Məxfi həbsxana: işgəncə ilə öldürülənlərin qanı su yerinə axır... - VİDEO - FOTO

Məxfi həbsxana: işgəncə ilə öldürülənlərin qanı su yerinə axır... - VİDEO - FOTOAfrika ölkəsi Burundidə rejim əleydarlarının saxlanıldığı məxfi həbsxanada dustaqlar işgəncə ilə öldürülüb, onların qanı sözün əsl mənasında su yerinə axıb.

Sonxeber.az virtualaz.org-a istinadən bildirir ki, məxfi həbsxananın yanından keçən arxda qana oxşayan al qırmızı mayenin axdığını əks etdirən şok video hələ 2016-cı ildə internetdə yayılmışdı. Həmin vaxt belə versiyalar var idi ki, bu kadrlardakı binanın divarları arasında rejimin əleydarlarını işgəncə ilə öldürürlər. Və indi BBC jurnalistləri həmin versiyanı təsdiqləyən şahidləri tapa biliblər.

Burundidə insanlar 2015-ci ildə prezident Pyer Nkurunzizanın üçüncü dəfə namizədliyini irəli sürməsinə etiraz olaraq küçələrə çıxmışdılar. Bu zaman rejim qüvvələri etirazçılara qarşı silah işlədib, yzlərlə adam öldürülüb, qalanları həbsə atılıb. Nkurunziza isə yenə də hakimiyyətdə qalıb.

Jurnalistlər həmin hadisələr zamanı həbs edilənlərdən birini tapıblar. Familiyasını gizli saxlamağı xahiş edən Pyer adlı həmin burundili deyib ki, o etirazlar zamanı təhlükəsizlik qüvvələrinin əlinə keçib və dəhşətli işgəncələrin şahidi olub. Onun sözlərinə görə, insanlar qaçmaq istəyəndə mühafizəçilər qışqırırdı: "Tutun o köpəkləri!"

Dustaqları tutandan sonra onları otaqlardan birinə aparırdılar, orada dustaqlar elə dəhşətli şəildə qışqırırdılar ki, sanki onları öldürürdülər. Və bundan sonra onları heç kim görmürdü. "Fikrimcə onları doğrudan da öldürürdülər"-həmin şəxs deyib.

Məlum olub ki, suya qarışmış qanın axdığı drenaj məxfi həbsxananın hamam otağı ilə əlaqəli olub.

Pyer Nkruinziza 2005-ci ilin avqustundan Burundi prezidenti və "Demokratiyanın müdafiəsi naminə Milli Konqres-demokratiyanı müdafiə qoşunları"nın lideridir. Bu partiya xutu qəbiləsinin üsyançı qruplaşmalarının bazasında yaradılıb.

Burundi konstitusiyasına görə bu ölkədə bir adam ən çoxu iki dəfə prezident seçilə bilər. Amma Nkurinziza 2015-ci ildə iki prezidentlik müddətini başa vurandan sonra üçüncü dəfə namizədliyini irəli sürüb. Onun tərəfdarları iddia ediblər ki, Nkurunziza daha bir müddət prezident seçilmək haqqına malikdir, çünki 2005-ci ildə ümumxalq səsverməsi ilə seçilməmişdi. Onu prezident vəzifəsinə parlament təyin etmişdi.

Müxalifət isə Nkurinzizanın üçüncü dəfə namizədliyini irəli sürməsini 12 il davam edən, 300 mindən çox insanın ölümünə səbəb olan vətəndaş müharibəsinə son qoyan sülh razılaşmasının pozulması kimi qiymətləndirdi və öz tərəfdarlarını küçələrə çıxardı. Lakin Nkrunzizanın rejimi kütləvi etirazları qanla boğdu.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 2406   Tarix: 10 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"İranın nüvə silahı yoxdur"

"İranın nüvə silahı yoxdur, bu faktı Atom Enerjisi üzrə Beynəlxalq Agentlik də təsdiq edir". "Qafqazinfo" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkə mediasına müsahibəsində deyib. Onun sözlərinə görə, İranın öz nüvə doktrinasını dəyişməsi barədə müzakirələ

19 aprel
.

