Nəvəsinin ölümündə təqsirli bilinən nənə... - Dəhşətli cinayətin izi ilə

Nəvəsinin ölümündə təqsirli bilinən nənə... - Dəhşətli cinayətin izi iləKörpəni üzü üstə uzandırıb və...

Nəvəsinin ölümündə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilən Mehdiyeva Xatirə Zakir qızının məhkəmə prosesinə Ali Məhkəmədə baxılacaq.

Sonxeber.az-ın AzNews.az-a istinadən məlumatına görə, cinayət məcəlləsinin 124.1-ci ( ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə təqsirli bilinən X.Mehdiyevanın məhkəmə prosesi dekabr ayının 19-da hakim Tahir Kazımovun sədrliyi ilə keçiriləcək. Qeyd edək ki, Ali Məhkəməyə şikayəti zərərçəkmişin hüquqi varisi Ağasəf Babayev verib.

İttiham aktına görə, 1980-ci il təvəllüdlü, Tovuz rayon sakini Xatirə Mehdiyeva 7 fevral 2018-ci il tarixdə, səhər saat 9 radələrində qızı Nübar Babayevanın yeni doğulmuş uşağına yaşadıqları Xırdalan şəhəri, "Kristal Abşeron" yaşayış kompleksi, bina 5A, mənzil 15 ünvanında yerləşən qonaq otağında yemək verib. Sonra isə, o, divanın qarşısında yerə oturaraq ayaqlarının üstündə uşağı yatızdırmaq istəyib. Ancaq uşaq yatmayaraq ağlamaqda davam edib. Gənc nənə nəvəsinin ağlamağından əsəbiləşməyə başlayıb.

Xatirə Mehdiyeva sonra uşağı yellədikcə və uşağa baxdıqca qızı Nübarın onlardan xəbərsiz Ağasəf Babayev ilə cinsi əlaqədə olması, uşaq dünyaya gətirməsi, bununla da yaşadıqları kənddə və rayonda rüsvay olacaqları, heç kəsin üzünə baxa bilməyəcəkləri, qohumlarının onlardan üz çevirəcəyi barədə düşünüb.

Düşündükləri, Xatirənin psixoloji sarsıntı keçirməsinə səbəb olub, hadisədən bilavasitə əvvəlki yuxusuzluğu, bütün gecəni ağlaması, dincəlmək istəsə də alınmaması, rüsvay olmalarını, camaat içinə necə çıxacaqlarını, qızının utancverici hərəkət etməsi kimi düşüncələri psixi-emosional durumunda diskomfortluq əmələ gətirib, gərginlik, həyəcan, əsəbilik yaradıb.

Körpənin ölümünə səbəb

Yaranmış psixogen situasiya Xatirə Mehdiyevanın psixi-emosional sferasında həyəcan və gərginlik səviyyəsini artırıb.

Bununla da, Xatirə Mehdiyeva stress faktorun güclü təsiri nəticəsində depressiv reaksiya halını keçirtməsinə səbəb olub. O, mətbəxə keçmək üçün özündən asılı olmayaraq əsəbi halda ayağa qalxıb, özü də bilmədən uşaq ayaqlarının üstündən üzü üstə döşəməyə yıxılıb.

Uşaq üzü üstə yıxıldıqdan sonra ani vaxtda onun ağlamaq səsi kəsilib. O, öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda görmədiyindən cinayətkarcasına etinasızlıq nəticəsində uşağın sadəcə olaraq yatdığını zənn edib.

Xatirə Mehdiyeva yanındakı adyalı soyuq olmaması üçün uşağın üstünə örtüb, uşağı üzü üstə yerdə qalmış vəziyyətdə qoyduqdan sonra mətbəxə keçib. O, mətbəxdə əl-üzünü yuyub, bir neçə dəqiqə mətbəxdə oturub.

Bununla da Xatirə Mehdiyevanın ehtiyatsızlığından yeni doğulmuş uşaq təxminən 5 dəqiqə üzü üstə yerdə uzanmış halda qaldığından ölüb.

Abşeron rayon prokurorluğu tərəfindən Xatirə Mehdiyevanın barəsində Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Abşeron rayon Məhkəməsinin hökmü ilə Xatirə Mehdiyevanın barəsində 1 il 4 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

Hökmdən narazı qalan ata

Bu hökmdən zərərçəkmişin hüquqi varisi Ağasəf Babayev apellyasiya şikayəti verib. O, apellyasiya şikayətində Xatirə Mehdyevanın barəsindəki hökmün ləğv edilərək təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinib, cəzalandırılması barədə qərar qəbul edilməsini istəyib. Uşağın atası hesab edib ki, Xatirə Mehdiyevanın əməli ehtiyatsızlıqdan adam öldürmə kimi yox, qəsdən adam öldürmə kimi qiymətləndirilməlidir. A.Babayevanın fikrincə X.Mehdiyevanın əməlində ehtiyatsızlıq faktoru yoxdu. Belə ki, uşaq doğulandan nənəsinin nəvəsinə qarşı daim nifrəti olub. Çünki o, uşağın doğulmasını istəməyib.

