Paşinyan Putini iri hesabla aldatdı - Politoloq

Paşinyan Putini iri hesabla aldatdı - Politoloq"Rusiya Prezidenti Vladimir Putin Robert Koçaryanın Ermənistanda keçirilmiş parlament seçkilərinə qatılmasına qadağa qoydu və Nikol Paşinyan üçün seçkinin uğurla keçməsi üçün əlindən gələn hər şeyi etdi". Bunu Sonxeber.az-a Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Onun sözlərinə görə, yekunda bəlli oldu ki, parlamentə Rusiyapərəst heç bir deputat seçilməyib: "Məhz buna görə də Putin Paşinyanı seçkilərdəki qələbə münasibətilə təbrik etməyib".

Politoloq qeyd edib ki, Ermənistanda parlament seçkilərinin ən vacib siyasi yekunlarından biri Rusiyapərəst qüvvələrin parlamentdə təmsil olunmamasıdır: "Müstəqil Ermənistanda bu hal ilk dəfə baş verir. Paşinyanın Putini aldatması birinci müavini A.Mirzoyanın RF-in Ermənistandakı səfiri S.Kopırkinlə parlament seçkilərinə hazırlığı müzakirə etməsindən başlanmışdı.

Əlbəttə Paşinyan yenə yalan danışa bilər: Onun rəhbərlik etdiyi parlament çoxluğu Rusiyanın da mövqeyini müdafiə edəcək. Paşinyanın bu yalanı təsadüfi və ya son səsvermə gününün nəticəsi deyil. Sadəcə rus ictimai-siyasi şüuru, ağlı ermənini dərk etmək gücündə deyil. Paşinyan addımbaaddım bu istiqamətdə gedirdi:

Birincisi,seçki kampaniyası dövründə Ermənistanda energetika ilə bağlı "Ermənistan energetika həftəliyi-2018" adlı tədbir keçirildi və tədbirdə Ermənistanda enerji islahatlarının bərpa olunan enerji istiqamətində aparılması razılaşdırıldı. Başqa sözlə, Ermənistan energetikası yanacaq energetikasından xilas olur, alternativ və ya bərpa olunan enerjiyə keçir. Yanacaq energetikasından asılı Ermənistan, həm də Rusiya energetikasından asılı Ermənistan deməkdir.

İkincisi, Ermənistan zəruri ehtiyacının olmasına baxmayaraq məhz elə seçki kampaniyası dövründə "Metsatomenerqo" Rusiya-Ermənistan birgə müəssisəsini ləğv etdi. Rusiya tərəfindən heç kəs buna reaksiya vermədi. Erməni həyası o səviyyədə idi ki, bir tərəfdən Ermənistan Rusiyadan Metsamor AES-in bərpası üçün ayırdığı kreditin ödəmə müddətini daha 2 il yubatmağı xahiş edirdi, digər tərəfdən isə Rusiya ilə birlikdə yaratdığı müəssisəni ləğv etdi.

Üçüncüsü, Paşinyan V.Putinin beynəlxalq məsələlər üzrə köməkçisi Uşakovu aşağılamaqla Qərb qarşısında özünün anti-Rusiyaçılıq istiqamətində siyasi iradəsini bir daha nümayiş etdirdi və nəticədə istədiyinə nail oldu. Qərb rəhbərliyi ATƏT və digər müşahidəçilərə Ermənistandakı seçkilərə müsbət rəy bildirmək göstərişini verdilər. Məhz səsvermədən 2 gün öncə Ermənistan polisi News.am saytının binasına soxularaq seçki ilə bağlı olan materialların video yazısını tələb edirdilər. Bu hücum beynəlxalq müşahidəçilərin diqqətini cəlb etmədi.

ATƏT/DTİHB-in Ermənistandakı növbədənkənar parlament seçkiləri ilə bağlı aralıq hesabatı tamamilə neqativ idi. Sonda ATƏT/DTİHB yalnız səsvermə günü müşahidələrin əsasında yekun nəticəni müəyyənləşdirdi.

Nikol Paşinyan istədiyinə nail oldu. Parlament demək olar antiRusiyadır. Bu nəticəyə görə də həm ABŞ, həm Aİ artıq Ermənistandakı bu parlament seçkilərini təbrik edirlər.
Rusiya Ermənistanın geosiyasətindəki qeyri-müəyyənliyə son qoymalıdır. Ermənistan üçün Qarabağ məsələsi geosiyasi oyunu adı ilə tədricən Rusiyadan uzaqlaşıb, Qərbə tərəf meyllənməsi üçün lazımdır. Ona görə Rusiya Ermənistanın Qarabağ mövzusundakı qeyri-müəyyənliyinə son qoymalıdır:

• RF yaxın vaxtlarda təbii qazının Dağlıq Qarabağa nəqlini dayandırmalıdır. RF bununla beynəlxalq hüquqa hörmətini nümayiş etdirməlidir.
• Mehri dəmir yolunun açılmasına nail olacaqsa bu Rusiyanın uğuru hesab oluna bilər. Çünki Mehi dəmir yolunun açılması Ermənistanın Rusiyaya bağlanması deməkdir və Qərbdəkilər də bundan müəyyən nəticələr çıxaracaqlar.

