Məşhur fizik Bob Lazar: "30 il ötsə də, yadplanetlilər məni izləyirlər"

Məşhur fizik Bob Lazar: "30 il ötsə də, yadplanetlilər məni izləyirlər"59 yaşlı amerikalı fizik Robert Skott Lazar ufologiyanın dühası sayılır.
Sonxeber.az "Ölkə.Az"-a istinadən xəbər verir ki, məhz Lazar 30 il əvvəl "51-ci Zona"da yadplanetli texnologiya olduğunu və burada məxfi uçan aparatlar istehsal edildiyini dünyaya bəyan etmişdi.

Lazarın bəhs etdikləri güclü effektə sahib oldu və təkcə ufologiya və konspirologiyanın yox, kino sənayesi və serial sahəsinin də inkişafına təkan verdi. 1980-ci illərdə Lazar Las-Alamoss elmi-tədqiqat mərkəzində işlədi. Sonradan isə "51-ci Zona"nın yanındakı bazaya köçürüldü. Onun sözlərinə əsasən, yadplanetli gəmilərdən əldə edilən texnologiya əsasında hazırlanan qravitasiya mühərriklərinin istehsalında iştirak edib.

1989-cu ilin may ayında Lazar "Dennis" ləqəbi ilə üzünü gizlədərək Las-Veqasda telekanala müsahibə verib. O, bildirib ki, "S-4" bazasında işləyib və dağın ətəyində məxfi aviasiya anqarı var. Lazar qeyd edib ki, UNO-lara bənzər uçan aparatlar üzərində işləyib və anqarda 9 belə aparat olub.

Bir neçə ay sonra Bob Lazar Knappa müsahibə verdi və bu zaman üzünü gizlətmirdi və əsl adından istifadə edib. O, bildirib ki, aparatlar 115 elementi ilə işləyir (4 il sonra rəsmi olaraq bu maddə barədə məlumat verdi və maddə Moskoviy adlandırıldı). Aparatların mühərrikləri isə qravitasiya dalğaları əsasında işləyir.

Sonradan Lazar iddia etdi ki, "Boz" yadplanetlilərin son 10 min il ərzində bəşəriyyət tarixinə müdaxiləsi barədə sənədləri şəxsən görüb. Lazarın müsahibələri bir sıra nüfuzlu qəzet və jurnallarda dərc edildi. Milyonlarla insan UNO ilə maraqlanmağa başladı.

O dövrdən sonra Lazar nadir hallarda müsahibə verməyə başladı. Onun iştirakı ilə bu yaxınlarda "Bob Lazar: "Area 51 and Flying Saucers" sənədli filmi işıq üzü gördü. Filmin rejissoru Ceremi Korbella idi və o, 13 yaşı olanda Lazarın müsahibəsinə televiziya ilə baxaraq pərəstişkarına çevrilmişdi.

Alimin sözlərinə əsasən, sirri faş etdiyi üçün ABŞ hökuməti onu hələ də bağışlamır və dövlət sirrini açıqladığı üçün 1990-cı illərdə müntəzəm olaraq təhdid edib. Bundan başqa Lazar casusluqda da ittiham edilib. Yeni filmdəki kadrlara əsasən, 1989-cu ildən bu yana Bob çox az dəyişib. Həmişəki kimi eyni saç düzümü və sakit xarakteri var.
Alim heç vaxt UNO fanatı olmayıb, psixi problemləri olmayıb. Bu səbəbdən də onun sözlərinə insanların inanması təəccüblü deyil.

Bob arvadı ilə Miçiqan ştatında yaşayır və "United Nuclear" layihəsi üzərində işləyir. Bu şirkət laboratoriyalar üçün kimyəvi maddələr və cihazlar satır.

Lazar özünü paranoik saymır amma əmindir ki, hökumət xəfiyyələri üstündən 30 il keçsə də, onu izləyirlər.

Jurnalist Corc Knapp isə bildirir ki, Lazarın söylədikləri əsassız deyil:

"Dəfələrlə onun evinə və avtomobilinə giriblər. Mənə və ona naməlum adamlar zəng edir, hədələyirdilər. Onlar Lazarın bazada işlədiyi adamlara da zəng edirdilər. Bu, qorxutma taktikası idi".

