Heydər Əliyevlə Putin arasındakı münasibətlərdə SİRLİ MƏQAMLAR və "ŞƏRƏF ANDI"

Heydər Əliyevlə Putin arasındakı münasibətlərdə SİRLİ MƏQAMLAR və "ŞƏRƏF ANDI"Postsovet epoxasının siyasi sirləri arasında hakimiyyətin pərdəyə bürünmüş yüksək təbəqəsində Vladimir Putinlə Heydər Əliyev arasındakı münasibətdə hələ də gün üzünə çıxmayan məqamlar qalıb. Şəxsiyyətlər arası "kimya" haradan qaynaqlanır? Ümumiyyətlə, bunun mənası nədir? Vladimir Putinin 2000-ci ildə prezident seçkilərindəki qalibiyyətindən sonra uzunmüddətli siyasi yaxınlıq, eyni zamanda Moskva və Bakı arasındakı qarşılıqlı hörmətə söykənən münasibəti anlamaq məhz bu sualın cavabından asılıdır.

Sonxeber.az-ın publika.az-a istinadən təqdim etdiyi yazı bu sualların cavabını tapmağınıza köməklik göstərəcək:

Fabula

İyirmi ilə yaxındır ki, Rusiya və Azərbaycan arasındakı qarşılıqlı münasibətlərin "incə" məqamlarının meyvələrini müşahidə edirik. Postsovet məkanı üçün unikal sayılan belə uzunmüddətli qarşılıqlı xoş münasibəti, müxtəlif modullarda 3 faktorla əlaqələndirə bilərik: elit təbəqənin fikir yaxınlığı - hər iki ölkənin ümumi konservatizm dəyəri, birgə həyata keçirilən investisiya - iqtisadi və digər biznes layihələrin inkişafı yolu ilə "qeyri-liberal demokratiya" modelinin qarşılıqlı dəstəyi, mirasın qorunması məsuliyyəti, "rəngli inqilablar", Cənubi və Şimali Qafqazın hərbiləşdirilmiş yeraltı mənbələrindən silahlanan gözlənilməz islam inqilablarına qarşı xüsusi xidmət qüvvələrinin sıx qarşılıqlı fəaliyyəti. Dərhal qeyd edək ki, bu qarşılıqlı təsir formulu Qarabağ münaqişəsində yaranmış əngəlləri aşacaq.

Bu, müəyyən olunmuş qaydalardan, yaxud yüksək dərəcənin elit kommunikasiyalarının normasının məchul modelindən yola çıxsaq, son 20 ildə ikitərəfli münasibətlərin çətinlikləri (tutaq ki, qərb şirkətlərinin Xəzər resurslarına sahib çıxması, yaxud Qəbələdəki RLS-nın qarşılıqlı fəaliyyət xarakteri) müvəqqəti idi, və qarşılıqlı inamı sual altında qoyacaq münaqişələrə səbəb olmadı. Digər tərəfdən isə İlham Əliyevin 2015-ci ildə Riqa Şərq Əməkdaşlığı Sammitində iştirakdan imtina etməsi Moskva üçün, Bakının Krım mövzusunda Kiyevlə həmrəy olmasına rəğmən, Moskva ilə hazırlanmış razılıq modelinin qorunmasına şərait yaratdı.

Liderlər

Rus və Azərbaycan bürokratiyası ümumi tarixə əsaslanır. Hakim sinif, 1960-cı ildən öncə bolşeviklər (Azərbaycan üçün bu xətt Vəli Axundovdan Heydər Əliyevə qədərdir), 1990-cı ildən isə siyasi idealistlər və postsovet kapitalistləri arasındakı sərt seçki rəqabətində qalib gələn hakimiyyətdir. Söhbət "Andropov çağırışı" adlanan hakim təbəqədən gedir. Bu insanlar müxtəlif idarəetmə sahələrindən, hakimiyyətdən və sovet ölkələrindən idilər. Buna baxmayaraq hamısı eyni dalğaya köklənmişdilər, həyatın bütün sahələrini və iqtisadiyyatı dərindən modernizə etməyə doğru addımlayırdılar. Heydər Əliyev də onlardan idi. Hətta daha da dəqiq desək, Əliyev həmin dalğanın liderlərindən idi.