Dağlıq Qarabağ məsələsində qeyri-müəyyənliyin aradan qaldırılmasına Rusiyanın təkid etməsi daha çox öz faydasınadır".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2005   Tarix: 14 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Şahmar Hüseynova yeni vəzifə verildi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilən Şahmar Hüseynovun yeni iş yeri bəlli olub. SOCAR-dan "Qafqazinfo"ya verilən məlumata görə, o, fəaliyyətini bu şirkətdə davam etdirəcək. Belə ki, Ş.Hüseynov müvafiq əmrl

28 mart
.

Prezidentin köməkçisi: Azərbaycan Çini yaxşı dost və tərəfdaş kimi görür

Biz Çinlə strateji əməkdaşlığımızı və tərəfdaşlığımızı genişləndirməyi səbirsizliklə gözləyirik. Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çinin "Global Times" qəzetinə müsahibəsində deyib. O vurğulayı

26 mart
.

Paşinyan: "Ermənistanla Azərbaycan arasında sülh sazişinin prinsipləri razılaşdırılıb"

Ermənistanla Azərbaycan arasında sülh sazişinin prinsipləri razılaşdırılıb. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Fransa Milli Assambleyasının Fransa-Ermənistan dostluq qrupunun sədri Ann-Lorens Petelin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. O bildirib ki, bu prinsiplər 2022-c

27 mart
.

Ardıcıl olaraq iki dəfə eyni vəzifəyə təyin olunan Elçin Babayev kimdir? - DOSYE

Prezident İlham Əliyevin sərəncamı ilə Elçin Babayev yenidən Bakı Dövlət Universitetinin rektoru təyin edilib. Elçin Babayevin dosyesini təqdim edir:. Elçin Babayev 1965-ci il aprelin 4-də Naxçıvan şəhərində doğulub. O, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) astrofizika

27 mart
.

Rəsmi Moskva Bakı və İrəvana çağırış etdi

Moskva Bakı və İrəvanı maksimum təmkin nümayiş etdirməyə və aqressiv ritorikadan çəkinməyə çağırır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Onun mətbuat konfransı Rusiya XİN-in sosial şəbəkə səhifəsində canlı yaymlanır. Zaxarovanın sözlərinə görə, bütün ərazi mübahisələr

27 mart
.

Paşinyan yaxın günlərdə Qazaxın dörd kəndini geri qaytaracaq

Ermənistanın hakim "Vətəndaş müqaviləsi" partiyasının bir çox deputatları Nikol Paşinyanın yaxın zamanda Tavuş ərazilərinin (anklav olmayan Qızılhacılı, Xeyrimli, Aşağı Əskipara və Bağanıs Ayrım kəndləri) Azərbaycana verilməsi prosesini həyata keçiriləcəyini bildiriblər. Bu barədə Ermənista

20 mart
.

Paşinyanın müharibə qorxusu: "Əgər lokal toqquşmalar baş versə, əsas istiqamət bu ərazi olacaq" -Ekspert

Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş vilayətinə səfər edib. (Dilican mahalı - red.) Sərhəd kəndlərinin sakinləri ilə görüşündə bəyan edib ki, əgər İrəvan sovet dövründən qalan sərhədlər çərçivəsində Azərbaycana məxsus olan anklav kəndləri Bakıya qaytarmasa, bu, müharibəyə gətirib çıxaracaq. N.Paşinya

19 mart
.

Azərbaycan DİN qırğız vətəndaşlarla bağlı məlumat yaydı

Qırğız Respublikası hüquq-mühafizə orqanlarının 23 mart 2024-cü il tarixli mətbuat açıqlamasında Qırğız Respublikası ərazisində 5 nəfər azərbaycanlının şübhəli şəxs qismində saxlanması barədə məlumat verilib. xəbər verir ki, bununla bağlı Azərbaycan Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda qey

26 mart
.

"Bu il bu proses davam edəcək"

"Biz İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı nəticəsində böyük qəhrəmanlıq göstərmişik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində bildirib. "Şəhidlərimizin

18 mart