Hər gün 2 kivi yeyin - Nəticə sizi heyran edəcək!

Hər gün 2 kivi yeyin - Nəticə sizi heyran edəcək!Diyetoloq və qida mütəxəssisləri kivini ən faydalı meyvələrdən biri kimi qiymətləndirir və tez-tez pəhrizlərə daxil edirlər.

Kivi A, C, E, PP vitaminləri, fol turşusu, kalium, maqnezium, kalsium, fosfor, pektinlər, qidalı liflər, flavonoidlər, orqanik turşular, fermentlərlə zəngindir. Kivinin faydalı xüsusiyyətləri saymaqla bitməz. Bu səbəbdən hər gün 1-2 kivi yesəniz, orqanizminiz sizə çox minnətdar olacaq. Beləliklə, müntəzəm olaraq kivi yeməklə sağlamlığımızda nəyə nail ola bilərik?

- Sonxeber.az saglamolun.az-a istinadən bildirir ki, C vitamini ilə zəngin olduğundan kivi damarların sağlamlığı üçün çox faydalıdır - damarları möhkəmləndirir, elastik edir, damarlarda trombların əmələ gəlməsi riskini azaldır.

- Fol turşusunun sayəsində qanın tərkibini yaxşılaşdırır.

- Soyuqdəymə və qripp xəstəlikləri zamanı kivi sağalmanı tezləşdirir.

- Orqanizmdə dəmirin mənimsənilməsi prosesini yaxşılaşdırır.

- Xolesterinin səviyyəsini aşağı salır.

- Kalium və maqnezium sayəsində ürəyi möhkəmləndirir, ürək əzələsinin fəaliyyətini yaxşılaşdırır.

- Onkoloji xəstəliklərin riskini azaldır.

- Kivi qəbizliklə mübarizədə çox yaxşı kömək edir. Qəbizlikdən əziyyət çəkirsinizsə, mütləq hər gün 2 kivi yeyin. Qidalı liflər, pektinlər və kalium bağırsaqların fəaliyyətini yaxşılaşdırır, bağırsaqların boşalmasını asanlaşdırır.

- Təzyiqi salır.

- Orqanizmdən duzları xaric edir və bununla da böyrəklərdə daşların əmələ gəlməsinin riskini azaldır.

- Həzm proseslərini sürətləndirir və asanlaşdırır, qarında ağırlıq hissini yox edir.

- Metabolizmi sürətləndirir.

- Ferment və qidalı liflərlə zəngin olan kivi arıqlamağa da kömək edir.

- Dərini cavanlaşdırır və gözəlləşdirir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 2034   Tarix: 09 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bu xəstəlik qızılca ilə səhv salınır

Daha çox uşaqlar arasında yayılan və adına az rast gəlinən infeksion xəstəliklərdən biri skarlatina xəstəliyidir. "Ölkə.Az" xəbər verir ki, infeksion xəstəlik səbəbindən xırda səpkilər üzdən başlayaraq bütün bədənə - boğaza, qollara, qarın nahiyəsinə, ayaqlara yayılır. Ağız və burun ətraf

13 fevral
.

Hansı hava şəraitində insult riski artır?

Alimlər müəyyən ediblər ki, isti hava şəraitində uzun müddət yüksək temperaturun təsirinə məruz qalmaq kəskin işemik insult riskini artırır. Tədqiqat zamanı 2019-2021-ci illərdə kəskin işemik insult keçirmiş Çindən olan 82 min xəstənin məlumatları təhlil edilib. Alimlər xəstələrin yaşı, pis vərdişləri

3 mart
.

Avropa təşvişdə: tutuquşu qızdırmasından ölümlər artır

Beş Avropa ölkəsində insanlar arasında tutuquşu qızdırmasına (psittakoz) yoluxma halları sürətlə artır. -a istinadla xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəstəliklə bağlı təcili xəbərdarlıq edib. "Chlamydophila Psittaci" bakteriyasının törətdiyi virusa görə çoxsaylı ölüm xəbərlər

10 mart
.

Dünyanı təhdid edən xəstəlik: sürətlə artır – Azərbaycanda da...

Ümumdünya Səhiyyə Təşkilatının son hesabatına görə, 2050-ci ildə dünyada xərçəngə tutulma halları 77 faiz artacaq. Buna səbəb piylənmə, alkoqol və siqaret aludəliyi, qida məhsullarının xarab olması və yanlış qidalanma vərdişləridir. Maraqlıdır, bu xəstəliyin qarşısını necə ala bilərik?. Məsələ ilə bağl

20 mart
.

İmmunoloqdan qripə qarşı sadə üsul: Yoluxma riski 100 dəfə azalır

"Tibbi maskalardan düzgün istifadə qripə yoluxma ehtimalını əhəmiyyətli dərəcədə azalda bilər". Bu sözləri rusiyalı həkim, immunoloq Vladimir Bolibok deyib. Bolibok iddia edir ki, həm virus daşıyıcısı, həm də sağlam insan hər iki burun dəliyini maska ​​ilə etibarlı şəkildə bağlayırsa, o zama

28 yanvar
.

Reklam edilən dərmanlar uşağınızın boyunu uzadır? - Həkimlər fəsadlarını AÇIQLADILAR

Son zamanlar sosial şəbəkələrdə uşaqların boyunun uzanması üçün müxtəlif adlı dərmanlar təklif edilir. Bildirilir ki, həmin dərmanların tərkibi, əsasən, vitamin və mikroelementlərdən ibarətdir. Bəs bu dərmanlar nə qədər effektivdir? Neçə yaşından bilmək olur ki, uşaqda boy problemi var? Uşaqların bo

24 mart
.

Nanə ilə baş ağrısını dəqiqələr ərzində dayandıran effektiv üsul

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərindən biri, reseptləri günümüzdə də aktuallığını qoruyan İbn Sinanın məsləhət gördüy

17 mart
.

Plastik butulkalardan istifadənin TƏHLÜKƏLƏRİ: Uşaqlarda hormonal...

Plastik butulkalar gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib, lakin onların törədə biləcəyi potensial risklər barədə düşünənlər azdır. -a istinadən bildirir ki, Bisfenol A (BPA) plastik butulkaların istifadəsi ilə bağlı əsas narahatlıqlardan biridir. Bu kimyəvi komponent, xüsusən də, düzgün saxlanmadıqd

3 mart
.

Çeynəmə zamanı bu səhvə yol verməyin - Stomatoloqdan XƏBƏRDARLIQ

Bir tərəfdən çeynəmək dişlərin çürüməsinə səbəb ola bilər. xəbər verir ki, bu barədə "Sputnik" radiosuna stomatoloq Aleksey Antipenko məlumat verib. "Əgər dişlərin bir tərəfi çeynəmək üçün istifadə edilmirsə, daha az təmizlənir. Fakt budur ki, tərəvəz və digər sıx tərkibli qidalar - çörək

23 mart