Heç nədən hay-küy: Nazirin bəyanatını devalvasiyaya yozmaq yanlışdır

Heç nədən hay-küy: Nazirin bəyanatını devalvasiyaya yozmaq yanlışdırMaliyyə naziri Samir Şərifov qeyd edib ki, milli valyutanın, yəni manatın son dərəcə möhkəmlənməsi Azərbaycan üçün faydalı deyil. "Güclü manat Azərbaycan istehsalçılarının ixrac potensialına mənfi təsir edir",- deyə o bildirib. Şərifovun bu sözlərini çoxları ciddi-cəhdlə növbəti devalvasiyanın anonsu kimi qələmə verməyə çalışırlar.

Hətta hesablamalar da aparırlar ki, hökumət gələn il üçün dövlət büdcəsinə Neft Fondundan (ARDNF) 11 milyard 364 milyon manat vəsait transfer etməyi qarşısına məqsəd qoyubsa, manatı müəyyən həddə ucuzlaşdırmağa gedərsə, filan məbləğdə dolllara, yəni xarici valyuta məbləğinə qənaət etmiş olacaq. Belə ki, indiki kursla ARDNF dövlət büdcəsinə gələn il öhdəliyini yerinə yetirməkdən ötrü, 6 milyard 685 milyon dollar vəsait sərf etməli olacaq. Başqa sözlə desəm, valyuta bazarına adı çəkilən qurum tərəfindən qeyd olunan məbləğdə valyuta çıxarılaraq satılmalıdır ki, bu, 1$=1,70 azn məzənnəsinə uyğun olaraq, 11 milyard 364 milyon manat məbləğində vəsaitin büdcəyə köçürüləcəyi deməkdir. Yox, əgər, manat ucuzlaşdırılarsa, dollara qənaət ediləcək.

Bəri başdan qeyd edim ki, maliyyə nazirinin açıqlaması növbəti devalvasiya xəbərdarlığı demək deyil. Əvvəla, bundan sonra rəsmi şəkildə bəyan edilməklə, heç bir devalvasiya hadisəsi baş verəsi deyil. 2016-cı ildən bu məsələ valyuta bazarının öhdəsinə buraxılıb. Cəmi 2 dəfə rəsmi olaraq elan edilməklə, manatın devalvasiyası baş verib ki, bu da 2015-ci ilin fevral və dekabr aylarında olub. Sonrakı, yəni 2016-cı il ərzində isə 15%-lik devalvasiya qeydə alındı ki, bu, tədricən baş verdi. Odur ki, qarşıdakı zamanda da nə vaxtsa yenidən rəsmi olaraq elan edilməklə manatın ABŞ dolları qarşısında filan qədər ucuzlaşdığını eşitmək mümkün olmayacaq. Manatın hər hansı bir formada və səviyyədə devalvasiyası baş verəcəksə, bunu Azırbaycan Mərkəzi Bankının (AMB) keçirdiyi məlum ənənəvi valyuta hərraclarının nəticəsində biləcəyik.

Sözügedən hərraca valyuta çıxaran isə dünən olduğu kimi, bu gün də hələlik yalnız məhz ARDNF-dir. Yəni ölkəyə xarici valyuta gətirən başqa şirkətlərimiz yoxdur. Söhbət daxili valyuta bazarında manata mübadilə etmək üçün xarici valyuta çıxara biləcək şirkətlərdən gedir. Buna nail olmaq üçün hələ uzun vaxt tələb olunur. Ona görə də, S.Şərifov xatırladıb ki, xarici məhsullar ixrac üçün daha az rəqabətə davamlı olur və digər tərəfdən, yerli istehsalçılar daxili bazarda da rəqabətdə uduzmağa başlayırlar, o səbəbdən ki, idxal malları ucuz xarakter daşıyır.

Bəli, manat dollara görə nə qədər ki, ucuz olacaq, bu, belə qalacaq. Çünki mövcud ixrac gücümüz bu vəziyyəti aradan götürməyə imkan vermir. İxrac etdiyimiz məhsullar sırasında xam neft 95-98 % təşkil edir. Tutarlı qeyri-neft məhsulumuz yoxdur. Bu sahədə çox işlər görülür. Amma hələ vaxt lazımdır.

Sözün qısası, manatımızın dəyəri neftin ixrac qiymətindən asılıdır. 2015-2016-cı illərdə devalvasiya nəticəsində manat dollara nisbətən iki dəfədən çox ucuzlaşıb. 2017-ci ildə manat Mərkəzi Bank (AMB) tərəfindən həyata keçirilən sərt valyuta siyasəti nəticəsində 4%, 2018-ci ilin 11 ayı ərzində isə 0,01% möhkəmlənib.

ABŞ prezidenti Donald Tramp OPEC və OPEC+ ölkələrininin növbəti iclası ərəfəsində bəyanat verib ki, inanır ki, hasilat indiki səviyyədən aşağı salınmayacaq. Yəni, ABŞ istəmir ki, neftin dünya bazar qiymətləri bahalaşsın. Ancaq adı çəkilən kartel ölkələri isə neftin çox da ucuz olmasını istəmirlər. Yəni, dövlət gəlirləri enerji resurslarından asılı ölkələr də bunda maraqlı deyillər. Odur ki, məsələ qalıb çox mürəkkəb bir vəziyyətdə...

