Azərbaycanda dəm qazından boğulub ölən Leyla tələbə deyilmiş - Təfərrüat

Azərbaycanda dəm qazından boğulub ölən Leyla tələbə deyilmiş - TəfərrüatXəbər verdiyimiz kimi, Astarada 2000- ci il təvəllüdlü Leyla İlşat qızı İbrahimzadə dəm qazından zəhərlənərək vəfat edib. Mətbuatda gənc qızın Lənkəran Dövlət Universitetində oxuduğuna aid məlumat yayımlanıb.

Bununla bağlı big.az-a açıqlama verən Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova bildirib ki, dəm qazından boğulan qız Lənkəran Dövlət Humanitar Kollecinin tələbəsi olub: " O, 2017-ci ildə mühasibatlıq fakültsinə daxil olub. 2018-ci ildə valideynləri xaricə köçdüyünə görə öz ərizəsi ilə kollecdən çıxıb. Bəzi saytlar ölən tələbənin Lənkəran Dövlət Universitetində oxuduğunu yazıb. Ümumiyyətlə, bizim universitetdə belə tələbə oxumayıb".

Hadisə   Baxılıb: 1447   Tarix: 06 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR