Prezident: Siyasətimiz nəticəsində insanlar Ermənistanı kütləvi tərk edir

Prezident: Siyasətimiz nəticəsində insanlar Ermənistanı kütləvi tərk edirDekabrın 13-də Milli Olimpiya Komitəsində 2018-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib.

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Dövlətimizin başçısı tədbirdə çıxış etdi.

Prezident İlham Əliyev 2018-ci ilin ölkəmiz üçün uğurlu il olduğunu, bütün sahələrdə, həmçinin idman sahəsində Azərbaycanın böyük nailiyyətlər qazandığını dedi. Dünyada təhlükəli proseslərin getməsinə, beynəlxalq vəziyyətin daha da gərginləşməsinə baxmayaraq, ölkəmizdə sabitliyin, təhlükəsizliyin təmin edildiyini, qarşıda duran bütün vəzifələrin icra olunduğunu deyən dövlətimizin başçısı bu il Ermənistanda baş verən ciddi dəyişikliklər nəticəsində 20 ildən çoxdur mövcud olan kriminal xunta rejiminin çökdüyünü diqqətə çatdırdı, Azərbaycanın ardıcıl və məqsədyönlü siyasətinin bu rejimin çökməsində öz rolunu oynadığını vurğuladı. "Nə qədər ki, torpaqlarımız işğal altındadır biz Ermənistanı təcrid vəziyyətində saxlayacağıq. Bizim siyasətimiz nəticəsində Ermənistanda demoqrafik böhran yaşanır, insanlar ölkəni kütləvi şəkildə tərk edir", - deyən Prezident İlham Əliyev bildirdi ki, biz beynəlxalq müstəvidə sübut edə bilmişik ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində haqlı tərəfik. Azərbaycanın bu gün dünya miqyasında çox böyük hörmətə layiq olduğunu, beynəlxalq nüfuzumuzun artdığını deyən dövlətimizin başçısı Avropa İttifaqı ilə imzalanan əməkdaşlıq sənədində və NATO-nun Zirvə görüşündə qəbul edilən Bəyannamədə Azərbaycanın ərazi bütövlüyünə verilən dəstəyin əhəmiyyətini vurğuladı.

Prezident İlham Əliyev Rusiya və NATO-nun ali hərbi rəhbərlərinin çox böyük əhəmiyyət daşıyan növbəti görüşünün dünyada BMT-yə üzv olan 200-ə yaxın ölkə arasında məhz Azərbaycanda keçirilməsinin ölkəmizə inamdan qaynaqlandığını bildirdi. Dövlətimizin başçısı 2018-ci ildə ölkəmizdə iqtisadi məsələlərin də çox uğurla həll edildiyini diqqətə çatdırdı. İdman sahəsində qazanılan qələbələrdən danışan Prezident İlham Əliyev bildirdi ki, idmançılarımız bu il 800-ə yaxın medal qazanıb, onlardan da 263-ü qızıl medaldır. "Bu qələbələr sadəcə idman qələbəsi deyil. Bu qələbələr cəmiyyətimizin vətənpərvərlik ruhunu artırır, Azərbaycanı dünyada güclü idman ölkəsi kimi tanıdır, ölkəmizi təbliğ edir", - deyən dövlətimizin başçısı idmançılarımzın həyatda da gözəl nümunə göstərdiklərini diqqətə çatdırdı. Artıq regionlarda 44 olimpiya idman mərkəzinin fəaliyyət göstərdiyini, gələn il 3 belə mərkəzin inşa olunacağını deyən Prezident İlham Əliyev ölkəmizdə beynəlxalq idman yarışlarının keçirilməsinin artıq ənənəyə çevrildiyini, Azərbaycanın uğurlarının beynəlxalq idman təşkilatları tərəfindən də yüksək qiymətləndirildiyini vurğuladı. Gələn il Bakıda Avropa Gənclər Olimpiya Festivalının, tarixdə ilk dəfə olaraq Bakıda futbol üzrə Avropa liqasının final görüşünün keçiriləcəyini deyən dövlətimizin başçısı artıq idmanın cəmiyyətimizin ayrılmaz hissəsinə çevrildiyini bildirdi.

Çıxışının sonunda Prezident İlham Əliyev əldə olunmuş uğurlar münasibətilə idmançılarımızı bir daha təbrik etdi, onlara yeni qələbələr arzuladı.

