Keçmiş "KQB" agenti: "Naxçıvanda idim, yeganə çıxış yolu..."

Keçmiş "KQB" agenti: "Naxçıvanda idim, yeganə çıxış yolu..."Rusiya prezidentinin Şimali Qafqaz Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi, ölkənin Milli Qəhrəmanı, general-leytenant Aleksandr Motovnikov TASS agentliyinə müsahibəsində keçdiyi döyüş yolundan danışıb.

Modern.az saytının məlumatına görə, Motovnikov bildirib ki, o, əvvəlcə Əfqanıstan müharibəsində iştirak edib.

Bildirib ki, Əfqanıstanın şimalındakı, Türkmənistanla və Tacikistanla sərhəd bölgələri olan Şibarqan və Feyzaabadda döyüşüb.

"Biz orada sərhəd qoşunlarının operativ bölmələrinin nəzarəti altında işləyirdik. Onlar Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) xeyrinə spesifik məsələləri həll edirdilər.

Həmçinin bizlərlə, yəni kəşfiyyatçılarla görüşürdülər. Pusquda dururdular, silahlarla və narkotiklərlə dolu karvanları yaxalayırdılar"-deyə Motovnikov qeyd edib.

Əfqanıstanda çox çətin şərtlər altında xidmət etdiyini deyən kəşfiyyatçı söyləyib ki, mütəmadi idmanla məşğul olması, çox qaçması, yüksək dözümü ona kömək edib.

O, Naxçıvanda təcrübə keçdiyini də bildirib:

"Bir sərhədçi üçün idman etmək, yüksək dözüm normaldır. Mən dördüncü kursda olanda Naxçıvanda təlim keçirdim, orada zastavanın rəis müavini idim. Orada sərhəd Bakı-Tehran dəmir yolu xətti boyunca keçirdi. Və onun yaxınlığında nəzarət buraxılış məntəqəsi yerləşirdi. Fövqəladə hadisələr zamanı dəmir yolu xətti üzərində hərəkət yeganə çıxış yolu idi. Cinahlar arasında məsafə 10-20 kilometr idi".

Motovnikov onu da qeyd edib ki, SSRİ rəhbəri Mixail Qorbaçovu Nyu Yorka BMT Baş Assambleyasında çıxış etməyə gedərkən onu müşayiət ediblər.

Xatırladıb ki, 1988-cu ilin 7 dekabrında Ermənistanda qorxunc zəlzələ olub.

"Biz Birləşmiş Ştatlardan Bakıya uçduq, çünki Yerevandakı Zvartnos aeroportunun enmə zolağı zərər görmüşdü və təyyarələri qəbul edə bilmirdi. Spitakdakı və Leninakandakı (indiki Gümrü) dağıntılar dəhşətli idi. Zərər çəkmiş rayonlara Britaniyanın o vaxtkı baş naziri Marqaret Tetçer gəlmişdi. Onun təhlükəsizliyini biz təmin edirdik.

1989-cu ildə Zaqafqaziyada dramatik hadisələr özünün pik nöqtəsinə çatdı. Milli zəmində münaqişələr alovlandı – Tiflisdə, Bakıda və Yerevanda. O zaman mən Dövlət Təhlükəsizlik Komitəsinin sferasına daxil olan məsələlərin həllində iştirak edirdim"-deyə qeyd edib.

Aleksandr Motovnikov 1965-ci ildə anadan olub. O, 1980-ci illərdə DTK-nın 7-ci idarəsinin katibliyinin rəis müavini vəzifəsində işləyib.

O, 1986-cı ildə DTK-nın Voroşilov adına yüksək səviyyəli hərbi-siyasi məktəbini bitirib, sonra "Alfa" xidmətinə daxil olub. Bir çox əməliyyatlara rəhbərlik edib.

Hazırkı vəzifəsinə 2018-ci ilin iyunun 26-da təyin edilib. 2018-ci ilin 3 iyulundan isə Rusiya Təhlükəsizlik Şurasının üzvüdür


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 4790   Tarix: 06 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Şuşa şəhərinin 2024-cü il üçün "İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı" seçilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. xəbər verir ki, bununla bağlı məlumat yayıb. Sərəncama əsasən, Nazirlər Kabineti Şuşa şəhərinin 2024-cü il üçün "İslam Əməkdaşlı

17 aprel
.

Ermənistanın təxribatı özünə baha başa gələ bilər - VİDEO

Ötən cümə günü Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, ABŞ dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və bu "şirin" trioya qoşulan Avropa diplomatiyasının rəhbəri Jozep Borrel ilə görüş həm hadisə ərəfəsində, həm də ondan dərhal sonra bir sır

9 aprel
.

Daha bir ölkə ilə Azərbaycan arasında VİZA rejimi ləğv edilir

Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edilir. APA-nın xəbərinə görə, bu barədə qanun layihəsi bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin onlayn iclasında müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra "Azərbaycan Respublikası Hökuməti ilə Albaniy

17 aprel
.

Ermənistan Qazaxın kəndlərini nə vaxt qaytaracaq? - VİDEO

Qazaxın işğal altında qalan kəndləri ilə bağlı Ermənistan tərəfinin qeyri-müəyyənliyi davam edir. Ölkə müxalifəti bir yana, hökumətin özündə də bu barədə yekdil fikir yoxdur. Bununla yanaşı, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan anklavlarla bağlı müzakirələrin getmədiyini deyib. Ümumiyyətlə

12 aprel
.

Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub - YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyub və çıxış edib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov dövlətimizin başçısına görüləcək işlər barədə məluma

16 aprel
.

Gəncə MDB-nin idman paytaxtı olacaq

Azərbaycanın Gəncə şəhəri Müstəqil Dövlətlər Birliyinin (MDB) idman paytaxtı olacaq. "Report" xəbər verir ki, bunu Xarici İşlər Nazirləri Şurasının Minskdə keçirilən iclasının yekunları barədə danışarkən Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Biz Gəncə şəhərinin 2025-ci ildə

12 aprel
.

Sülhməramlılar Xudavəng monastırının ərazisini tərk etdi

Azərbaycanda müvəqqəti yerləşmiş Rusiya sülhməramlı kontingentinə məxsus heyət və hərbi texnika Kəlbəcər rayonundakı alban məbədi Xudavəng monastrının ərazisindən çıxıb. APA-ya istinadən xəbər verir ki, sülhməramlı kontingent monastr ərazisini bir neçə gün əvvəl tamamilə tərk edib. Hazırda Xudavəng monastrın

16 aprel
.

Azərbaycan XİN Fransaya xəbərdarlıq edib: Rəsmi Bakı bütün zəruri tədbirləri görəcək

Azərbaycanın razılığı əsasında Fransanın 25 ilə yaxın müddətdə vasitəçilik roluna baxmayaraq, bu ölkənin 2020-ci il Vətən müharibəsindən sonra açıq-aşkar anti-Azərbaycan addımları hər kəsə məlumdur. xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə bildirib

17 aprel
.

Ermənistanın baş naziri Vladimir Putinin andiçmə mərasiminə gedəcəkmi? - VİDEO

"Rusiya ilə münasibətlərində çətin günlərini yaşayan Ermənistan hələ də bir sualın cavabında qərara gələ bilməyib. Sual isə belədir: prezident Vladimir Putinin andiçmə mərasiminə Rusiyaya gedəcək və ya getməyəcəklər. Bu barədə Baku TV-nin "YouTube" kanalının növbəti analitik süjetind

12 aprel