Tək şans qaldı: iki ordu MÜHARİBƏ ƏMRİ GÖZLƏYİR - Mümkün SSENARİLƏR

Tək şans qaldı: iki ordu MÜHARİBƏ ƏMRİ GÖZLƏYİR - Mümkün SSENARİLƏRUkraynada insanlar Rusiyayla müharibə haqqında səmimi danışırlar. Onların dediklərinə görə, Rusiya ilə müharibə heç vaxt belə yaxın olmamışdı.

Sonxeber.az publika.az-a istinadla xəbər verir ki, bu sözlər Çexiyanın "Denik N" nəşrinin analitik yazısında yer alıb.

Nəşr müharibənin bütün ssenarilərini çəkir, aydınlaşır ki, Kiyevdə qələbə üçün heç bir şans yoxdur. Sual yalnız ondan ibarətdir ki, Ukrayna nə qədər dayana biləcək.

Nəşr qeyd edir ki, Ukrayna ordusu Avropada Rusiya istisna olmaqla, NATO-ya daxil olmayan ölkələr arasında ən güclü ordudur. Ukrayna Silahlı Qüvvələri bu gün ayaq üstə qalxır. Ukrayna 24 il dünyanın üç ən güclü nüvə gücündən biri idi. Amma 1994 il-cü ildə Kiyevin nüvə erasına Budapeşt memorandumu ilə son qoyuldu. Demək olar ki, əsrin dörddə biri keçəndən sonra Ukrayna onun təhlükəsizliyinə zəmanət verən dövlətin – Rusiyanın təcavüzünə məruz qaldı.

Hazırda iki ordunun mümkün hərbi toqquşması haqqında danışırlar. Rusiyanın 766 min, Ukrayna isə cəmi 160 min hərbçisi var. Səfərbərlik halında Rusiya daha 1 milyon 350 min hərbi qulluqçusunu silahlandıra bilər. Ukrayna isə təxminən 850 min insanı səfərbər edə bilər. Bütün bunlar yalnız "Global Firepower" agentliyinin dərc etdiyi təxmini rəqəmlərdir. Heç bir ölkələr dəqiq məlumatları açıqlamır. Ancaq Rusiya yalnız hərbçilərin sayına görə deyil, həm də texnika və texnologiya imkanları ilə Ukraynanı üstələyir. Hərçənd bəzi hallarda hətta əhəmiyyətli texniki üstünlük heç bir məna daşımaya bilər.

Noyabrın 25-də Rusiyanın Ukrayna gəmilərinə cavab olaraq Ukraynada hərbi vəziyyət tətbiq edildi. Bu tarixdən sonra Ukrayna-Rusiya sərhədinin hər iki tərəfində qoşunlar, hərbi texnika, tanklar və bütün növ ağır silahların təhlükəli konsentrasiyası həyata keçirilir. Əsgərlərin və komandirlərin əsəbləri hədsiz gərgindir.

Ukrayna-Rusiya sərhədindəki belə vəziyyət tammiqyaslı müharibə başlanacağı barədə əsas yaradırmı? Və Rusiyanın hücumu halında ukraynalılar nə qədər müqavimət göstərə bilər?

Təhlükəsizlik məsələləri üzrə mütəxəssis Tomas Şmidanın fikrincə, Ukrayna yalnız məhdud vaxtda Rusiyaya qarşı dura bilər.

"Əgər Rusiya özünün bütün arsenalını tətbiq edərsə, onda Ukrayna ordusu maksimumu bir neçə həftə müqavimət göstərə bilər. Amma, ehtimal ki, ukraynalılar daha əvvəl məğlubiyyətlə üzləşəcəklər", - o deyib.

Bu gün gənc ukraynalıların çoxu Praqaya köçməyə və hərbi xidmətə getməməyə üstünlük verirlər. Ekspertlər güman edir ki, Rusiya ilə genişmiqyaslı müharibə halında, milyonlarla Ukrayna qaçqını Qərbə hərəkət edəcək.