Sonra Azərbaycanda bədən tərbiyəsinin və idmanın inkişafında xidmətləri olan və 2018-ci ildə yüksək nailiyyətlər qazanan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim edildi.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının professoru Elşad Nərimanov və Əməkdar bədən tərbiyəsi və idman xadimi Elçin Zeynalov çıxış etdilər.

Daha sonra Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, Miniatür Kitab Muzeyinin təsisçisi və rəhbəri, Əməkdar incəsənət xadimi Zərifə Salahova Azərbaycan Prezidenti İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 5060   Tarix: 13 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Arda Gülərlə bağlı ŞOK iddia: Qərarını açıqladı

"Real Madrid"in türkiyəli futbolçusu Arda Gülərin ispan nəhəngində oynamaq şansı olmadığı üçün ayrılmaq qərarına gəldiyi və istəyini rəhbərliyə bildirdiyi iddia edilib. xarici mediaya istinadən xəbər verir ki, son olaraq dünən axşam La Liqada İspaniya komandasının səfərdə "Malyorka"y

15 aprel
.

"Formula 1": Çin Qran-prisinin mükafatçıları müəyyənləşib

'Formula 1" üzrə Çin Qran-prisinin mükafatçıları bəlli olub. "Report"un məlumatına görə, "Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen birinci yeri tutub. "Maklaren"in ingiltərəli sürücüsü Landro Norris ikinci, Ferstappenin meksikalı komanda yoldaş

21 aprel
.

"Formula 1": 2025-ci ildə Azərbaycan Qran-prisi sentyabrda keçiriləcək

"Formula 1" 2025 mövsümünün təqvimini açıqlayıb. Azərbaycan Qran-prisi sentyabrın 19-21-də təşkil olunacaq. Qeyd edək ki, Bakıdakı yarış bu il sentyabrın 13-15-də gerçəkləşəcək

12 aprel
.

Qurban Qurbanovdan "Beşiktaş"la bağlı AÇIQLAMA

"Qarabağ" Azərbaycan Premyer Liqasının 31-ci turunda öz meydanında "Qəbələ" ilə 2:2 hesablı heç-heçə edib. xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:. - Sönük oyun getdi. İstərdi

20 aprel
.

"Fənərbağça"nın penaltilərini çıxaran qapıçının SİRRİ: Atası oyundan əvvəl…

"Fənərbağça" - "Olimpiakos" matçına damğasını vuran və 3 penalti vuruşunu qurtaran Konstantinos Tzolakislə bağlı çox danışılan fakt üzə çıxıb. bu barədə xarici mətbuata istinadən xəbər verir. Tzolakis matçdan sonra verdiyi açıqlamada məşqçilərlə analiz apardıqlarını və penaltilərdə

19 aprel
.

"Bavariya"nın baş məşqçisi postuna əsas namizədin adı açıqlanıb

Almaniya yığmasının baş məşqçisi Yulian Nagelsman "Bavariya"dan Tomas Tuxelin gedişindən sonra komandaya rəhbərlik etmək üçün idman direktoru Maks Eberlin əsas favoritidir. Eberl 2024-cü ilin martında "Bavariya"ya gəlib. O, Almaniya Futbol Assosiasiyasında Rudi Föllerin roluna bənzə

13 aprel
.

Mbappedən mövsümün rekordu

PSJ-nin hücumçusu Kilian Mbappe bu mövsüm bütün turnirlərdə 40-dan çox qol vuran ilk avropalı olub. "Qafqazinfo" xəbər verir ki, Fransa millisinin üzvü son olaraq Çempionlar Liqasının 1/4 final mərhələsində "Barselona" ilə oyunda dubl edib. 25 yaşlı forvard ümumilikdə 42 matçda (24-

17 aprel
.

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər: Namizədliyi irəli sürüldü

"Bakının 2026-cı il üçün dünyanın idman paytaxtı olması üçün namizədliyi irəli sürülüb". "Report" xəbər verir ki, bunu Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov Bakı şəhərinin dünyanın idman paytaxtına namizədliyi ilə bağlı keçirilən mətbuat konfransınd

21 aprel
.

Messinin maaşı bəlli oldu

"İnter Mayami" klubunun futbolçusu Lionel Messinin bir mövsümdəki maaşı açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Bildirilib ki, Messi bir mövsümdə 19,2 milyon avro qazanır. Qeyd edək ki, 2023-cü ilin yayında "İnter Mayami"yə keçən Mess

12 aprel