Dünyanın taleyini dəyişdirən 5 nəfərlə bağlı ağlınızı başınızdan alacaq FAKTLAR - FOTO

Dünyanın taleyini dəyişdirən 5 nəfərlə bağlı ağlınızı başınızdan alacaq FAKTLAR - FOTOAvstriyanın Vyana şəhərində tarix boyunca çox əhəmiyyətli hadisələr baş verib. Lakin şəhərin tarixində 1913-cü il həqiqətən maraqlıdır. Söhbət bir çox tanınmış insanın burada eyni vaxtda yaşamasından gedir. Əslində, Vyana müxtəlif dövrlərdə çox əhəmiyyətli adlara ev sahibliyi etmiş, onların yolları Vyanadan keçmişdi. Lakin dünyanın taleyini sonradan dəyişdirəcək bu qədər insanın eyni tarixdə bu şəhərdə yaşaması təsadüf idimi?

Sonxeber.az publika.az-a istinadən xəbər verir ki, 1913-cü ildə Adolf Hitler, İosif Stalin, Lev Trotski, İosip Broz (Tito) və Ziqmund Freyd Vyanada yaşayırdılar, hətta evləri piyada gediləcək məsafə qədər yaxın idi.

Aşağıda XX əsrə damğasını vuran 5 nəfərdən bəhs ediləcək.

- Keçmiş SSRİ lideri İosif Stalin bir ay burada qalıb.

- Psixoanaliz elminin banisi avstriyalı nevroloq Ziqmund Freyd 1860-cı ildə Vyana şəhərinə köçüb və 1928-ci ildə Avstriyanın nasistlər tərəfindən işğal edilməsindən sonra şəhəri tərk edib.

- Nasist lideri Adolf Hitler rəssam olaraq çalışdığı 1908-1913-cü illərdə Vyanada yaşayıb.

- İosip Broz, daha sonra Yuqoslaviya lideri Marşal Tito Avstriya-Macarıstan ordusunda xidmət etməzdən əvvəl bir zavodda işçi idi.

- Rusiya inqilabçısı Lev Trotski 1907-1914-cü illərdə Vyanada yaşamışdır.

Krakovdan gələn bir qaçaq

1913-cü ilin yanvarında Krakovdan gələn bir qatarda pasportunda Stavros Papadopulos adı yazılan birisi Vyananın şimal terminalına ayaq basdı. Kəndli qiyafətində olan bu adamın əlində taxta çamadan var idi. "Mən bir masada oturmuşdum. Qapı qəflətən açıldı və tanımadığım bir adam içəri girdi. Bu qısa, zəif adamın gözlərində dostluqdan başqa bir şey görməmişdim", - deyərək Stavros Papadopulosdan bəhs edən isə məşhur rus intellekti və "Pravda" qəzetinin redaktoru Lev Trotski idi. Onun bəhs etdiyi, Stavros Papadopulos adlı kəndli qiyafətində olan şəxs isə yoldaşları tərəfindən "Koba" adlandırılan İosif Stalin idi. Trotski və Stalin XX əsrə istiqamət verən və 1913-cü ildə Vyanada olan məşhurlardan yalnız ikisi idi.

Trotski və Stalinin o il Vyanada olmasının digərlərindən fərqli səbəbləri var idi. Hər iki inqilabçı Vyanada qaçaq həyatı yaşayırdı. Amma Ziqmund Freydin bu şəhərdə oturaq bir həyatı var idi. İzləyiciləri tərəfindən insan zehninin sirlərini aşkar edən böyük psixoanalist kimi xatırlanan Freyd 2013-cü ildə şəhərin Berggasse adlı səmtində işləyir və yaşayırdı.

Daha sonralar Yuqoslaviyanın böyük lideri Marşal Tito kimi tanınan gənc İosip Broz 1913-cü ildə Vyananın cənub hissəsində avtomobil zavodunda bir qədər pul qazanmaq və gözəl vaxt keçirmək üçün çalışırdı.

Nəhayət, Avstriyanın şimali-qərbindən gələn və Vyana Akademiyasında təsviri sənət öyrənmək arzusunda olan, lakin iki dəfə rədd cavabı alan Adolf Hitler də həmin il orada idi.

