Azərbaycanı tanımayan ingilis azarkeşlər, qondarma erməni bayrağı və "Arsenal"ın möhtəşəm stadionu...

"Qarabağ" Azərbaycan komandasıdır? Heç bilmirdim düzünü desəm".

Azərbaycan futbolu haqqında soruşduğum suala belə cavab verir Mayk. O, "Qarabağ"ın Azərbaycan komandası olduğunu ilk dəfə məndən eşidir, təəccüblənir. Azərbaycan haqqında isə məlumatının olmadığını deyir.

Avropa Liqasında qrup mərhələsinin son oyunu olan "Arsenal" - "Qarabağ" qarşılaşması üçün Londonun ən nəhəng stadionlarından biri olan "Emirates"in önündəyəm. Üzərində "Arsenal"ın forması olan ingilislərə Azərbaycan futbolu haqqında nə qədər məlumatlı olub olmadıqlarını öyrənmək üçün yaxınlaşıram. Aldığım cavablar isə eyni olur: "Belə bir məlumat yoxdur. Onu bilirəm ki, Azərbaycan "Eurovision"da qalib olmuşdu.

Qabriela isə Azərbaycan haqqında digərlərinə nisbətən daha çox məlumatlıdır: "Sovetlərin dağılmağından sonra Azərbaycana getmişdim. Gözəl ölkədir. Ancaq Azərbaycan futbolu haqqında çox məlumatım yoxdur".

Elə onunla söhbətimizdən sonra 5-6 gəncin əlində Azərbaycan bayrağı görürəm. London universitetlerindən birində, I kurs tələbəsi olan Kamil Qurbanzadə dostları ilə birgə Azərbaycanı dəstəkləməyə gəldiyini deyir. Abdulla isə "Arsenal" azarkeşi olsa da, Azərbaycan komandasını dəstəkləyəcəyini deyir. Danışdığım Londonda yaşayan digər azərbaycanlılar da "Arsenal"ın çox güclü komanda olduğunu və qələbə çalacağına əmin olduqlarını vurğulayırlar. Bununla yanaşı, "Qarabağ"ı yad ölkədə tək buraxmaq istəmədiklərini bildirirlər. Elə oyun müddətində də stadionda "Qarabağ bizimdir, bizim olacaq" sədaları yüksəlir.

Mən isə indi sizə bu möhtəşəm 60 minlik stadionun necə qorunmasından, jurnalistlərə olan münasibətdən danışmaq istəyirəm. Əvvəla, onu deyim ki, stadionun bütün girişlərində çoxsaylı nəzarətçi, polis var. Onlar içəri girməmişdən öncə bəzi şəxslərdən öz gödəkcələrinin qabağını açmağı tələb edirlər. Daha sonra stadionun daxilinə girişdə isə azarkeşlər bir daha yoxlanılır.

Jurnalistlər üçün nəzərdə tutlan media mərkəzinə girişdə isə bizi əvvəla "Fred" yoxlayır. Üzərində adının yazıldığı gödəkçə geyindirilmiş it, jurnalistlərin kamera və bahalı linzalarını daşıdığı balaca çamadanları iyləyir. Daha sonra nəzarətçilər çantaların içini açdırır, yoxlayır və beləliklə, jurnalistlər içəri keçirlər. Mən də öz növbəmdə "Arsenal"ın fotoqraflar üçün nəzərdə tutulmuş otağına daxil oluram. Müxbirlər isə ümumi media mərkəzinə keçirlər.

İçəri girər-girməz, isti yeməklərin qoxusu insanı özünə çəkir. Məndən öncə gələn jurnalistər isə artıq yeməyə çoxdan başlayıblar. Menyuda müxtəlif tərəvəzlər, lazanya, qarğıdalı, kartof, balıq, sarımsaqlı çörək, isti çay, kofe var.

Bir saat sonra oyun başlayır və hərkəs öz yerini alır. Elə çox keçməmiş - 17-ci dəqiqədə Aleksandr Lyakazet qol vuraraq "Arsenal"ı 1:0 qabağa keçirir. Oyunun sonuna qədər isə qorxduğum başımıza gəlmir və hesab elə beləcə də qalır.

Əvəzində uzatma dəqiqələrində ermənilər yenə öz təxribatlarına əl atır və azarkeşlərdən biri əlində separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağını tutaraq, meydana qaçır qaçır. Azərbaycanlı oyunçular və stüardlar təxribata cəhd edən fanatı dərhal zərərsizləşdirərək, meydandan kənarlaşdırırlar.

