Azərbaycan yığmasına rəhbərlik edə biləcək məşqçilər - TOP-5

Azərbaycan yığmasına rəhbərlik edə biləcək məşqçilər - TOP-5Bu gün Azərbaycan yığmasının baş məşqçisi Qurban Qurbanov istefa verdiyini bildirib.

SonxeberAz oxu.az-a istinadən bildirir ki, bu haqda AFFA-nın mənzil-qərargahında baş tutan İcraiyyə Komitəsinin iclası zamanı qərar verilib. 13 aylıq fəaliyyəti ərzində Qurban Qurbanov Milli komandanı UEFA Millətlər Liqasında altı rəsmi görüşə çıxardı.

Komandamız yalnız Farer adaları ilə matçlarda iki qələbə qazanaraq yekunda qrupda ikinci yeri tutdu və pley-off mərhələsinə yüksələ bilmədi. Əldə edilən məlumata görə, yığma komandanın yeni məşqçisi əcnəbi mütəxəssis olacaq.

AFFA rəhbərliyi və bütün ictimaiyyət qeyd-şərtsiz Qurban Qurbanovu Azərbaycanın ən yaxşı məşqçisi hesab edirdi və hazırda da hesab edir. Lakin yığma komandanın "uğurlar"ı bir daha sübut etdi ki, Azərbaycan futbolu, həmçinin məşqçilik məktəbi qərbdən çox geridə qalır. Məhz buna görə "xilaskar"ın tapılması məqsədilə ümidlər yenə də Avropaya yönəldi.

Bəs bu halda Azərbaycan yığmasına kim rəhbərlik edə bilər? Redaksiyamızın heyəti beş məşqçinin namizədliyini nəzərdən keçirib. Fikrimizcə, onlar milliyə rəhbərlik edərək komandanı Xorvatiya, Uels, Macarıstan və Slovakiya kimi rəqiblərlə mübarizə aparacağımız AVRO-2020-nin seçmə mərhələsinə düzgün hazırlaşdıra bilərlər.

Əvvəlcədən qeyd edək ki, siyahıya Antonio Konte, Zinedin Zidan, Arsen Venger və digər tanınmış mütəxəssislərin adları daxil edilməyib. Bu məşqçilərin təklif ediləcək əməkhaqqı müqabilində Azərbaycan yığmasını çalışdırmağa razı olacaqları güman edilmir.

Massimo Karrera İtaliyalı mütəxəssis Moskva "Spartak"ına rəhbərlik edərək komandanı 16 il sonra çempionluğa daşıdı və bununla təkcə Rusiyanı deyil, bütün Avropanı heyran etdi. İş ondadır ki, Rusiya klubuna rəhbərlik etməmişdən əvvəl Karrera baş məşqçi kimi heç bir yerdə çalışmamışdı.

"Yuventus"un keçmiş futbolçusu Turin klubunda və İtaliya yığmasında hətta ikinci deyil, üçüncü məşqçi kimi fəaliyyət göstərmişdi. "Spartak"ın sükanı arxasına keçən kimi o, ilk mövsümdəcə böyük fərqlə Rusiya çempionatının və sonra Superkubokun qalibi oldu. 22 oktyabr 2018-ci ildə o, mövsümün əvvəlindəki qeyri-qənaətbəxş nəticələr səbəbindən istefaya göndərildi. Azarkeşlər klub rəhbərliyinin bu qərarına etirazlarını bildirdilər.

Vinçenzo Montella Daha bir gənc italiyalı mütəxəssis bu yaxınlarda "Sevilya" sükanını tərk etdi və hazırda təklif gözləyir. Montella bir məşqçi kimi "Fiorentina"dakı uğurlu rəhbərliyi sayəsində tanındı və artıq o zaman hər kəs bu mütəxəssisin potensialı barədə danışmağa başladı. Sonra Montella növbə ilə "Sampdoriya" və "Milan"ı çalışdırdı. Lakin "Milan"da 44 yaşlı məşqçinin işləri istənilən kimi getmədi və rəhbərlik vaxtından əvvəl onu vəzifəsindən kənarlaşdırdı

Ötən ilin sonundan bu ilin 28 aprelinə qədər Vinçenzo Montella "Sevilya"nı çalışdırdı və bu komandanın sükanı arxasında 28 oyun keçirdi.

Kike Sançes Flores Vaxtilə "Valensiya"nın əfsanəvi futbolçusu olmuş Kike Sançes bu ilin aprel ayından işsizdir. Məşqçilik karyerasına "Real"ın akademiyasında başlayan Flores yeddi il ərzində "Valensiya"nın və sonra Madrid "Atletiko"sunun baş məşqçisi olub. O, "Atletiko" ilə Avropa Liqasının və UEFA Superkubokunun qalibi olub.

Flores sonuncu dəfə 2016-ci ildən 2018-ci ilə qədər "Espanyol"a rəhbərlik edib. Paulu Souza AFFA portuqaliyalı məşqçi ilə danışıqlar aparmağa qərar verərsə, Souza Floresdən daha çox məvacib tələb edəcək. Belə ki, onun çalışdığı sonuncu iş yeri bu ilin oktyabrına qədər rəhbərlik etdiyi Çinin "Tyanzin Tsyuantsyian" klubu olub ki, burada baş məşqçi "çox yağlı" müqaviləyə malik olub.

Loran Blan Qəribə səslənsə də, Loran Blan artıq iki ildir ki, baş məşqçi kimi heç bir yerdə çalışmır. Onun sonuncu iş yeri "ulduzlar"la dolu "PSJ" olub ki, bu klubla da Loran Blan dörd dəfə Fransa çempionatı Liqa 1-in qalibi olub. Lakin çempionlar Liqasında məğlubiyyətlər alması səbəbindən Blan klub səhmdarlarının və azarkeşlərin ümidlərini doğrultmayıb.