Nəşrin yazdığına görə, bu gün ukraynalılar 24 il əvvəl imtina etdikləri nüvə silahının həsrəti ilə yaşayırlar.

"Bu gün bizdə atom bombası olsaydı, ruslar Krım və Donbasa hücum etməzdilər", - istənilən ikinci ukraynalı, həmçinin hərbi ekspertlərin bir hissəsi deyir.

"Amma Ukraynada artıq nüvə arsenalı yoxdur. Tək çıxış yolu, siyasətçilər və ekspertlərin hesab etdiyi kimi, bu müharibənin qarşısını almaqdır", - Çexiya nəşri yekunlaşdırıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 3088   Tarix: 13 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Prezident Qəbələyə gedib

Prezident İlham Əliyev aprelin 9-da Qəbələ rayonunda səfərdə olub. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin Qəbələ şəhərində ucaldılmış abidəsini ziyarət edib, "Azərişıq" ASC-nin 110/35/10 kV-luq "Hacıalılı" elektrik yarımstansiyasını

9 aprel
.

Prezident İlham Əliyev Gəncədə ulu öndərin abidəsini ziyarət edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Gəncə şəhərində səfərdə olub. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub

9 aprel
.

Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub - YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyub və çıxış edib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov dövlətimizin başçısına görüləcək işlər barədə məluma

16 aprel
.

Ermənistan Qazaxın kəndlərini nə vaxt qaytaracaq? - VİDEO

Qazaxın işğal altında qalan kəndləri ilə bağlı Ermənistan tərəfinin qeyri-müəyyənliyi davam edir. Ölkə müxalifəti bir yana, hökumətin özündə də bu barədə yekdil fikir yoxdur. Bununla yanaşı, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan anklavlarla bağlı müzakirələrin getmədiyini deyib. Ümumiyyətlə

12 aprel
.

R.Vardanyan - "Çirkli pulları yuma" hesabatlarında, yoxsa Nobel namizədliyində?

Məlum olduğu kimi, son illər ərzində özü barədə "filantrop" təəssüratı yaratmağa çalışmış, lakin çoxlarının qısa müddətdə aşkar çirkli pullar hesabına milyarder olmuş, Ermənistanın işğalı altında olmuş Azərbaycan ərazilərində yaradılmış qondarma "Artsax Respublikası" adlı qanunsu

16 aprel
.

Azərbaycan qaçaqmalçı cinayətkar qrupun liderini Qazaxıstana ekstradisiya edib

Azərbaycan qaçaqmalçı cinayətkar qrupun liderini Qazaxıstana ekstradisiya edib. Qazaxıstanın hüquq-mühafizə orqanlarının əməkdaşları qaçaqmalçılıqla məşğul olan cinayətkar qrupun yaradılmasında və ona rəhbərlik etməkdə şübhəli bilinən şəxsi Azərbaycandan gətiriblər. "Report" xəbər verir ki

11 aprel
.

İlham Əliyev Gəncədə Ekoloji Park Kompleksinin tikintisi ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Gəncə şəhərində Ekoloji Park Kompleksinin tikintisi ilə tanış olub. Bu barədə AZƏRTAC məlumat yayıb

9 aprel
.

Ermənistanla Azərbaycan delimitasiya və demarkasiya komissiyalarının işini bərpa etmək barədə razılığa gəliblər

Ermənistan və Azərbaycan delimitasiya və demarkasiya komissiyalarının işini bərpa etmək barədə razılığa gəliblər. "Report" "Novosti Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan jurnalistlərə açıqlamasında deyib. "Hökumətlə

11 aprel
.

Dövlət Gömrük Komitəsinə yeni TƏYİNAT - FOTO

Dövlət Gömrük Komitəsinin Gömrük orqanlarının fəaliyyətinin əlaqələndirilməsi şöbəsinə rəis təyin olunub. "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı DGK sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq əmr imzalayıb. Əmrə əsasən, bu vəzifəyə Həmid Elxan oğlu Şirinov

9 aprel