Filmin rejissoru Korbell də eyni fikirdədir:

"Bu 30 il ərzində Lazarı qorxutmaq, psixə çevirmək istədilər. Onun danışdıqlarını isə yalan adlandırdılar. Mənim filmimdə sizə real Lazarı görəcəksiniz və onun adi həyatı ilə tanış olacaqsınız. Düşünün, bu illər ərzində alim arvadına, dostlarına, qonşularına yalan danışıbmı?".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 1660   Tarix: 10 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Satanist məktəbli oğlan iki qızı bıçaqladı

Rusiyanın Petrozavodsk şəhərində 9-cu sinif şagirdi olan satanist oğlan iki qızı bıçaqlayıb. Hadisə yerli gimnaziyanın 9-cu sinif şagirdi, 15 yaşlı Maşanın (ad dəyişdirilib) nənə və babasının yaşadığı mənzildə baş verib. Nənə və baba isə Avstraliyada tətildə olublar. Mənzildə keçirilən əyləncə məclisind

24 aprel
.

Polis yubileyində özünü öldürdü

Rusiyanın Klin şəhər rayonunda 40 illik yubiley tədbiri zamanı polis əməkdaşı intihar edib. yerli mediaya istinadla bildirir ki, hadisə qonaqlar gedəndən sonra baş verib. Polis serjantı yubileyini yaxınları ilə bağçada qeyd edib. Ailə üzvləri ilə yanaşı, qonşular, iş yoldaşları da məclisə toplaşıb. Bi

23 aprel
.

Təbrizdə Ermənistanın baş konsulluğu açılır

Yaxın vaxtlarda İranın Təbriz şəhərində Ermənistanın baş konsulluğu açılacaq. Hökumətin bu gün keçirilən iclasında artıq konsulluğun xərcləri ilə bağlı smeta təsdiqlənib. Qərara əsasən, baş konsulun maaşı 2 565 dollar və ya Tehrandakı səfirin maaşının təxminən 5/6 hissəsi qədər olacaq

25 aprel
.

Ana və ögey atası 12 yaşlı qıza cəhənnəmi yaşatdılar: Narkotik verib, təcavüz etdi

Valideynləri ayrı yaşayan 2011-ci il təvəllüdlü qız sözün əsl mənasında dəhşət yaşadıb. xarici mediaya istinadən xəbər verir ki, 12 yaşlı uşağa anasının imam nikahlı əri təcavüz edib. Hadisə Türkiyədə baş verib. 12 yaşlı uşağa anasının imam nikahlı əri təcavüz edib. Həmin an isə doğma anası sadəcə olara

25 aprel
.

Axtarışda olan 25 yaşlı fəhlənin cəsədi tapıldı

Günlərdin itkin düşən 25 yaşlı gəncin cəsədi tapılıb. xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. Dərə yatağının qamışlıq sahəsində hərəkətsiz bir adam görən şəxslər polisə xəbər verib. Hadisə yerinə polis və sağlamlıq qrupları sövq edilib. Həkim qrupları müayinə zamanı hərəkətsi

25 aprel
.

Tribunada şəhər merinin şalvarı aşağı düşdü - VİDEO

Kolumbiyanın Sabanalarq şəhərində merin çıxışı zamanı gülməli hadisə baş verib. xarici mediaya istinadla bildirir ki, bələdiyyə sədri Xose Elias Çams təhsil müəssisəsində ictimaiyyət qarşısında çıxış edərkən şalvarı aşağı düşüb və o, səhnədə alt paltarında qalıb. Vəziyyətin yöndəmsizliyinə baxmayaraq

23 aprel
.

Yol polisinin saxladığı sərxoş sürücü: "Mən cənazədən gəlirəm"

Türkiyədə polis tərəfindən saxlnılan əxsin sözləri gündəm olub. xarici mediaya istinadən xəbər verir ki, sərxoş sürücü ifadəsində "cənazədən gəlirəm" deyə bildirib. Sürücünün 0,51 promil sərxoş olduğu müəyyənləşib. Pul cəzası kəsilən sürücünün vəsiqəsi 6 ay müddətinə müsadirə edilib. Sərxo

23 aprel
.

Uşaq məhbuslara işgəncə verən mühafizəçilər saxlanıldı

İtaliyanın Milan şəhərindəki cəzaçəkmə müəssisələrindən birində çalışan 13 mühafizəçi uşaq məhbuslarla pis rəftar etdikləri və onlara işgəncə verdikləri üçün saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Milan Baş Prokurorluğu açıqlama yayıb. Qeyd edilib ki, aparılan istintaq çərçivəsind

23 aprel
.

DƏHŞƏT: Bir ərazidən 5 meyit tapıldı

ABŞ-nin Oklahoma Siti şəhərində beş nəfərin meyiti tapılıb. xəbər verir ki, bu barədə ABC televiziyası şəhər polisinə istinadən məlumat yayıb. Bildirilib ki, hüquq-mühafizə orqanları onları kütləvi qətlin qurbanı hesab edir. Meyiti tapılanlardan ikisi uşaqdır. Hadisə ilə bağlı araşdırmalara başlanılı

23 aprel