Vladimir Putin müəyyən həddə Andropov yeniliklərinin irsinə sadiq idi. Elə qarşılıqlı anlaşma da bu bünövrə üzərində quruldu. Söhbət Heydər Əliyevlə Putin arasındakı hamıya məlum olan fikir ortaqlığından gedir. İllərini kəşfiyyat xidmətinə və təhlükəsizlik sisteminə verən bütün insanlar kimi Putini Heydər Əliyevə peşəkar qardaşlıqdan ziyadə, həm də dərin və aşkar hörmət bağlayırdı.

Heydər Əliyev bunu yaxşı bilirdi. Heydər Əliyevin Putindən hansı "şərəf andı" aldığını yalnız ehtimal etmək olar. Amma istənilən halda Heydər Əliyevdən Putinə Azərbaycanın ünvanına buna bənzər şifahi müraciət qalmalı idi. Putinin sözünə nə dərəcədə əməl edən insan olduğunu da unutmayaq. Boris Yeltsindən ona miras qalmış, Yeltsinin ailəsi üçün dərin anlam daşıyan bütün fiqurlar, həmçinin daxili siyasət və iqtisadiyyatın daxili balansı maksimal müddət ərzində toxunulmaz qaldı.

Aydındır ki, Heydər Əliyev Putinin onun son istəyinə qarşı bəslədiyi münasibətdən və yuxarıda sadaladığımız mental yüksək dəyərlərindən xəbərdar idi.

Rusiyanın Prezident Administrasiyasının keçmiş rəhbəri Sergey İvanovla onun həmkarı, Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin çıxışları və açıqlamaları üzərində hazırlanmış tezislərə diqqət yetirin. Hər ikisi konservativ dəyərlərin əhəmiyyətindən, dövlətin və cəmiyyətin müxtəlif mərhələlərində suverenliyin qorunmasının çətinliyindən bəhs edirlər. Xatırladaq ki, Ramiz Mehdiyev Rusiya Təhlükəsizlik Şurasının rəhbərləri ilə həm ikitərəfli əsasda, həm də MDB ölkələrinin Təhlükəsizlik Şurasının katiblərinin illik sammitinin iştirakçı kimi davamlı əlaqə saxlayır. Bir-biri üçün bu qədər doğma ideyalara malik iki dövlətin münasibəti daim güclənir. Çətin ki, Ermənistanın baş naziri Nikol Paşınyan və Putin arasında hətta iki dövlət arasındakı stabilliyin qorunması çərçivəsində belə yaxın münasibət yaransın.

Sistem

16 ildən sonra da mahiyyət etibarilə çox az şey dəyişib. Atasının siyasi irsini qoruyan İlham Əliyevlə Vladimir Putin bu gün də ölkələri arasındakı əməkdaşlığa istiqamətləniblər. Əlbəttə ki, onların effektivliyi bürokratik sistemlərin patologiyalarına – korrupsiyadan tutmuş digər özünü göstərən tendensiyalara qarşı dayanıqlı qabiliyyətindən asılıdır. Azərbaycan və Rusiya məsələsində güclü rəqiblərə ehtiyac olmayan Qərb liberal layihəsinin xarici təzyiq problemi də var. Lakin başqa bir problem də var. Bu da son onilliklər ərzində yüksələn "yanan cənub" - islamçı reaksiyanın xaosudur. Bu şəraitdə də ayaqda qalmaq üçün elit təbəqə cəmiyyətin dəstəyinə və səfərbərliyinə ehtiyac duyur.

Əlbəttə ki, sovet ittifaqının SSRİ-Amerika "soyuq müharibəsi" adlı qarşıdurması dövründə olduğu kimi, sanksiyalara cavab olaraq, Qərb dünyası ilə ticarət və iqtisadi əlaqələri azaltmaq, texniki modernizasiya təcrübəsi əldə etmək üçün kanalları kəsmək doğru deyil. Yuri Andropovun da vaxtilə dediyi kimi, Qərb layihəsinin dəyəri də bundadır. Sadəcə işimiz hansı Qərblədir deyə daha dəqiq anlayış formalaşıb. Biz "günbatan Avropa"da əxlaqi və mənəvi cəhətdən xəstə olan, şəxsi və siyasi maksimal azadlığın konservativ, ailə və dövlət dəyərlərini udduğu marşruta minib daha da uzağa getdiyini görürük. Bu mənəvi revmatizm isə postsovet məkanının biznes və siyasətinə də təsirini göstərir.