Zərərçəkmiş şəxsin hüquqi varisinin fikrincə, hadisə baş verən zaman Xatirə Mehdiyeva hər hansı bir affekt halında olmayıb, etdiyi hərəkətlərin nəticəsini görüb və bunu arzu edib: "Xatirə Mehdiyevanın uşağın ayaqlarının üstündən düşməsinə məhəl verməməsi və həmin vaxt durmadan ağlayan uşağın səsinin qəflətən kəsilməsinə fikir verməyərək mətbəxə keçməsi onun məqsədinin göstəricisdir. Bu fakt onun qəsdən adam öldürməyə görə məsuliyyətə cəlb olunmasını zəruri edir".

Zərərçəkmişin hüquqi varisinin şikayəti araşdırılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilib. Apellyasiya şikayəti hakim Elman Əhmədovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Apellyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. 1-ci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 4703   Tarix: 15 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd təcridxanaya qaytarıldı

Ailəsinin 5 üzvünü amansızlıqla qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun tibbi ekspertizası başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Əhmədov artıq Bakı İstintaq Təcridxanasına qaytarılıb. Onun hadisə törədərkən anlaqlı olub-olmaması ilə bağlı hələ ki, yekun rəy hazır deyil

27 mart
.

Əhmədin bacısının ərdə olduğu ailə ilə bağlı ŞOK iddia: Qayınatası banda yaradıb... - FOTO

Bütün ailəsini qəddarlıqla qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədovun bacısı - Elmira Əhmədovanın vaxtilə gəlin olduğu ailə ilə bağlı məlumatlar yayılıb. xəbər verir ki, Elmira Əhmədova Tofiq Niftəliyev adlı şəxsin oğlu ilə ailə həyatı qurub. Polkovnik Tofiq Niftəliyev Rusiyanın Blaqoveşensk şəhərind

9 aprel
.

Məhkəmə Əziz Orucov barədə qərar qəbul edib

Bakı Apellyasiya Məhkəməsində "Kanal13" internet televiziyasının rəhbəri Əziz Orucov barədə qərar qəbul olunub. Bu barədə "Report"a Ə.Orucovun həyat yoldaşı Lamiyə Çerpanova məlumat verib. L.Çerpanova bildirib ki, Əziz Orucov barəsində Bakı şəhərinin Səbail Rayon Məhkəməsində həb

1 aprel
.

Tanınmış siyasətçi arvadını qətlə yetirdi

Tverdə "Ədalətli Rusiya" partiyasından deputatlığa namizəd Yevgeni Nikolski həyat yoldaşını qətlə yetirdiyinə görə saxlanılıb. -ın xarici KİV-ə istinadən xəbərinə görə, hadisə Tver vilayətinin Staritski rayonunda baş verib. Yekaterina Nikolskayanın 36 yaşı var idi. O, ictimai fəaliyyətlərl

21 aprel
.

Arvadını hicab geyinmədiyi üçün öldürən şəxs apellyasiya şikayəti verdi

Astarada arvadını öldürməkdə və qayınanasını öldürməyə cəhddə təqsirləndirilən Fərmayil Əliyevin barəsindəki hökmdən apellyasiya şikayəti verilib. -ın əldə etdiyi məlumata görə, şikayət Şirvan Apellyasiya Məhkəməsinin hakimi İsmayıl Əhmədovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin ilkin hazırlıq iclas

18 mart
.

İki nəfərin ölümünə səbəb oldu - 7 il həbs cəzası verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində ötən ilin 3 mart tarixində Sabunçu rayonunda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzasını törətməkdə təqsirləndirilən sürücüyə hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, məhkəmə 1985-ci il təvəllüdlü Elçin Ağayevi Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkət

5 aprel
.

Sevgilisinin körpə qızını qaçırıb vəhşicəsinə öldürdü

Hindistanda bir kişi qisas məqsədi ilə bir yaş yarımlıq qızı qaçıraraq vəhşicəsinə qətlə yetirib. Qatil sevgilisinin qızın atası ilə onu aldatdığından şübhələnib. xarici mediaya istinadən xəbər verir ki, ana qızı özü ilə yatızdırsa da, ayılanda uşağı tapmayıb. Ertəsi gün körpənin meyiti çoxsaylı xəsarətlərl

20 aprel
.

İki qardaşdan birinin həyatına son qoyan qətl - TƏFƏRRÜAT + VİDEO

2021-ci il sentyabrın 22-də Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən 6 saylı avtoparkın giriş qapısının yaxınlığında baş vermiş qətlin detalları məlum olub. Məlum olub ki, 1997-ci il təvəllüdlü Sərxan Dadaşov 1998-ci il təvəllüdlü Kamil Cəfərovun ölümünə səbəb olub. İş üzr

20 mart
.

Sumqayıtda ərini öldürməkdə təqsirləndirilən qadınla bağlı YENİ XƏBƏR

Sumqayıtda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Əfsanə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Sumqayıt şəhər Məhkəməsində keçirilən prosesdə bildirilib ki, Əfsanə Məmmədova barəsində keçirilmiş komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizanın rəyin

18 aprel