mən ziyalı adamam, bu cür şeylər haqqında necə danışa bilərəm. Arvadın xəyanət edir, kişisənsə get boşa. Sən onu bu cür vəziyyətə sal, videosu çəkib yay, anan da görüntüləri efirə versin. Mən KİV-də bu cür milli dəyərlərimizə zidd hadisələrin şişirdilib, yayılmasının əleyhinəyəm. Biz azərbaycanlıyıq. Özümüzün milli dəyərlərimiz var. Onu ləkələmək olmaz".

Deputat Fazil Mustafa qeyd edib ki, qadına işgəncə verilərək videosunun çəkib yayılması açıq-aşkar hüquq pozuntusudur: "İnsanın iradəsinə zidd, mənfi fikir formalaşdırmaq üçün belə bir təbliğat aparmaq kriminal hal sayılır. Buna görə də məsuliyyət təyin olunur. Sosial şəbəkə başlı-başına deyil ki, kimsə xəyanət və ya digər bir ad altında bu cür təhqir edəsən. Boşana və ya digər bir hüquqi yollara baş vurmaq olar. Qanundan kənara çıxıb, insan iradəsinə zidd mənəvi xəsarət vurmaq yanlışdır. Buna da qarşı hüquqi bir cəzası verilməlidir".

Deputat vurğulayıb ki, xəyanətlə üzləşən tərflərin çıxış yolu boşanmaqdır: "Bu araşdırmalı, hüquqi bir qiymət verməlidir. Əgər xəyanət varsa boşana bilərsən. Hər kəs hansısa bir altənda linc etsə, başını qırxıb cəmiyyətə göstərib təhqir etməyə çalışsa onda qaydasızlıq, qanunsuzluq olar. Ona görə də bu məsələdə heç bir bəraət yoxdur. İnsanlar özləri mühakimə yolunu seçməməlidir. Hər bir şey qanunla edilməlidir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 2531   Tarix: 06 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

DİN-dən ƏMƏLİYYAT - 172 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 10-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən -a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 49 cinayətin üstünü "isti izlər"lə açıblar. Əvvəlki dövrlərdə

11 sentyabr 2021
.

Tanışını döyə-döyə öldürdü

Bakıda tanışını döyərək öldürən şəxs saxlanılıb. Xətai rayon prokurorluğundan -a bildirilib ki, sentyabrın 15-də paytaxtın Xətai rayonu ərazisində 1994-cü il təvəllüdlü Hüseyn Hüseynovun almış olduğu xəsarətlər nəticəsində 3 saylı Şəhər Kliniki Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məluma

16 sentyabr 2021
.

Mingəçevirdə minik avtomobili kül oldu

Mingəçevir şəhərində "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

11 sentyabr 2021
.

Balakəndə koronavirus xəstəsi saxlanıldı

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan -a verilən məlumata görə, rayon sakini Sevcan Məmmədovaya ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, sanitar-karanti

12 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Sürücü iki gözətçini vurdu - ANBAAN VİDEO

Gəncə şəhərində dəhşətli hadisə baş verib. -ın məlumatına görə, yüksək sürətlə hərəkət edən avtomobil idarəetməni itirərək ərazidə xidmət aparan gözətçini vurub. Qəza təhlükəsizlik kamerasında anbaan qeydə alınıb. Hadisə bir neçə gün əvvəl baş versə də, videogörüntülər bu gün yayılıb. Daxili İşlər Nazirliyini

18 sentyabr 2021
.

Samuxda azyaşlı bacı-qardaşın çöplü şirədən zəhərlənib öldüyü güman edilir

Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. -a istinadən xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətlər

13 sentyabr 2021
.

Lənkəranda FACİƏ: 1 yaşlı körpə ÖLDÜ

Lənkəran rayonunda bir yaşlı körpə naməlum səbəbdən ölüb. xəbər verir ki, hadisə Səpnəkəran kəndində qeydə alınıb. Belə ki, 2020-ci il təvəllüdlü İbrahim Nazim oğlu Ağazadənin halı qəfil pisləşib. Bu səbəbdən valideynləri körpəni Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Ancaq həkim müayinəsində

13 sentyabr 2021
.

Azərbaycanda xəstə əməliyyatdan əvvəl öldü

Sumqayıt sakini əməliyyat masasında ölüb. -a istinadən xəbər verir ki, hadisə 2 saylı Sumqayıt şəhər xəstəxanasında qeydə alınıb. Həmin xəstəxanada qarın nahiyəsindəki yırtıqdan əməliyyat olunacaq 52 yaşlı Heybət Salmanov anesteziya verilərkən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır

16 sentyabr 2021
.

Bakıda marşrut avtobusunda ÖLÜM: Hərəkət dayandı

Bakıda avtobusda ölüm hadisəsi baş verib. xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. Rayon ərazisində hərəkətdə olan marşrut avtobuslarından birində 57 yaşlı sərnişin Əli Abbas oğlu Quliyev qəfildən ölüb. Hadisə nəticəsində avtobusun hərəkət intervalında gecikmə yaranıb

17 sentyabr 2021