Dolların satışı bahalaşdı - BANKLARIN GƏTİRDİYİ SƏBƏBLƏR

Dolların satışı bahalaşdı - BANKLARIN GƏTİRDİYİ SƏBƏBLƏRBu gün səhərdən başlayaraq banklar dolların satışını bahalaşdırıblar.

Sonxeber.az fed.az-a istinadla xəbər verir ki, bahalaşma az olsa da, bazara təsir etməkdədir, buna baxmayaraq, valyuta satışı tam sərbəst şəkildə həyata keçirilir.

Qeyd edək ki, ötən həftənin əvvəlindən dolları 1.7020-yə satan əksər banklar hazırda valyutanın satışını 1.7030 manata elan ediblər. "Naxçıvan Bank" isə dollar almaq istəyənlərə daha yüksək mübadilə kursu təklif edir - 1.7050.

Dollar satışının sabit qalması "Paşa Holding"in bank qrupuna daxil olan iki bankda müşahidə edilir. Belə ki, "Paşa Bank" və "Kapital Bank" məzənnəni dəyişdirməyərək 1.7020 səviyyəsində saxlayıblar. Eyni zamanda, dövlət bankı olan "Azər-Türk Bank" da dolların satış kursunu artırmayıb. Digər 12 bank isə satışı 1.7030 kursu ilə həyata keçirirlər.

Məzənnəni qaldırmış banklardan bir neçəsi ilə söhbətimiz zamanı məlum oldu ki, kursun yüksəlməsi dollara tələbatın artması ilə bağlı olub. Bankların valyuta ilə təminatında isə heç bir problem olmadığından müştərilər istədikləri qədər dollar ala bilirlər.

Məlumdur ki, Azərbaycanda bir neçə bank gəlirlərini məhz mübadilə kursu üzərində qurub. Ancaq bir qrup banklar da var ki, onlar mübadilə əməliyyatlarından qazanca çox böyük üstünlük vermirlər. Lakin bu banklar da dolların satış kursunu artırıblar. Bunun səbəbinə gəlincə, maraqlı da olsa, qeyd edək ki, banklar əlindəki dolları satmaq istəmirlər. Niyə?

İlin sonuna yaxın idxal əməliyyatları ilə əlaqədar olaraq bankların dollar satmaqda maraqlı olmadığını nəzərə alsaq, satış kursunun qalxmasında həm də bu amilin təsirini görə bilərik. Başqa sözlə, banklar əlindəki valyutanı müştərilərinin il yekununda idxal əməliyyatları üçün ödəmələrə və turizm məqsədləri üçün ehtiyat saxlamaq üçün xərcləmək istəmirlər.

Qeyd edək ki, son vaxtlar Azərbaycanda dollara tələbatın artması ancaq psixoloji faktorlarla bağlı olur. Bu ilin yazında Rusiya və Türkiyədə milli valyutaların bahalaşması nəticəsində mart-aprel aylarında dollar almaq istəyənlərin sayı kəskin artsa da, ölkənin monitar siyasətini həyata keçirən Mərkəzi Bank bu süni amili cilovlamağa və dollara tələbatın tam ödənilməsinə imkan yaratdı.

İqtisadçı ekspertlərin bir qismi isə ölkənin tədiyyə balansındakı profisiti nəzərə alaraq, dolların bahalaşmayacağını proqnoz edirlər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 6222   Tarix: 10 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Millət vəkilindən qeyri-neft sektorundakı artımla bağlı AÇIQLAMA

Bu ilin ilk 4 ayında Azərbaycan iqtisadiyyatında azalma tempinin səngiməsi müşahidə olunub. xəbər verir ki, millət vəkili Vüqar Bayramov bildirib ki, 2021-ci ilin yanvar-aprel aylarında ölkədə 25 milyard 78 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz az ümumi daxili məhsul istehsa

19 may 2021
.

