"Naxçıvan"da silahlı cinayət törədən avtoritetlə bağlı – Qərar

"Naxçıvan"da silahlı cinayət törədən avtoritetlə bağlı – QərarBakıda iki kriminal qruplaşma arasında baş verən silahlı insidentin iştirakçılarından biri olan Hikmət Abbasquliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının vəsatətinə baxılıb.

Sonxeber.az Teleqraf.com-a istinadən xəbər verir ki, Sabunçu rayon Məhkəməsində hakim Ziya Şirinovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Qərara görə, istintaq orqanını vəsatəti təmin olunub və Hikmət Abbasquliyevin barəsində seçilmiş həbs qətimkan tədbiri 2 ay müddətinə artırılıb.

Qeyd edək ki, Sabunçu rayonunun Ramana qəsəbəsində, məcburi köçkünlərin "Şuşa şəhərciyi"nin ərazisindəki "Naxçıvan" kafesində bu ilin avqustun 9-da silahlı insident olub. Nəticədə bir nəfər ölüb, bir nəfər isə yaralanıb.

Gecə saat 22:00 radələrində naməlum şəxs "Kalaşnikov" markalı avtomatla kafeyə daxil olaraq atəş açıb.

Bakı şəhər sakinləri — əvvəllər Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə məhkum olunmuş 1985-ci il təvəllüdlü Namiq Məhərrəm oğlu Allahverdiyevə və 1984-cü il təvəllüdlü Elxan Kərimova xəsarət yetirilib.

Nəticədə Namiq Allahverdiyev ölüb, Elxan Kərimov isə ağır yaralanaraq 3 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilib. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

Məlumata görə, cinayətin törədildiyi yerə dərhal Sabunçu rayon Polis İdarəsinin əməliyyatçıları, həmçinin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları gəlib.

Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qətlin üstü "isti izlər"lə açılıb.

Qətli törətməkdə şübhəli bilinən şəxsin həmin qəsəbə sakini, əvvəllər Cinayət Məcəlləsinin 226-cı (Radioaktiv materiallarla qanunsuz davranma), 204-cü (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) və 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə məhkum olunmuş, 1967-ci il təvəllüdlü Hikmət Abbasquliyev olması müəyyən edilib. Şübhəli şəxs görülmüş tədbirlər nəticəsində saxlanıb.

Məlum olub ki, Hikmət Abbasquliyev həmçinin Rusiya Cinayət Məcəlləsinin 105.1 (qəsdən adam öldürmə) maddəsi ilə də həbsdə yatıb və hadisədən bir neçə ay əvvəl cəzaçəkmə müəssisəsindən çıxıb.

Hikmət Abbasquliyev ələ keçirilərkən ondan 1 ədəd nömrəsi silinmiş "AKMS" markalı silah, 17 ədəd patron və 1 ədəd patron darağı maddi sübut kimi götürülüb.

Onunla yanaşı, cinayətin digər iştirakçıları da məlum olub. Onlar — 1986-cı il təvəllüdlü Babək Xudiyev və 1984-cü il təvəllüdlü Çingiz Xudiyev qardaşlarıdır.

Cinayətdə iştirak edən digər şəxslərin isə Qadir və Oqtay adlı qardaşlar olduğu müəyyən edilib.

Hadisə nəticəsində ölən Namiq Allahverdiyevin də kriminal aləmin üzvlərindən olduğu bildirilir. Digər şəxslərin də kriminal aləmlə əlaqələrini olması deyilir.

İstintaq orqanı tərəfindən Hikmət Abbasquliyevin barəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.4-cü ( xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə ittiham elan edilib.

