Böyrək-sidik kisəsi daşlarını necə parçalamaq olar? - Ən effektiv bitkilərdən FİTOTERAPİYA

Böyrək-sidik kisəsi daşlarını necə parçalamaq olar? - Ən effektiv bitkilərdən FİTOTERAPİYABöyrəklər orqanizmdə gedən su-duz mübadiləsinə, cinsi funksiyaya, digər orqanların, eləcə də mərkəzi sinir sisteminin düzgün işləməsinə xidmət edir. Kalsium balansının pozulması orqanizmdə 150-yə yaxın xəstəlik əmələ gətirir və onlardan biri də böyrək-sidik kisəsində daşların yaranmasıdır. Maddələr mübadiləsinin pozulması və həzm prosesinin düzgün getməməsi, mədə-bağırsaq sisteminin öz işinin öhdəsindən layiqincə gəlməməsi digər orqanlarla yanaşı böyrəklərin də işinə mənfi təsir göstərir.

Böyrəklərdə, eləcə də sidik kisəsində oksalat, fosfat, urat və mərcan daşları ola bilər. Onların mənşəyi daha çox qidadan asılı olur. Mərcan daşları xüsusi reseptlərə tabe olur.

Sonxeber.az medicina.az-a istinadən bildirir ki, bitkilərin xüsusiyyətinə bələd olmadan qəbul etmək düzgün deyil. Həmin bitkilər daşları iri hissələrə parçalamaq xassəsinə malik olsa da, parçalanma nəticəsində daşların iri hissələri sidik və böyrək kanalını, eləcə də sidik kisəsinin çıxacağını tutaraq fəsadlar yaradır. Məsələn, sarıçıçək bitkisində belə bir xüsusiyyət var. Böyrək-sidik sistemi daşlarının müalicəsi zamanı adi qarpız, sulu armud, qırxbuğum, itburnu, itburnunun kökü, böyürtkənın kökü, günəbaxanın kökü və s. kimi bitkilər daha yaxşı təsir göstərir.

Böyrək-sidik kisəsi daşlarının parçalanması zamanı son dərəcə diqqətli olmaq və mütəxəssislərlə məsləhətləşmək lazımdır.

6 stəkan xırdalanıb doğranmış günəbaxan kökləri üzərinə 3 litr qaynar su tökülərək 5 dəqiqə qaynadılır, süzülür və soyuducuda saxlanır. Gündə 3-4 dəfə yeməkdən yarım saat əvvəl içilir. Dərman qurtarandan sonra günəbaxan köklərini yenə də eyni miqdarda su ilə bu dəfə 10 dəqiqə qaynadılaraq proses təkrar edilir. Axırıncı dəfə suyun miqdarını artıraraq 2 litrə, qaynatma prosesi 15 dəqiqəyə çatdırılır və süzüləndən sonra günəbaxan kökləri atılır.

Kökləri ilə birlikdə 2 dəstə çoxillik cəfəri, 1 dəstə şüyüd və 2 ədəd limon yuyularaq xırdalanır, limonların tumları çıxarılaraq doğranır. Emallı qazanda 1,5 litr su qaynadılaraq doğranmış tərəvəzlər 15-20 dəqiqə dəmlənir. Sonra doğranmış limon qabıqlı şəkildə əlavə olunaraq yenə 12-20 dəqiqə dəmlənir, soyudulur. Dəmləmənin gün ərzində yeməkdən qabaq və sonra içilməsi daşları tədricən əridir, sidiyəgetməni yaxşılaşdırır.

3 çay qaşığı cirə toxumu 3 stəkan suda dəmlənir və gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl 1 stəkan içilir.

1 xörək qaşığı itburnu meyvəsi xırdalanır, 50 qram qarğıdalı saçağı 1 litr qaynar suda 1 sutka dəmlənir, süzülərək yeməkdən 30 dəqiqə əvvəl 1 stəkan qəbul edilir.

İran xurmasının tumu yandırılır, narın kül halına düşməsi üçün həvəngdəstədə və ya kofeçəkəndə xırdalanır, 1 stəkan kül 1 litr ağ şirin şərabla qarışdırılır. Qarışıq hər gün çalxalanılmaq şərti ilə 1 həftə qaranlıq yerdə saxlanır. Qarışıq 30 dəqiqə emallı qazanda vam ocaqda qaynadılır, ilıq hala düşəndən sonra süzülür. Gün ərzində yeməkdən 30 dəqiqə əvvəl 50 qram qəbul edilməsi sidik kisəsindəki daşları parçalayaraq qum halına salır və xaric olunmasına səbəb olur.

2 qram ladan bitkisinin tozu 1 stəkan qatıqla qarışdırılaraq gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl qəbul edilir. Qarışıq sidik kisəsindəki daşları tədricən ağrı vermədən parçalayıb toz halına salır. Ladanın istifadəsinə 1 qramdan başlanılması daha yaxşı səmərə verir.

1 çay qaşığı pol-polanın 1 stəkan suda dəmlənilərək gündə 3 dəfə içilməsi sidik kisəsi daşlarını toz halına salır. Prosedur 2-3 ay aparılır.

20 qram itburnu meyvəsi, 20 qram adi ardıc meyvəsi, 20 qram tozağacı, 40 qram boyaq otunun kökü xırda-xırda doğranılaraq qarışdırılır, qarışıqdan 1-2 xörək qaşığı 2 stəkan qaynar suda 15-20 dəqiqə dəmlənir. Sidik yollarında daş əmələ gələndə gündə 3 dəfə və hər dəfə yarım stəkan yeməkdən 30 dəqiqə əvvəl qəbul edilir.

