Rəşad Sadıqov: "Dərhal erməniyə tərəf qaçdım ki, əlindəki əskini alım, amma..."

Rəşad Sadıqov: "Dərhal erməniyə tərəf qaçdım ki, əlindəki əskini alım, amma..."Avropa Liqasının "Arsenal" – "Qarabağ" matçının sonlarında meydana əlində Dağlıq Qarabağdakı separatçı rejiminin "bayrağı" ilə daxil olan erməni ilə bağlı bəzi məlumatlar yayılıb.

Sonxeber.az qol.az-a istinadən xəbər verir ki, həmin dığanın Şuşa ermənisi olduğu bildirilir.

Hadisə zamanı erməni dığasının əynindəki geyimin üzərində Qarabağda məhv edilmiş terrorçusu Monte Melkomyanın şəkli olub. Britaniyanın "Mirror" nəşri onun niyyətinin həm də "Arsenal"ın erməni oyunçusu Henrix Mxitaryana tərəf qaçmaq olduğunu yazıb.

Erməni gəncin bu təxribatına "Qarabağ"ın futbolçuları dərhal sərt reaksiya veriblər. Bu zaman Ağdam klubunun kapitanı Rəşad Sadıqov və yarımmüdafiəçisi Qara Qarayev fəallıq göstəriblər. Daha sonra stüardlar ermənini meydandan kənarlaşdıra biliblər.

Bu zaman tribunalara toplaşan "Qarabağ" azarkeşləri "Azərbaycan, Azərbaycan!" şüarı səsləndiriblər.
"Bu təxribatçını görən kimi dərhal ona tərəf qaçdım ki, əlindəki əskini alım. Amma stüardlar məni saxladı. Ona yaxınlaşmağıma imkan vermədilər. Bu, təxribatdır. Onun qarşısını almağa borclu idik" – deyə Rəşad Sadıqov hadisə ilə bağlı bildirib

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov isə klubun saytı vasitəsi ilə insidentə münasibətini açıqlayarkən bunları deyib: "Bu haqda çox danışmaq istəmirəm, sadəcə qorxaqlar belə hərəkət edirlər. Bu hərəkəti edən adam qorxub sonra qaçmamalıydı, yalnız qorxaqlar bir addım atıb, sonra isə qaçırlar".

Şotlandiya parlamentinin əməkdaşı, matçın azərbaycanllı diktoru Fuad Ələkbərov hadisə ilə bağlı özünün sosial şəbəkədəki səhifəsində yazıb: "London polisinin zabiti mənə dedi ki, günahkar stadiona buraxılmaqdan ömürlük məhrum olunacaq. Bundan başqa, milli zəmində nifrət yaratmağa cəhdə görə ona qarşı cinayət işi açıla bilər".

Qeyd edək ki, bu təxribata cəhdin Avropadakı erməni diasporunun dəstəyi ilə təşkil olunduğu istisna edilmir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 6340   Tarix: 14 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Arvadını dişləyən Boatenqə ağır cəza verildi

Futbol üzrə Almaniya millisinin və "Lion" klubunun üzvü Jerom Boatenq məişət zorakılığıyla bağlı rekord məbləğlə cəzalandırılıb. Dünya çempionu üç il öncə qızlarının anasını döydüyü və dişlədiyinə görə 1.8 milyon avro cərimə ödəməlidir. Qeyd edək ki, Boatenqin 33 yaşı var. O, karyerası ərzind

10 sentyabr 2021
.

Paralimpiya Oyunları başa çatdı: Azərbaycanın medal sıralamasındakı yeri bilindi

Tokioda keçirilən Yay Paralimpiya Oyunları başa çatıb. -ın xəbərinə görə, Paralimpiya komandamız tarixinin ən yaxşı nəticəsini göstərərək medal sıralamasında ilk "10-luq"da qərarlaşıb. Sonuncu gündə İtaliya daha bir qızıl medal qazanıb və yalnız gümüş sayına görə ölkəmizi qabaqlayıb. Beləliklə

5 sentyabr 2021
.

Tokio-2020: Azərbaycan komandasının bayraqdarı müəyyənləşib

Tokio-2020 Yay Paralimpiya Oyunlarının bağlanış mərasimində Azərbaycan komandasının bayraqdarı müəyyənləşib. xəbər verir ki, bayrağı para-atlet Lamiyə Vəliyeva daşıyacaq. Qeyd edək ki, Lamiyə Vəliyeva 400 metr məsafəyə qaçışda qızıl, 100 metr məsafəyə qaçışda isə gümüş medal əldə edib. Bağlanış mərasim

5 sentyabr 2021
.

Ronaldodan xəsarət yetirdiyi xanıma hədiyyə - FOTO

"Mançester Yunayted"in ulduzu Kriştianu Ronaldo Çempionlar Liqasının qrup mərhələsində "Yanq Boyz"la matçdan əvvəl xəsarət yetirdiyi stüart qadına futbolkasını hədiyyə edib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, qarşılaşmadan sonra o, həmin xanıma yaxınlaşaraq hədiyyəsin

15 sentyabr 2021
.

Azərbaycanın Milli Qəhrəmanının oğlu erməniyə belə qalib gəldi - FOTO/VİDEO

Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun (Fred Asif) oğlu Azər Məhərrəmov erməni rəqibini məğlub edib. xəbər verir ki, Azər Məhərrəmov peşəkar "Arm Wrestling" liqasında Ukraynanı təmsil edən erməni rəqibi Qreqor Muradyana qalib gəlib. Milli Qəhrəmanımızın oğlu ilə erməni rəqibi arasındak

6 sentyabr 2021
.

"Qalatasaray"ın keçmiş prezidenti koronavirusdan VƏFAT ETDİ

Türkiyənin məşhur "Qalatasaray" futbol klubunun keçmiş prezidenti vəfat edib. -a istinadən bildirir ki, 84 yaşlı Duygun Yarsuvat müalicə aldığı xəstəxanadan koronavirusdan dünyasını dəyişib

10 sentyabr 2021
.

"Yuventus"un gənc futbolçusu öldü

İtaliyanın "Yuventus" futbol klubunun gənclərdən ibarət komandasının oyunçusu Brayan Dodyen 17 yaşında ölüb. verir ki, bu barədə Turin klubu məlumat yayıb. Qeyd edilir ki, futbolçu bir neçə il xərçəng xəstəliyi ilə mübarizə aparıb. "Yuventus" Brayan Dodyenin ailəsi ilə birlikdə kədə

5 sentyabr 2021
.

Beyl uzun müddət futboldan kənar qalacaq

Madrid "Real"ının futbolçusu Qaret Beyl uzun müddətlik sıradan çıxıb. 32 yaşlı uelsli "Selta" ilə oyunöncəsi məşq prosesində zədə alıb. Bu gün baş tutan tibbi baxışda yarımmüdafiəçinin zədəsinin ciddiliyi təsdiq olunub. Sağ bud əzələsini zədələyən Beylin ən az bir ay meydana çıx

14 sentyabr 2021
.

Pelenin əməliyyatdan sonra ilk görüntüsü yayıldı - FOTO

Futbol üzrə üçqat dünya çempionu Pele bir-iki gün ərzində xəstəxanadan evə buraxılacaq. Bu barədə braziliyalı futbol əfsanəsinin qızı Keli Nasimenta özünün "Instagram" səhifəsində bildirib. Onun sözlərinə görə, əməliyyatdan sonra Pele yaxşı vəziyyətdədir, ağrısı yoxdur və əhvali-ruhiyyəsi yaxşıdır

14 sentyabr 2021