Çox böyük təsadüf

Vyana kiçik bir şəhərdir. Bu beş insanın qarşılaşmaması mümkün deyil. Kim bilir, bəlkə, bir küçədə qarşılaşdılar, bəlkə eyni tramvay dayanacağında gözlədilər və ya eyni yeməkxanada yemək yedilər. Kim bilir, bəlkə kiminsə cibində olan kağız pulları dolaşaraq başqa birinin cibinə girib, kim bilir... Hitler əlində yemək oturmaq üçün masa axtararkən keçi saqqallı, eynəkli Trotskidən "bu yer boşdurmu?" deyə soruşur və "Nein" (Yox) cavabını alır. Ardınca Stalin gələrək o masaya oturur və "Bu kimdir?" deyə Trotskidən soruşur. "tTanımıram", - Trotski cavab verir. Buna oxşar bir çox ehtimallar ola bilər, çünki onların qarşılaşmama ehtimalı yox idi.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 1787   Tarix: 10 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Fransa öz vətəndaşlarını İranı tərk etməyə çağırıb

Fransa Xarici İşlər Nazirliyi həmvətənlərini İranı tərk etməyə çağırıb. Məlumata görə, Xarici İşlər Nazirliyi gərginliyin növbəti raundu və hərbi eskalasiya təhlükəsi ilə əlaqədar fransızlara İran ərazisini müvəqqəti tərk etməyi tövsiyə edib. Ölkədə qalanlara həddindən artıq ehtiyatlı olmaları və insanları

14 aprel
.

Rusiyada TikTok bloklana bilər

Rusiyanın Sosial Şəbəkələrin və Messencerlərin Peşəkar İstifadəçiləri Assosiasiyası ölkədə TikTok-un bloklanmasını istəyir. "Qafqazinfo" TASS-a istinadən xəbər verir ki, assosiasiya Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidmətinə ("Roskomnadzor"

16 aprel
.

Biznesmenin yarım milyardı oğurlandı

Rusiyanın Moskva şəhərində iş adamı Absolut Bankın işçilərini seyfdən yarım milyard rubl oğurlamaqda və onları saxta bank biletləri ilə əvəzləməkdə ittiham edib. Rusiya KİV-ə istinadla bildirir ki, əlli yaşlı iş adamı seyfdə saxladığı əmanət üçün Malı Suxarevski prospektindəki filiala gəlib. O, pul alma

15 aprel
.

Ölümündən 2 gün əvvəl II Yelizaveta baş nazirə nə məsləhət verib?

Böyük Britaniyanın keçmiş baş naziri Truss ölümündən iki gün əvvəl II Yelizaveta ilə danışıb. -ın xarici mediaya istinadən xəbərinə görə, Liz Truss mərhum kraliça II Yelizavetanın ona məsləhət verdiyini deyib. Siyasətçi etiraf edib ki, o, monarxın sözlərinə qulaq asmadığına görə təəssüflənir. Monar

15 aprel
.

Arvadını və iki uşağını öldürüb, intihar edən kişinin məktubu TAPILDI

İspaniyanın Barselona şəhərində bir kişi həyat yoldaşını və iki uşağını öldürdükdən sonra intihar etdi. xarici mediaya istinadən xəbər verir ki, həyat yoldaşını, 8 yaşlı oğlunu və qızını öldürən şəxs daha sonra həyatına son qoyub. Barselonanın El Prat de Llobregat bölgəsində baş verən hadisədə 43 yaşl

15 aprel
.

Dubayda qızıldan hazırlanan alt paltarları satışa çıxarıldı - VİDEO

Sosial şəbəkədə yayılan video insanların marağına səbəb olub. Dubayda qızıldan hazırlanan alt paltarları satışa çıxarılıb. Bildirilir ki, 750 qram qızıl istifadə edilərək hazırlanan iç geyiminin dizaynı türk zərgərlərinə məxsusdur. Həmin paylaşımı təqdim edirik:

15 aprel
.

Atasını bıçaqlayıb intihar etdi

Türkiyədə intihar hadisəsi olub. yerli mediaya istinadla bildirir ki, hadisə Denizli şəhərinin Merkezefendi qəsəbəsində baş verib. Yaşadıqları evdə E.G. ilə atası M.G. arasında naməlum səbəbdən mübahisə yaşanıb. Mübahisə zamanı oğul atasını bıçaqla yaralayıb və hadisə yerindən qaçıb. Polis əməkdaşlarını

15 aprel
.

Putinə Rusiya prezidentinin vəsiqəsi təqdim edildi - Foto

Rusiya Prezidenti Vladimir Putin Kremldə ölkənin Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova ilə görüşüb. "Qafqazinfo" TASS-a istinadən xəbər verir ki, görüş zamanı Putinə Rusiya Federasiyasının prezidenti vəsiqəsi təqdim edilib. Rusiya lideri, həmçinin Pamfilovaya mart ayında baş tuta

16 aprel
.

"Hind peyğəmbəri"nin proqnozları özünü doğrultmağa başladı - O nə demişdi?

Hindistanlı astroloq Abiqya Anand ötən ilin sonunda bir sıra təbii fəlakətlər barədə xəbərdarlıq edib. xarici KİV-ə istinadən xəbər verir ki, Yaponiya və Tayvanda baş verən son zəlzələlər onun proqnozlarını təsdiqləyir. Hindistanlı astroloq Abiqya Anand 2024-cü il üçün nə proqnozlaşdırdı?. Keçən ili

15 aprel