Nəticədə, üç ildən artıq bir müddətdə çalışdığı vəzifəsini tərk edib və o da hazırda təklif gözləyir. Qeyd edək ki, Blan iki il Fransa yığmasının baş məşqçisi olub və komandanı AVRO-2012-nin ¼ final mərhələsinə çıxarıb, lakin həmin mərhələdə İspaniya yığmasına 0-2 hesablı məğlubiyyətdən sonra tutduğu vəzifəni tərk edib.

Bonus: İstisna olunmur ki, AFFA risk edərək Azərbaycan yığmasının baş məşqçisi postunu Azərbaycan futbolunun xüsusiyyətləri ilə tanış bir mütəxəssisə tapşıracaq. Belə mütəxəssislərdən "Qəbələ"nin keçmiş çalışdırıcısı Roman Qriqorçuku, "İnter"in keçmiş məşqçisi Kaxaber Tsxadadzeni və ya qısa müddət ərzində özünü yaxşı tərəfdən tanıdan "Neftçi"nin hazırkı baş məqçisi Roberto Bordini misal göstərmək olar.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 6030   Tarix: 09 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Yerkökü yeyərkən çənəsini sındırdı - FOTO

Niderlandın "Herenven" klubunun futbolçusu Rami Kaib kuryoz hadisə yaşayıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, isveçli müdafiəçi yerkökü yeyərkən çənəsini sındırıb. Bu barədə "Herenven" klubunun rəsmisi yerli mətbuata açıqlamasında deyib. Kaib bir müddət əvvəl çənəsində

13 sentyabr 2021
.

MDB Oyunları: Badmintonçumuz qızıl medal qazandı - YENİLƏNİB + FOTO

Yeniyetmə və gənc badmintonçularımız Rusiyanın Kazan şəhərində keçirilən MDB Oyunlarında ümumilikdə 1 qızıl, 3 gümüş və 1 bürüc medal qazanıb. xəbər verir ki, oğlan badmintonçuların şəxsi yarışında Diki Panqestu finalda Qazaxıstan idmançısı Dmitri Panarini 2:0 hesabı ilə məğlub edərək MDB Oyunlarını

11 sentyabr 2021
.

Messinin fotoqraf forması geyinməsinə Dibalanın reaksiyası - VİDEO

2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələsinin təxirə salınan Braziliya – Argentina oyunundan sonra maraqlı hadisələr yaşanıb. -a istinadən xəbər verir ki, 3-cü dəqiqədən etibarən Braziliya səhiyyə nümayəndələrinin və təhlükəsizlik işçilərinin meydana daxil olmasından sonra argentinal

6 sentyabr 2021
.

Paralimpiya bayrağı Parisə ötürüldü

Bu gün "Tokio-2020" Paralimpiya Oyunlarının bağlanış mərasimi keçirilib. Ümumilikdə idmanın 22 növündə 539 mükafat komplekti qazanılıb. İlk yeri 96 qızıl, 60 gümüş və 51 bürünc medal alan Çin idmançıları tutublar. xəbər verir ki, ikinci yerdə Böyük Britaniya, üçüncü pillədə ABŞ, dördüncüd

5 sentyabr 2021
.

F1 İtaiya Qran-prisi: Ferstappen və Hemilton yenə toqquşdu, Rikyardo qalib oldu

"Maklaren"in pilotu Daniel Rikyardo Formula 1 üzrə İtaliya Qran-prisinin qalibi olub. " "ya istinadən xəbər verir ki, çempionatın 14-cü mərhələsi lider Ferstappenin ikinci yerdə qərarlaşmış Hemiltonla toqquşaraq yarışı dayandırmaları ilə yadda qalıb. Finişə ikinci çatan qalibin komand

12 sentyabr 2021
.

İngiltərə Premyer Liqası: "Tottenhem" darmadağın olundu - VİDEO

İngiltərə Premyer Liqasında dördüncü turun oyunları keçirilir. "Kristal Palas" dogma meydanda "Tottenhem"ə 3:0 hesabı ilə qalib gəlib. Oyunda qolları Zaha (76-cı dəqiqə) və Eduardo vurub (84-cü, 90+2 dəqiqə). Qeyd edək ki, bu, mövsüm başlayandan "Kristal Palas"ın ilk qələbəsidir

11 sentyabr 2021
.

Rusiya mətbuatı Mahir Emreli barədə yol verdiyi səhvi düzəltdi - FOTO/VİDEO + YENİLƏNİB

Rusiyanın saytı Mahir Emreli barədə yol verdiyi səhvi aradan qaldırıb. -ın xəbərinə görə, artıq futbolçu onlayn xəbərdə azərbaycanlı kimi təqdim olunub. 12:39. Millimizin futbolçusu Mahir Emreli Rusiyada erməni oyunçu kimi təqdim edilib. xəbər verir ki, Rusiyanın məşhur idman saytlarından olan futbolçumu

16 sentyabr 2021
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17 sentyabr 2021
.

"Qalatasaray"ın qadın futbolu komandası yaradıldı

Türkiyənin "Qalatasaray" klubu prezidentinin köməkçisi Rezan Epözdəmir maraqlı açıqlama ilə çıxış edib. O, hələ bir ay öncə klub daxilində qadın futbol komandasının yaradıldığını bildirib. Onun sözlərinə görə, qadının yaşıl meydanlarda yer alması futbolu daha estetik və daha gözəl bir idma

6 sentyabr 2021