Dünyanın ən təmizkar ölkələri məlum olub

Braziliya sakinləri dünyanın ən təmiz insanları seçiliblər. Bunu müxtəlif ölkələrdə insanların yuyunma və duş qəbulunun müntəzəmliyini təhlil edən Dünya Əhali İcmalı layihəsinin məlumatları sübut edir. Araşdırmaya görə, braziliyalıların 99 faizi hər gün yuyunur, lakin əksəriyyəti bunu daha tez-tez edir

17 aprel
.

Türkiyədə gecə baş verən zəlzələnin ANBAAN VİDEOSU

Türkiyənin Tokat şəhərinin Sulusaray rayonunda baş verən və ətraf ərazilərdə hiss edilən 4,7 bal gücündə zəlzələ təhlükəsizlik kameralarına əks olunub. bu barədə "Haber Global"a istinadən xəbər verir. Qeyd edək ki, təbiət hadisəsi yerli vaxtla 01:06-da (Bakı vaxtı ilə 02:06) qeydə alınıb. Bələdiyy

18 aprel
.

32 şagird toyuq ətindən zəhərləndi

32 şagird toyuqdan zəhərlənib. xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. Belə ki, orta məktəbinin 32 şagirdi "kermes" günündü yedikləri toyuq və düyüdən zəhərlənib. Şagirdlər xəstəxanaya aparılıb. Hazırda müalicə olunurlar. Onların həyati təhlükəsinin olmadığı öyrənilib

19 aprel
.

"Hörümçək adam"ın adından dələduzluq edildi

Hakerlər "Hörümçək adam" rolu ilə tanınan Hollivud aktyoru Tom Hollandın səhifəsini sındırıblar. Fırıldaqçılar onun adından saxta kriptovalyuta reklam edib və səhifədə fişinq linkləri yerləşdiriblər. Aktyorun "X" sosial şəbəkəsindəki səhifəsində (keçmiş "Twitter") Tom Hollandı

19 aprel
.

11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO

İranın Şiraz şəhərində 11 yaşlı qız şəxsi evində paltar satan 50 yaşlı qadını bıçaqlayaraq öldürüb. Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər yayıb. Məlumata görə, qatilin 40 yaşlı anası isə öldürülən qadının qızını yaralayıb. 11 yaşlı qızın cinayəti törətməsinə səbəb satıcını

19 aprel
.

Putinin adına rayon salınır

Rusiya Prezidenti Vladimir Putinin adını daşıyacaq rayon salınır. "Qafqazinfo" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Bildirilib ki, rayonun Çeçenistanın paytaxtı Qroznıda salınması planlaşdırılır. Bildirilib ki, bununla bağlı 35 min yerli sakin arasında sorğu keçirilib. Yeku

17 aprel
.

Yeni quş qripi virusu aşkarlandı

Bolqarıstanın cənubundakı Asenovqrad şəhəri ərazisində daha bir quş qripi virusu yayılıb. "Report" xəbər verir ki, bu barədə Bolqarıstanın Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Virus baytarlar tərəfindən təxminən 154 min toyuq olan fermada aşkarlanıb. Bir həftə əvvəl virus Haskovo şəhərind

18 aprel
.

Mariya Zaxarova: "Rusiya Ermənistandan aydın reaksiya və rəsmi təkzib gözləyir"

"ABŞ və Avropa İttifaqı (Aİ) ilə hərbi-siyasi razılaşmalar barədə məlumatların mətbuatda yer almasından sonra Rusiya Ermənistandan aydın reaksiya və rəsmi təkzib gözləyir". Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova brifinqdə çıxışı zamanı deyib. "Əvvəllə

18 aprel