Elə bu fonda Azərbaycanla Rusiyanın həmrəyliyi əsasında qurulan " Qərbin alternativi" layihəsi universal prinsiplər, modernizasiya ilə ailə, dövlət dəyərlərinə hörmətin sintezini təşkil edir.

Bu layihənin genişləndirirlməsi ölkələrimizin eləcə də digər dövlətlərin avro-atlantik dünyada inkişafına səbəb olacaq.

Əlbəttə, Rusiyanın və Azərbaycanın miqyasını yumşaq desək yanaşı qoymaq mümkün deyil. Beynəlxalq gündəmdə, sektoral və korporativ maraqlarda fərqlər var. Qarabağ münaqişəsinin həll olunması ilə əlaqədar bəzi fəsadlar mövcuddur. Ancaq Moskva və Bakının fikirləri arasındakı bənzərliklər ümumi vektorun maraqlı mozaikasını çizir. Rusiyada və Azərbaycanda yaşayan bizlər həqiqətən şanslıyıq ki, müasirlərimiz Heydər Əliyev və Vladimir Putin buna nail olublar.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2980   Tarix: 12 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Bu il bu proses davam edəcək"

"Biz İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı nəticəsində böyük qəhrəmanlıq göstərmişik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində bildirib. "Şəhidlərimizin

18 mart
.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycana rəsmi səfərə gəlib - FOTO

Gürcüstanın Baş naziri İrakli Kobaxidze martın 16-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Gürcüstanın baş nazirini Azərbaycan Respublikas

16 mart
.

İlham Əliyev Vladimir Putini təbrik edib

Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib. Bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Prezident İlham Əliyev Vladimir Putini prezident seçkisində qələbə qazanması münasibətilə təbrik edib, ona ölkənin inkişaf

18 mart
.

Azərbaycan DİN qırğız vətəndaşlarla bağlı məlumat yaydı

Qırğız Respublikası hüquq-mühafizə orqanlarının 23 mart 2024-cü il tarixli mətbuat açıqlamasında Qırğız Respublikası ərazisində 5 nəfər azərbaycanlının şübhəli şəxs qismində saxlanması barədə məlumat verilib. xəbər verir ki, bununla bağlı Azərbaycan Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda qey

26 mart
.

Blinkendən Novruzla bağlı PAYLAŞIM

Baharın gəlişini və yeni başlanğıcları bildirən Novruz bayramınız mübarək. xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken "X" hesabında paylaşım edib. "Ailə bağları və daha parlaq bir gələcək üçün bu dəyərlərə sadiq qalaq", - deyə paylaşımda vurğulanıb

20 mart
.

Ərdoğan İlham Əliyevi Novruz bayramı münasibətilə təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Novruz bayramı münasibətilə təbrik edib. "Report"un məlumatına görə təbrikdə deyilir:. "Hər il təbiətin canlanmasını qeyd etdiyimiz və torpağın oyanışının rəmzi olan Novruz bayramı münasibətilə Zati-alinizə v

22 mart
.

Hikmət Hacıyev: "Azərbaycan və Ermənistan sülhə yaxındır, buna nail olmağa çalışılır"

"Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır, lakin təəssüf ki, buna mane olurlar". "Report" xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çinin "Phoenix"

29 mart
.

"Hesabatına ödənişi əlavə etməyi unudub" - Hikmət Hacıyev

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun sabiq baş katibi Anders Foq Rasmussenlə bağlı paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, Hacıyev bu barədə "X"də qeyd edib:. "NATO-nun keçmi

27 mart
.

Şahmar Hüseynova yeni vəzifə verildi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilən Şahmar Hüseynovun yeni iş yeri bəlli olub. SOCAR-dan "Qafqazinfo"ya verilən məlumata görə, o, fəaliyyətini bu şirkətdə davam etdirəcək. Belə ki, Ş.Hüseynov müvafiq əmrl

28 mart