Çörəkotu əzilərək balla qarışdırılır, gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı qəbul edilir.

Çobanyastığı suda qaynadılır və gündə 3 dəfə stəkanla içilir.

5 ədəd əncir yarpağı meyvələri yetişən vaxt emallı qazanda 1,5 litr suda qaynadılır və məhlulun həcmi 0,5 litr qalanda böyüklər 1 xörək qaşığı, uşaqlar isə 1 çay qaşığı qəbul edir. 5 dəqiqə sonra qatı sidik ifrazı gəlir.

Ağ xiyarın toxum ləpələrindən 1 xörək qaşığı narın hala salınır. Böyüklər 1 xörək qaşığı, uşaqlar 1 çay qaşığı narın ləpəni suya qataraq qəbul edir. Sidik yollarını təmizləyən faydalı təbii vasitə sayılır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 3143   Tarix: 09 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

On qaşıq bal, üç diş sarımsaq - İnsanları qışdan çıxaran təbii üsullar

Qışın yaxınlaşdığı günlərdə mövsümi dəyişikliklərə hazır olmaq lazımdır. Bunu üçün antibiotik əvəzinə ən təsirli qidalardan istifadə etmək məsləhət görülür. -a istinadən həmin qidaları təqdim edir:. İspanaq antioksidant baxımdan son dərəcə zəngin olduğu üçün orqanizmi hüceyrə səviyyəsində qoruyar. Faydalanma

10 sentyabr 2021
.

Yatmazdan 1 saat əvvəl süd için

Çoxları rahat yata bilməməkdən, yuxusuzluqdan, gecələr tez-tez oyanmaqdan şikayət edir. Yuxu pozuntusunu yaradan səbəblər arasında qidalanma birinci yerdədir. Belə ki, gün ərzində yediklərimiz yuxu rejimini tənzimləyir. Axşam.az-a istinadən xəbər verir ki, insan sağlamlığı üçün yuxu ən önəmli faktordur

15 sentyabr 2021
.

Qızdırmanı salmağa tələsməyin!

Qızdırma müxtəlif səbəblərə görə qalxa bilər. -a istinadən bildirir ki, qızdırmanın əsas səbəblərindən biri soyuqdəymə və virus xəstəlikləridir. Belə qızıdırmadan qorxmaq lazım deyil. Əksinə qızdırmanın qalxması orqanizmə xəstəliklə mübarizə etməyə yadım edir, sağalmanı tezləşdirir. Belə ki, qızıdırm

17 sentyabr 2021
.

Əks-göstəriş sertifikatları ilə vaksin pasportu eynihüquqludur? - AÇIQLAMA

Vaksinə qarşı əks-göstəriş sertifikatlarına sahib olan şəxslər vaksin pasportu və immunitet sertifikatı olanlarla bərabərhüquqludur. Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. O bildirib ki, vaksin pasportu tələb olunan yerlərdə bunun əvəzin

11 sentyabr 2021
.

Gənc yaşda saçlar niyə ağarır? - Ağ tükü qoparmaq olmaz

Saçların ağarması təkcə yaşla əlaqəli dəyişikliklər səbəblərdən baş vermir. Bu, sağlamlıq problemləri ilə də bağlı ola bilər. -a istinadən xəbər verir ki, alimlər saçların piqmentasiyaya cavabdeh olan melaninin itirilməsi səbəbindən ağardığını bildiriblər. Bu, qida çatışmazlığı və ya hər hansı bir xəstəlik

17 sentyabr 2021
.

Niyə vaksin vurdurmazdan öncə insanlardan "COVID-19" analizi götürülmür? - AÇIQLAMA

İnsanlar arasında vaksin vurdurduqdan sonra yoluxanların sayı artmaqda davam edir. Bunu vaksinasiya ilə əlaqələndirənlər var. Düşünürlər ki, məhz vaksin vurdurduqları üçün virusa yoluxublar. Bəziləri isə vaksin vurdurduqda artıq koronavirus xəstəsi olduqlarını güman edirlər. Bəs niyə vaksin vurdurmazda

17 sentyabr 2021
.

Son sutkada peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus əleyhinə 52 386 vaksin vurulub. Bu barədə -a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 108, ikinci mərhələ üzrə 34 278 nəfərdir. Vaksinlərin ümumi sayı 7 609 940, birinci mərhələ üzrə vaksinasiy

12 sentyabr 2021
.

"Mu" ştammının Deltadan fərqi - Yoluxma əlamətləri hansılardır?

Koronavirus infeksiyası bütün dünyada sürətlə yayıldığı halda yeni variantları da yaranır. Bu dəfə Covid-19-un "Mu variantı" ortaya çıxıb. xəbər verir ki, vaksinlərə qarşı dözümlü bu ştammda əlamətlər nəfəs darlığı, boğulma, boğaz ağrısı, iştahsızlıq, qusma, ürəkbulanmadır. Xəsətlik zaman

9 sentyabr 2021
.

Peyvəndləmə infeksion prosesin qarşısını ala bilir? - Həkim AÇIQLADI

Dəfələrlə demişəm və yenə də təkrar edirəm ki, COVID-19-a görə məktəblərin bağlanması, həftə sonları ictimai nəqliyyatın işləməməsi, ictimai obyektlərin bağlanması düzgün addım deyil. Ona görə ki, pandemiya 5-10 il davam edə bilər. Belə çıxır ki, həmin müddət ərzində məktəblər bağlı qalmalı, ictima

12 sentyabr 2021