Hesab edirəm, OPEC və OPEC+ ölkələrininin növbəti iclasında neftin 55-60 dollar aralığında qalması haqda müvafiq razılığa gəlinəcək. Bu qiymət aralığı əslində, hamı üçün sərfəlidir. O ki qaldı maliyyə nazirimiz Samir Şərifovun manatın çox da möhkəm olmasının sərfəli olmadığı haqda dediklərinə, bu da aydın məsələdir. Belə ki, nə qədər ki, neftin qiyməti 60 dollar civarındadır, manatın dəyəri ucuzlaşmağa deyil, bahalaşmağa meyillidir. 50 dollardan aşağı düşərsə isə, məzənnəni saxlamaq çətinləşəcək. Belə bir ehtimal isə hələ ki yoxdur. Olsa da, hökumət çalışacaq ki, manatı saxlasın. İndi bahalaşmağa qoymadığı kimi.
Müəllif : Pərviz Heydərov
Heç nədən hay-küy: Nazirin bəyanatını devalvasiyaya yozmaq yanlışdır


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 5271   Tarix: 09 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycandan Rusiyaya yumurta tədarükü davam edir

Son bir həftədə Rusiyaya Azərbaycandan 2,1 milyon, Türkiyədən isə 316,8 min ədəd yumurta tədarük edilib. -ın məlumatına görə, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") məlumat yayıb. Bildirilir ki, məhsullar Rusiyada satış üçün nəzərdə tutulub

19 fevral
.

Dörd nəfərdən üçünün banka borcu var: Kredit faizləri niyə yüksəkdir? - AÇIQLAMA

Kreditlərin illik faiz dərəcələrinin yüksək olması məsələsi zaman zaman gündəmə gəlir. Hazırda Azərbaycanda bir çox banklar yüksək faizlə kredit verir. Bunun səbəbi nədir?. Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli -a açıqlama verib. İqtisadçı kredit faizlərinin yüksək olma səbəblərinə aydınlıq gətirib:

15 aprel
.

Balın qiymətinin artacağı gözlənilir - SƏBƏB - VİDEO

Bu il Astarada arıçılıq məhsullarının qiymətində artım gözlənilir. xəbər verir ki, buna səbəb olaraq məhsuldarlığın aşağı düşməsi və arıların xəstəliklərə yoluxaraq tələf olması göstərilir. Arıçılar bildiriblər ki, arı ailələrində 50 faizə yaxın itki var. "İtkilər balın qiymətinə təsir edəcək. Arıçıla

12 aprel
.

Azərbaycan ən çox bu ölkələrlə ticarət edir

2024-cü ilin yanvar ayında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 131 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 72 ölkəyə məhsul ixrac olunub, 124 ölkədən idxal olunub. Bu barədə -a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib. Bildirilib ki, 2024-cü ilin yanva

13 mart
.

İcra başçısı üçün 57 minə xidməti avtomobil - Seymur Orucov maşınını yeniləyir

Ağstafa Rayon İcra Hakimiyyəti üşün 57 800 AZN-ə xidməti minik avtomobil alınıb. Qaynarinfo xəbər verir ki, təchizatçı bir mənbədən satınalma metodu üzrə seçilib. Yəni, satınalma proseduru dövlət satınalmalarının vahid elektron portalında keçirilməyib. Təchizatçının kimliyinə gəlincə, bu, "Aut

19 mart
.

Dolların hökmranlığına son qoyulur? - VİDEO

Sıralarını genişləndirməkdə olan "BRICS Plus" ölkələrinin ortaq valyuta buraxacaqları ilə bağlı iddialar ABŞ dollarının beynəlxalq ödəmələrdəki statusunu sual altında qoyur. Bu iddianı gücləndirən başlıca səbəb isə "BRICS Plus" ölkələrinin dünya iqtisadiyyatında payının sürətlə artmasıdır

11 fevral
.

Azərbaycanda daha bir bank bağlanır - RƏSMİ AÇIQLAMA

"Naxçıvan Bank" ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 aprel 2024-cü il tarixinə 194,6 milyon manat təşkil edib. Bu isə 2023-ci ilin sonu ilə müqayisədə 11,6 milyon manat, yaxud 5,6% azdır. Bankın əsas gəlir mənbəyi olan kredit portfeli isə bu dövrdə 27,

20 aprel
.

Azərbaycanda hotellər üzrə orta qiymət azalıb

Cari ilin aprel ayında Azərbaycanda bütün ulduz təsnifatları üzrə hotellərdə üzrə orta qiymət öncəki ayla müqayisədə bir qədər azalaraq 131,67 manat təşkil edib. -ın xəbərinə görə, yanvarda Azərbaycanda bütün ulduz təsnifatları üzrə hotellərdə üzrə orta qiymət 87,50, fevralda 102,67, ötən ay isə 134,3

6 aprel
.

Azərbaycanda orta aylıq əməkhaqqı 950 manata çatır

2024-cü il martın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1727,2 min nəfər olub. Dövlət Statistika Komitəsindən (DSK) -a verilən məlumata görə, onlardan 899,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 827,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Muzdl

9 aprel