İsraillə Azərbaycan arasında dəyirmi masa keçirildi

İsrailin Təl-Əviv şəhərində Azərbaycanın Ticarət və Turizm nümayəndəlikləri açılıb, İsrail biznes dairələrinin iştirakı ilə İşgüzar Dəyirmi Masa keçirilib. İqtisadiyyat Nazirliyindən -a bildirilib ki, işgüzar görüşdə çıxış edən Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birg

31 iyul 2021
.

Mikayıl Cabbarovdan qeyri-neft ixracı ilə bağlı AÇIQLAMA

Azərbaycanda qeyri-neft ixracının təşviqi tədbirləri bu sahədə artımı sürətləndirib. xəbər verir ki, bu barədə İqtisadiyyat Naziri Mikayıl Cabbarov məlumat verib. Nazir bildirib ki, pandemiyanın təsirlərinə baxmayaraq, göstəricilər müsbətdir: "İlkin nəticələrə görə, əvvəlki ilin müvafiq dövrü il

6 may 2021
.

Azərbaycanda dollar yenidən bahalaşır? - AÇIQLAMA

Son günlər ərzində bankların dollar satışında qoyudğu məhdudiyyətlər cəmiyyətdə müəyyən aajiotaja səbəb olub. Əhali arasında yenidən devalvasiyanın olması ilə bağlı müəyyən narahatlıq var. Bəs görəsən bu narahatlığa ciddi əsas varmı? Devalvasiya təhülkəsi gözlənilirmi?. Mövzu ilə bağlı -ın sualların

6 may 2021
.

İdxal və ixrac olunan məhsullar AÇIQLANDI

Bu ilin yanvar-may aylarında idxal və ixrac olunan məhsullar açıqlanıb. Dövlət Statistika Komitəsindən -a verilən məlumata görə, yanvar-may ayları ilə müqayisədə bu ilin beş ayında mühüm məhsul növlərindən buğda idxalı 14,7 faiz, xam şəkər və şəkər 0,8 faiz, kartof 14,7 faiz, çay 6,7 faiz, təzə tərəvə

24 iyul 2021
.

Muzdla çalışanların SAYI artıb - STATİSTİKA

Mayın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 min nəfər və ya 0,1 faiz artaraq 1 milyon 678,4 min nəfər olub. Dövlət Statistika Komitəsindən -a bildirilib ki, onlardan 913,6 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 764,8 min nəfəri isə qeyri-dövlə

13 iyun 2021
.

İnvestisiya Holdinqinin idarə edəcəyi qurumlarla bağlı - Sərəncam

Baş nazir Əli Əsədov Prezidentinin "Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı"nda dəyişiklik edilməsi haqqında" Fərmanının icrasının təmin edilməsi barədə sərəncam imzalayıb

8 may 2021
.

Ticarət mərkəzləri və "mall"ların fəaliyyəti nə zaman bərpa ediləcək? - AÇIQLAMA

Son günlər ərzində koronavirusa yoluxanların sayında azalma müşahidə edilir. Karantinlə bağlı bəzi qadağalar aradan qaldırılsa da ticarət mərkəzləri və "mall"ların fəaliyyəti hələ də bərpa edilməyib. Bəs görəsən bu məsələ ilə bağlı tətbiq edilən qadağalar aradan qaldırıla bilərmi?. Mövzu il

5 may 2021
.

Azərbaycan və İran arasında ticarətin inkişaf etdirilməsi məqsədilə işlər görülür - İranlı rəsmi

Azərbaycan və İran arasında ticarətin inkişaf etdirilməsi məqsədilə işlər görülür. Bunu Trend-ə açıqlamasında İranın Şərqi Azərbaycan valisinin iqtisadi məsələlər üzrə müavini Əli Cahangiri deyib. Ə.Cahangirinin sözlərinə görə, İran və Azərbaycan arasında bir çox sahələr üzrə əməkdaşlıq imkanı var. Hazırd

13 iyul 2021