Bax belə, oyun bitir, hər kəs sakitcə evinə qayıdır. Mən də elə. Amma bu sakitliyim "Qarabağ"ın məyusluğuna görədir. Hərçənd, təsəllim də var. Maykın dediyi kimi, əsas odur ki, "Qarabağ" "Arsenal" kimi güclü bir komanda ilə oynamaq mərtəbəsinə gəlib, çatıb.
Azərbaycanı tanımayan ingilis azarkeşlər, qondarma erməni bayrağı və "Arsenal"ın möhtəşəm stadionu...Azərbaycanı tanımayan ingilis azarkeşlər, qondarma erməni bayrağı və "Arsenal"ın möhtəşəm stadionu...Azərbaycanı tanımayan ingilis azarkeşlər, qondarma erməni bayrağı və "Arsenal"ın möhtəşəm stadionu...


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1725   Tarix: 14 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

"Xəzər TV"nin məşhur verilişi bağlanacaq

Xəzər Televiziyası may ayından "Təsir dairəsi" verilişinin efir vaxtını qısaldacaq, sentyabrdan isə veriliş bağlanacaq. Bu barədə -ın sorğusuna cavab olaraq Xəzər TV-dən bildirilib. "Televiziya olaraq artıq bu cür layihələrin dövrünün başa çatdığını düşünürük. Bəli, doğrudan da may ayını

19 aprel
.

"Kömək elə" sözünü eşitdik, getdk, gördük keçiniblər" - Qətlə yetirilən ər və arvadın qonşusu - VİDEO

"Biz neçə ildir burada qonşuyuq. Onlar çox mehriban insanlardır. Oğlan da sakit uşaqdır. Birdən-birə niyə belə oldu bilmirik. Biz də birdən "kömək elə, kömək elə" səsi eşitdik. Gördük ki, keçiniblər". Bu sözləri Baku TV-ə qətlə yetirilən ər və arvadın qonşuları deyib. Qonşuların verdiy

19 aprel
.

Öldüyü deyilən milyarder məşuqəsi ilə Bakıya gəzməyə gəlib – ŞOK TƏFƏRRÜATLAR

Almaniyanın RTL telekanalının jurnalistləri 2018-ci ildə yoxa çıxan milyarder Karl-Erivan Haubun hələ də sağ olduğunu iddia edirlər. Onların sözlərinə görə, o, gizli şəkildə Rusiyaya gedib və Moskvada özündən 20 yaş kiçik məşuqəsi ilə yaşayır. Köln prokurorluğu araşdırmaya başlayıb. RTL-nin məlumat

19 aprel
.

Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb

Xocavənd rayonunun Xocavənd kəndi ərazisində şərab zavodunun yaxınlığında yerləşən yaşayış binasına aid olan ferma tipli tikilidə xeyli sayda partlayıcı maddə aşkarlanıb. Bu barədə -a Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib. Qeyd edilib ki, ANAMA əməkdaşları tərəfindən həyata keçirilə

19 aprel
.

Bakıda sürücülər əlbəyaxa davaya çıxdılar - VİDEO

Bakıda sürücülər arasında dava baş verib. xəbər verir ki, hadisə paytaxtın Fətəli xan Xoyski küçəsində qeydə alınıb. Sürücülər bir-birinə təpik, yumruq ataraq davanı bir az da gərginləşdiriblər. Verilən məlumata görə, hadisə yol verməmək üstündə baş verib

19 aprel
.

Siyavuş Novruzov: "Əgər uşaq evdə dərs oxuyacaqsa, məktəbə niyə gedir?" - VİDEO

"Uşaq məktəbə gəlir ki, burada dərs öyrənsin, oxusun. Bu, evdə oxuyacaqdısa onu niyə məktəbə gətiriblər. xəbər verir ki, bu sözləri deputat Siyavuş Novruzov Milli Məclisdə çıxışı zamanı deyib. O, bildirib ki, Azərbaycan Konstitusiyasında göstərilib ki, təhsil icbaridir, məcburidir. Adətən birinc

19 aprel
.

BDU-nun tələbəsi intihar etdi - FOTO

Gecə saatlarında Abşeron rayonu Xırdalan şəhərində intihar hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Heydər Əliyev prospektində yerləşən "AAF Park" yaşayış kompleksindəki mənzillərdən birində kirayədə qalan 2003-cü il təvəllüdlü Ramil Nəsirov özünü asaraq intihar edib. Onu

19 aprel
.

Bu məhsulları küçədə satanlar 80 manat CƏRİMƏLƏNƏCƏK - VİDEO

Yol kənarlarında və bazarlarda qida məhsullarının satışı aparılır. Bu tendensiyaya son zamanlar daha çox rast gəlinir. Kənd məhsullarının satışında sanitariya və gigiyena qaydalarına çox da diqqət yetirilmir. Bu da həmin qidaları qəbul edən vətəndaşların sağlamlığına mənfi təsir göstərir. xəbər veri

19 aprel
.

Yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var

19 aprel