Hazırda cinayət işi üzrə Sabunçu rayon Prokurorluğunda istintaq hərəkətləri davam edir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 4166   Tarix: 10 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda dəhşətli qətl - Qardaş bacısını amansızlıqla öldürdü

Sentyabrın 15-i saat 16 radələrində Kürdəmir rayon sakini 1986-cı il təvəllüdlü Dilarə Nəsirovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Kürdəmir rayon Prokurorluğundan -a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı 1984-cü il təvəllüdlü Xəya

16 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏTLİ OLAY - Dostu ilə əlbir olub qardaşını öldürdü

Prokurorluq Bərdədə baş vermiş hadisə ilə bağlı məlumat yayıb. Rayon prokurorluğundan -a daxil olan məlumatda deyilir:. "Avqustun 28-i saat 20 radələrində Bərdə rayonu, Hacallı kəndində transformatorun içində kənd sakini, 1988-ci il təvəllüdlü Səxavət Nəzərovun meyitinin aşkar edilməsi barədə rayo

30 avqust 2021
.

Azərbaycanda qayınata 19 yaşlı gəlinini boğaraq öldürdü

Naxçıvan Muxtar Respublikasında (MR) qətl hadisəsi baş verib. -ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, MR-in Babək rayonunda 67 yaşlı Əli Məmmədov gəlini 19 yaşlı Jalə Məmmədovanı boğaraq qətlə yetirib. Ə.Məmmədov tutulub. Faktla bağlı Babək Rayon Prokurorluğunda araşdırma aparılı

13 sentyabr 2021
.

Bakıda ər qrup şəklində cinsi əlaqə təklif edən arvadına 18 bıçaq zərbəsi vurub – İSTİNTAQ MATERİALLARI

Boşanmış şəxslərin və ya boşanmaq istəyən insanların bir-birinə ədavətinin davam etməsi, bunun qanlı nəticələri haqqında kriminal təcrübədə sonsuz sayda nümunələr var. Xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla adam öldürmə ilə nəticələnən belə bir nümunə ilə sizi tanış edəcəyik. Mətbuatda bununl

13 sentyabr 2021
.

Cəlilabadda DƏHŞƏT - 18 yaşlı gənc evində döyülərək baltalandı

Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib. -ın məlumatına görə, hadisə rayonun Şükürlü kəndində qeydə alınıb. Belə ki, Şükürlü kənd sakini, 18 yaşlı Şəbi Şəbiyev evlərində bir neçə şəxs tərəfindən döyülüb. Ağır xəsarət alan Ş. Şəbiyevə baş nahiyyəsindən balta xəsarəti də yetirilib. Yaralı ağır vəziyyətd

11 sentyabr 2021
.

Kürün sahilində narkotik becərənlər saxlanıldılar - FOTO

Salyan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat tədbiri keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan -a verilən məlumat

4 sentyabr 2021
.

Zeytunluqda kişi həyat yoldaşını bıçaqladı

Sentyabrın 12-i saat 22 radələrində paytaxtın Binəqədi rayonu, Bağpark küçəsi, Zeytunluq massivində 1996-cı il təvəllüdlü Təhminə Hüseynovaya bıçaqla xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Binəqədi rayon prokurorluğundan -a verilən məlumata görə, aparılan araşdırmalarl

13 sentyabr 2021
.

Şirvanda narkoman avtomobili oğurlayaraq yandırdı – FOTO

Şirvan sakini oğurladığı avtomobili yandırıb, saxlanılan zaman onun üzərində narkotik vasitə olan heroin aşkar edilib. xəbər verir ki, avqustun 20-də əvvəllər məhkum olunan Şirvan sakini, 1997-ci il təvəllüdlü Qasımzadə Sakit Qasım oğlu saat 5.00 radələrində avtomobil təmiri sexindən Şirvan sakini, F.Namazov

22 avqust 2021
.

Abşeronda ər arvadını QƏTLƏ YETİRDİ

Avqustun 24-də Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində 1995-ci il təvəllüdlü Sultanova Kəmalə Gülmirzə qızının qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur. Abşeron rayon prokurorluğundan -a verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertini

25 avqust 2021